Məhkəmə qərarları › İş №2(012)-2074/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2074/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2074/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Kazımovun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 30.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22992 olan “İPHONE X” markalı mobil telefon üçün 2041 manat ödənilməmiş hissə, 651 manat dəbbə pulu, ümumilikdə 2692 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış 30.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22992 olan “İPHONE X” markalı mobil telefon almış, nəticədə 2692 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 3192 manat (yəni 9 ay x 310 manat + 402 manat ilkin ödəniş) olan İMEİ kodu **********22992 olan “İPHONE X” markalı telefon üçün ümumilikdə 2692 manat olmaqla, ondan 2041 manat ödənilməmiş hissə, 651 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1151 manat təşkil edir. Odur ki, 30.09.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********22992 olan “İPHONE X” markalı mobil telefon üçün 2041 manat ödənilməmiş hissə, 651 manat dəbbə pulu, ümumilikdə 2692 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2692 manat məbləğində pulun Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 30.09.2018-ci il il tarixdə bağlanmış 00316659 saylı müqavilədən görünür ki, “xxxx” MMC İMEİ kodu **********22992 olan “İPHONE X” markalı telefonu cavabdehin istifadəsinə verməyi, cavabdeh isə əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödənilməsi şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən yalnız bütün ödənişləri tam yerinə yetirdiyi təqdirdə “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. 03 noyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.09.2018-ci il tarixində “xxxx” MMC-dən götürmüş olduğu alqı-satqı qiyməti 3192 manat olan “İPHONE X” markalı telefonun müqabilində ümumi 1151 manat ödəniş etmiş, hazırda cavabdehin cəmi 2692 manat borcu mövcuddur. 30.09.2018-ci il tarixli “Əşyaların təhvil-təslim” aktından görünür ki, Cavabdeh **********22992 olan “İPHONE X” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 02 aprel 2019-cu il tarixli xəbərdarlıq məktubdan görünür ki, Cavabdeh müqavilə şərtlərini kobud surətdə pozduğu, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədikləri ilə əlaqədar məhkəmədə iddia qaldırılması barədə xəbərdar edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İş materiallarından da göründüyü kimi, borclu Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********22992 olan “İPHONE X” markalı telefon icarəyə götürmüş və icarə obyektini götürən zaman imzaladığı icarə müqaviləsinə əsasən icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.09.2018-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və 2041 manat borcunun qalması sübut olunur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə 651 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, dəbbə pulunu 59 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 30.09.2018-ci il tarixli müqavilə bağlanarkən, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən İMEİ kodu **********22992 olan “İPHONE X” markalı telefon üçün 2041 manat ödənilməmiş hissə və 59 manat dəbbə pulu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22992 olan “İPHONE X” markalı telefon üçün 2041 (iki min qırx bir) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə pulu olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar