Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-21/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki işə 21 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 (iyirmi beş min) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh uzun müddətdir ki qonşudurlar. Bir gün adi qaydada olaraq digər qonşularla da axşamüstü yığışarkən Cavabdeh gələrək ona Xırdalan şəhərində 50000 manatlıq evin dəyərindən qat-qat ucuz 30000 manata satıldığını deyərək, o evi şərikinə onunla almaq və sonradan baha qiymətə sataraq qazanc əldə etmək barədə təklif irəli sürmüşdür. Həm Cavabdehla onun münasibətinin yaxşı olmasından, həm də ki, cavabdehə çox etibar etdiyindən təklifini qəbul etmiş və onda olan indiyədək yığdığı 25000 manatı cavabdehə vermişdir. Cavabdeh pulu ondan götürərək, 25000 manatın üstünü tamamlayıb evi alacağını demişdir. Aradan 2-3 gün keçdikdən sonra cavabdehə yığdıqda maklerlə görüşə getdiyini və alqı-satqı üçün sənədlərin hazır olduğunu qeyd etdi. Lakin, bir xeyli vaxt keçdikdən sonra Almazı görə bilmədiyindən evinə gedərək hal-əhval tutmuş, ev məsələsi barəsində soruşduqda isə evlə bağlı görüşdüyü makleri tapmadığını və maklerin telefonunu söndürdüyünü bildirdi. O,həyacanlanaraq halı pisləşdiyində cavabdeh ona narahat olmağa əsas olmadığını pulu ona özü şəxsən qaytaracağını söyləmişdir. O, növbəti gün axşamüstü qonşularla yığışanda Almaz da onlara gələrək, qətiyyən narahat olmamasını, makleri tapdığını və hər şeyin qaydasına düşəcəyini bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sonra cavabdeh nə ev məsələsini həll etmiş, nə də ki götürdüyü pulu ona qaytarmışdır. Belə olduqda o, Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, müraciətinə əsasən ona mülki qaydada məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 1305/2020 saylı qiyabi qətnaməsidən görünür ki, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” na dair iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 6189/2020 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1305/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, o, İddiaçı müxtəlif vaxtlarda cəmisi 13500 (on üç min beş yüz) manat pul götürsə də, qeyd olunan məbləği faizi ilə birlikdə tam olaraq qaytarmışdır və İddiaçı heç bir borcu yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şeyx-zadə Afət Vilayət qızı ifadəsində göstərmişdir ki, iddiaçını tanımır, cavabdehin bacısı Gülnarə xanımın rəfiqəsidir. Cavabdeh cəmi iki dəfə görmüşdür. Dövlət qulluqçusu kimi sosial evlərdən almaq məqsədi ilə bankdan və tanış şəxsdən pul götürmüşdür. Ev aldıqdan sonra onun 5000 manatdan artıq pulu qalmışdır. Bir gün Gülnarənin kefsiz olduğunu görmüş səbəbini soruşduqda Gülnarə ona başqa şəxsə borclu olduğunu bildirmişdir. Ona inandığından evinə mebel almaq üçün saxladığı pulu Gülnarə xanımın evinə gələrək ona 5000 manatı vermiş, həmin pulun verilməsi barədə qəbz yazdırmışdır. Bundan sonra Gülnarə xanım daha 1400 manat çatmadığını demişdir. O da qonşusu Lenadan təxminən 1600 manata yaxın borc pul istəmiş, onun 1400 manatını isə Gülnarə xanıma vermişdir. Daha sonra verdiyi pulların borcun qaytarılması məqsədi ilə ondan alındığına əmin olmaq üçün Gülnarə xanım və bacısı ilə iddiaçının mənzilinə getmiş, lakin iddiaçının mənzilinin qapısı içəri açıldığından iddiaçını görə bilməmişdir, qapı açılarkən iddiaçının salam belə vermədən borcu istədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. Cavabdeh də iddiaçının qonşusudur. İddiaçı ilə cavabdehin mehriban qonşuluq münasibətləri vardır. Cavabdehin evi olmadığından iddiaçıdan borc pul istəmişdir. O da iddiaçıdan pul istədikdə iddiaçı evi olmadığından birinci Almaz xanıma borc verəcəyini, o pulu qaytardıqdan sonra ona borc verəcəyini bildirmişdir. Onun yanında cavabdehə 25000 manata yaxın borc pul verilmişdir. Lakin pul məbləğinin qaytarılmasından xəbəri yoxdur. Lakin iddiaçının pul qaytarılmadığından əsəbi vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, baş mayoru X2 xx.xx.2019-cu il tarixli qərarından müəyyən edilir ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, müəyyən vaxtlarda pula ehtiyacı olduğu üçün Gülnardan sələmə pul götürüb faizi ilə birlikdə qaytarmışdır. Belə ki, 2 il müddətində əvvəllər 500, 1000, 2000, 5000 manata qədər pul götürüb faizi ilə birlikdə qaytarmış, sonuncu dəfə 2019-cu ilin sentyabr ayında 20 %-lə Gülnardan 5000 manat götürmüş, bunun müqabilində 6400 manat qaytarmışdır. İki il müddətində Gülnardan götürdüyü pulun qarşılığında 30 min manata yaxın pul ödəmişdir. Qeyd edilən qərar üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, qonşuluqda yaşayan Almaz Süleymanov onun evinə gələrək mənzilinin mebellərini satdığını görüb və onda on bir min manat pul olduğunu bilib həmin pulu borc verməyini xahiş etmişdir. O da Almazla yaxşı münasibətlərdə olduğu üçün pulu ona vermişdir. Bir müddət sonra Almaz yenidən onun yanına gələrək ev almaq üçün əlavə olaraq on dörd min manata ehtiyacının olduğunu bildirmiş, o da hissə-hissə həmin pulu Almaza vermişdir. Lakin Almaz söz verdiyi vaxtda pulu qaytarmadığı üçün o qızıllarını lombarda qoyaraq pul götürmüş və bank kreditlərini ödəmişdir. Sonradan Almaz 25000 manat puldan cəmi 2200 manatı ona qaytarmışdır. Lakin qalan 22800 manat pulu müxtəlif bəhanələr gətirərək ona qaytarmamışdır. Qeyd edilən qərar üzrə izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 2 il müddətində əvvəllər 500, 1000, 2000, 5000 manata qədər pul götürüb faizi ilə birlikdə qaytarmış, sonuncu dəfə 2019-cu ilin sentyabr ayında 20 %-lə Gülnardan 5000 manat götürmüş, bunun müqabilində 6400 manat qaytarmışdır. İki il müddətində Gülnardan götürdüyü pulun qarşılığında 30 min manata yaxın pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 25 000 manat borc verdiyini bildirsə də bunu təsdiq edən yazılı sübut məhkəməyə təqdim etməmişdir.Cavabdehin izahatından isə iddiaçı tərəfindən ona hissəhissə olmaqla cəmisi,13500 manat borc verməsi etiraf olunmuş, həmçinin iddiaçının cavabdehə veridiyi borcdan 2200 manat qaytarması özünün izahatı ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia olunan borc məbləğindən cavabdehdə qalması sübut olunan məbləğ 13500-2200=11300 manat təşkil edir.Belə ki, cavabdeh tərəfin borcu qaytarması barədə özünün izahatından başqa , hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 11300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən iddianın təmin edilən 11300 (on bir min üç yüz) manat hissəsinə mütənasib olaraq 13.56 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 13.56 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-21/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-21/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver