Məhkəmə qərarları › İş №2(012)-2064/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2064/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2064/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi Quliyev Süleyman İsmayıl oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 464.34 manat əsas borc, 27.18 manat cərimə borcu, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından olan portaldan çıxarışdan müəyyən edilir ki, Cavabdeh oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə, yəni Cavabdeh vəfat etdikdən sonra daxil olduğundan,hazırkı vəziyyətdə işə baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar