Məhkəmə qərarları › İş №2(012)-2060/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2060/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2060/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner üçün 672 manat ödənilməmiş hissə, 202 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 82 manat cərimə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu, TP-LİNK modem üçün 990 manat ödənilməmiş hissə, 297 manat cərimə olmaqla, ümumilikdə 2518 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner, İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon, Samsung soyuducu və TP-LİNK modem almış və nəticədə 2518 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2475 olan HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner üçün 672 manat ödənilməmiş hissə, 202 manat cərimə olmaqla cəmi 874 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660 manat olan İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 82 manat cərimə olmaqla, cəmi 357 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1323 manat olan Samsung soyuducu, TP- LİNK modem üçün 990 manat ödənilməmiş hissə, 297 manat cərimə olmaqla, cəmi 1287 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 2518 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə ümumi 2521 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən ona HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner, İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon, Samsung soyuducu və TP-LİNK modem nisyə satılmışdır. O, müqavilələr üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də, iddia ərizəsi üzrə tələb edilən borcun ondan tutulmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 00701622 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən HOFFMANN markalı paltaryuyanı, HOFFMANN markalı soyuducunu, HOFFMANN markalı kondisioneri qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə xx.xx.2019-cu il tarixli, № 00898191 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə xx.xx.2019-cu il tarixli, № 01131284 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən Samsung markalı soyuducunu və TP-LİNK markalı modemi qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner üçün 672 manat ödənilməmiş hissə, 202 manat cərimə olmaqla cəmi 874 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 82 manat cərimə olmaqla, ümumilikdə 357 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu, TP-LİNK modem üçün 990 manat ödənilməmiş hissə, 297 manat cərimə olmaqla, cəmi 1287 manat borcu vardır. Cavabdehin bütün mallar üçün cəmi 2518 manat borcu vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 202 manat cərimənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 82 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 297 manat cərimənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. Hər 3 müqavilə üzrə ümumilikdə 60 manat cərimə müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner üçün 672 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu, TP-LİNK modem üçün 990 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, ümumilikdə 1997 manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN paltaryuyan, HOFFMANN soyuducu, HOFFMANN kondisioner üçün 672 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28980 olan Samsung Galaxy A30 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung soyuducu, TP-LİNK modem üçün 990 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, ümumilikdə 1997 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar