Məhkəmə qərarları › İş №2(012)-2103/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2103/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2103/2021 24.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun alınaraq ona qaytarılması bardə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, İddiaçı atasıdır. İddiaçı X11 ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonunda yerləşən "xxxx" MTK- dan 8-ci bina, 4-cü mərtəbə, 246 nömrəli 2 (iki) otaqlı mənzilin paylara uyğun olaraq aralarında bölünməsi və həmin əmlakın 1/2 hissəsinə Şahpərinin mülkiyyət hüquqlarının tanınması barədə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə İddiaçı hüquqlarını müdafiə etmək, vəkil yardımından faydalanmaq üçün, həmişə televizor vasitəsi ilə «Lider» TV-də çıxışı zamanı orada vəkil kimi çıxış edən, adı Tağı, soyadı Hüseynov, ata adı Tofiq olan şəxsin bir elan lövhəsində mobil telefon nömrəsini Şahpəri götürmüş və həmin vəkilə zəng edərək məhkəmələrdə hüquqlarını müdafiə etməsi məsələsini soruşmuşdur.Qızı İddiaçı onunla birlikdə Cavabdeh «Sahil» metrosu yaxınlığında yerləşən ofisinə getmiş, onlar işin mahiyyəti barədə Cavabdeh ilə söhbət etmiş və mənzilə dair lazımi sənədləri Tağıya vermişlər. Daha sonra Cavabdeh ilə ümumi razılığa gəlinmiş, qızı İddiaçı ilə Cavabdeh arasında 13 fevral 2017-ci il tarixdə tapşırıq müqaviləsi bağlammışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən məhkəmədə bir vəkil olaraq Cavabdeh Azərbaycan Respublikası «Vəkillər və Vəkillik fəaliyyəti haqqında» qanunun 7-ci və 15-ci maddələrinin tələblərinə əsasən icraatda olan mülki işlə əlaqədar olaraq, bütün məhkəmələrdə Şahpərinin vəkili olaraq hüquqlarını müdafiə eməsini söz vermiş və öz öhdəliyinə götürmüş, tapşırığın icrası ilə bağlı vəkalət verən, İddiaçı, vəkalət alana, vəkil Cavabdeh 2000 (iki min) manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin olaraq cavabdehə, yəni vəkil-vəkalət alan Cavabdeh 1500 (min beş yüz) manat ödənilmiş, qalan hissə yəni 500 (beş yüz) manat isə məhkəmə işlərinin gedişi zamanı ödənilməsi nəzərdə tutulmuşdur. Bununla da vəkalət alan vəkil Cavabdeh ilə razılaşdıqdan sonra 05 oktyabr 2017-ci il tarixdə Abşeron rayon Məhkəməsində hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, iddiaçı (Bayramova) İddiaçı nümayəndəsi X1 iştirakı, cavabdeh X6 nümayəndəsi X9 iştirakı ilə, iddiaçı (Bayramova) İddiaçı, cavabdeh X7 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində baxılaraq İddiaçı əleyhinə qətnamə qəbul edilmişdir.Məhkəmə prosesində vəkalət alan özünü vəkil hesab edən Cavabdeh iştirak etməməsi, özünü vəkil kimi qələmə verən, halbuki, Cavabdeh heç hüquq sahəsindən anlayışının olmaması, yalnız özünü reklam etmək üçün istənilən «televizor» aparıcısı ilə razılığa gələrək onu öz verilişinə dəvət etməklə özünə abonent toplaması, özünə müxtəlif bəhanələr gətirməklə guya gah xəstə olması, gah da rəhmətə gedəninin olmasını bildirməklə məqsədi verilən pulları mənimsəməsi olmuşdur. Bundan başqa Şahpəri Abşeron rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(012)- 6174/2017 saylı qətnaməsindən narazı qaldığından Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermiş, 11 oktyabr 2018-ci il iş № 2( 105)-796/2018 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(012)-6174/2017 saylı qətnaməsi ləğv edilmiş, 11 oktyabr 2018- ci il tarixli iş № 2(105)-796/2018, qətnaməsi ilə Şahpərinin Apellyasiya şikayəti təmin edilmişdir. Hər iki məhkəmədə özünü vəkil hesab edən vəkalət alan Cavabdeh bir dəfə də olsun məhkəmədə iştirak etməmişdir. Ümumi olaraq qeyd edir ki, iddiaçı Şahpəriyə ilk öncə 1000 manat, sonra isə 500 manat pulu nağd olaraq vermişdir. Şahpəri Cavabdeh 500 manat pulu apelyasiya istansiyasında hüquqlarını müdafiə etmək üçün ödəmiş, lakin Cavabdeh apelyasiya məhkəməsində heç bir prosesdə iştirak etməmişdir. Odur ki, Cavabdeh verilmiş 1500 manat pulun geri alınaraq İddiaçı qaytarılması baədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, sözügedən iddia tələbi uydurma və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı hüquqlarının müdafiəsi ilə bağlı direktoru olduğu "xxxx" MMC ilə 2017-ci il tarixdə tapşırıq müqaviləsi bağlamışdır. Həmin taşırıq müqaviləsi onunla yox, məhz onun şəxsində direktoru olduğu "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən də iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə qeyd etmək istəyir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən, iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi və zəruri olan bütün sənədlər tərəfindən hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Məhkəmə proseslərində isə iddiaçı (Bayramova) İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında "xxxx" MMC ilə əməkdaşlıq edən X2 və X13 iddiaçının hüquqlarını müdafiə etmişlər. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən, məhkəmə proseslərində şirkətin direktoru olaraq məhz onun iştirak edəcəyinə dair heç bir öhdəlik yoxdur. Bundan başqa həmin tapşırıq müqaviləsində məhkəmə işinin iddiaçının xeyrinə nəticələnəcəyinə dair də heç bir təminat verilməmişdir və bu təminat heç bir peşəkar vəkil və ya hüquqşünas tərəfindən verilə də bilməz. İddiaçı ilə direktoru olduğu "xxxx" MMC arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən iddiaçıya hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur və həmin hüquqi yardım qüsursuz olaraq iddiçıya göstərilmişdir. Cavabdeh nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun qardaşıdır. Hüquqi xidmət müqavilə bağlamaqla həyata keçirilir. İddiaçı onlardan polisə şikayət etmiş və iddiaçının nüfuzuna ziyan vurmuşdur. 2017-ci ildə cavabdeh televizorda çıxış edərkən cavabdeh nümayəndə olaraq çıxış etmiş, özünü vəkil kimi təqdim etməmişdir. İddiaçıya da hüquqi yardım göstərilmişdir. Onlar müqaviləni 1-ci instansiya üçün bağlamışlar. Bundan əlavə müqavilələr üzrə iddia müddəti 3 ildir və iddia müddətinin tətbiq olunmasını xahiş edir. Apelyasiya şikayətlərini onlar tərtib etmişlər. Sözügedən tapşırıq müqaviləsinə əsasən, cavabdehə 1500 manat məbləğində pul verilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan 13 fevral 2017-ci il tarixli tapşırıq müqaviləsindən görünür ki, öhdəliyin icra edilməsi tələbi ilə bağlı Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət idarələrində, müəssisələrində, hüquq-mühafızə orqanlarında, təşkilatlarda təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, maraqlı və ya üçüncü şəxsə, şahidə, zərərçəkmiş şəxsə verilmiş bütün hüquqları, o cümlədən, adımdan ərizə vermək, bütün sənədləri tələb etmək, almaq və təqdim etmək, iddia ərizəsini imzalamaq, işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlükdə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək, iddianın həcmini artırmaq və ya azaltmaq, iddianı təmin etmək, iddianın predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişini bağlamaq, barışıq sazişini bağlamağı başqa şəxsə tapşırmaq, bütün məhkəmə aktlarından şikayət vermək və şikayətin dəlillərini müdafiə etmək, hüquqi yardımla bağlı tədbirlər görmək və müqavilələr bağlamaq, məhkəmə aktının məcburi icrası tələbləri və ya onlardan imtina, qət olunmuş əmlakı və ya pulu almaq hüququ ilə bütün məhkəmə və ya istintaq orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi, onun adından və onun hesabına hüquq və mənafelərinin müdafiəsinin həyata keçirilməsini Vəkalət alana-"xxxx" MMC-nin direktoru Cavabdeh tapşırır. Vəkalət alan isə həmin tapşırığı qəbul edib tapşırığın yerinə yetirilməsi ilə bağlı Vəkalət verənin hüquq və mənafelərinin müdaifəsinin həyata keçirilməsini və Vəkalət verənə- İddiaçı bununla bağlı hüquqi yardımın göstərilməsini öz öhdəsinə götürür. Vəkalət verən tapşırığı icra etmək məqsədilə onu təmsil etmək üçün Vəkalət alana bu müqavilənin tərkib hissəsi olan etibarnamə-vəkalətnamə verir. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq tapşırığın icrası ilə bağlı vəkalət verən, vəkalət alana 2000 (iki min) manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin olaraq Vəkalət verən 1000 (min) manat pulu Vəkalət alana ödəyir, qalan 1000 (min) manatı isə məhkəmə işlərinin gedişi zamanı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, əgər mübahisə məhkəmədən kənar öz həllini tapırsa, tapşırıq verən tapşırıq alana vəd etdiyi muzdu tam ödəməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında tapşırıq hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr yaranmış, bu iş materiallarında olan 13 fevral 2017-ci il tarixli tapşırıq müqaviləsi ilə təstiq olunur, həmin müqavilə vəkalət verən tərəfindən imzalanmasada, bu hal məhkəmədə mübahisə predmeti olmadığından və tərəflər arasında faktiki tapşırıq münasibətləri yarandığından məhkəmə hesab edir ki,mübahisəyə tapşırıq hüquq münasibətlərinə uyğun qiymət verilməlidir. Həmçinin məhkəmədə sübutların tədiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 13 fevral 2017-ci il tarixli tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etməmiş, 2(012)- 6174/2017 saylı mülki iş üzrə tapşırıq hüquq münasibətlərindən irəli gələn öhdəlik Abşeron rayon Məhkəməsində yerinə yetirilsədə,həmin mülki işlə bağlı apellyasiya məhkəməsində baxılarkən tapşırıq hüquq münasibətlərindən irəli gələn öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh nümayəndəsi X12 məhkəmə iclasında izahatında müqaviləni 1-ci instansiya üçün bağlandığını bildirmiş,lakin bununla bağlı izahatdan başqa digər sübut təqdim etməmiş,əksinə olaraq 13 fevral 2017-ci il tarixli tapşırıq müqaviləsinin mahiyyətindən görünür ki, son həddə qədər hüquqi yardım göstərilməsi nəzərdə tutulmuş və məhkəmə həmin son həddin apellyasiya məhkəməsinin nəzərdə tutulması kimi qiymətləndirir.Belə ki,vəkalət alan tərəf vəkillər kollegiyasının üzvü olmadığından kassasiya və əlavə kassasiya üçün hüquqi yardımın göstərilməsi vəkalət alan Cavabdeh səlahiyyətləri xaricində olmuşdur.Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, razılıaşdırılmış 2000 manatdan 1500 manat ödənildiyindən və tapşırıq hüquq münasibətlərindən irəli gələn öhdəlik tam icra olunmadığından ödənilmiş 1500 manatdan Cavabdeh 500 manat alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində taşırıq müqaviləsi onunla yox, məhz onun şəxsində direktoru olduğu "xxxx" MMC ilə bağlandığını, bu səbəbdən də iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı barədə göstərdikləri ilə də razlaşmır.Belə ki,məhkəmə yuxarıda qeyd etdiyi kimi, işin müəyyən edilmiş faktiki hallarından göründüyü ki, İddiaçı ilə Cavabdeh arasında birbaşa tapşırıq hüquq münasibətlərindən irəli gələn öhdəlik yaranmış,vəkalət verəndən 1500 manat pulu məhz vəkalət alan olaraq Cavabdeh almış və bu hal məhkəmədə mübahisə prdmeti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə Cavabdeh nümayəndəsi X5 müqavilə üzrə iddia müddətinin 3 il olduğu, iddia müddətinin tətbiq olunması barədə məhkəmədə verdiyi izahatı ilə də razılaşmır.Belə ki, iddia müddətinin başlanması Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı andan yox, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(012)-6174/2017 saylı qətnaməsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il iş № 2( 105)-796/2018 saylı qətnaməsi qəbul edilmiş, iddiaçı isə 18 fevral 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini buraxmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar