Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2123/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona maşın satmaq adı altında ondan aldığı 12.100 manat məbləğində pulun əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin və məhkəmə üçün ödənilmiş 129.30 manat dövlət rüsumunun, ümumilikdə 13.229,30 manat əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, internet platformasında yerləşən “Turbo.az” saytında Hyunday TG Minik markalı, **-RZ-*** d.q.n avtomobili bəyənib, maşının istifadəçisi olan Cavabdeh1 ilə əlaqə saxlayıb 17 yanvar 2024-ci il tarixdə gecə vaxtlarında görüşüb avtomobilə baxmışdır. Mobil notariat vasitəsi ilə Cavabdeh1 etibarnamə aldıqdan sonra avtomobili təhvil almışdır. Avtomobili alarkən Cavabdeh1 avtomobildə hec bir texniki nasazlıq olmadığını, boya dəymədiyini, qəzaya məruz qalmadığını bildirdi. Lakin, sabahı günü avtomobili diaqnostika edərkən avtomobilin avto-qəzaya məruz qaldığını, aşaraq deformasiya olduğunu, hava yastıqlarının hamısının açıldığını öyrənmişdir. Dərhal cavabdeh ilə əlaqə saxlayıb pulunu geri tələb etdikdə, o bu təkliflə görüşüb razılaşacağını bildirdi. Lakin, sonradan telefon zənglərinə cavab verməyərək məsuliyyətdən boyun qaçırtmışdır. Bununla əlaqədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etdikdə bölmə tərəfindən bizə mübahisənin mülki xarakterli olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olundu. Cavabdeh1, polis bölməsində izahat verərək, qeyd edilənləri bir daha təsdiq etmiş və problemin aradan qaldıracağına vəd versə də sonradan zənglərə cavab verməmişdir. Cavabdeh onu aldadaraq avtomobili ona dəyərindən qat-qat baha qiymətə satmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, digər Cavabdeh2 mülkiyyəçi olduğuna görə cavabdeh kimi qeyd etmişdir. Əslində ondan tələbi yoxdur, onun tələbi Cavabdeh1dır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı avtomobili alarkən baxış keçirib, bəyənib alıb. Əgər nəsə nasazlıq olsa idi almazdı. Avtomobil üçün ona 12100 manat pul verib. Neçə vaxtdır ki, avtomobil iddiaçıdadır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və bildirdi ki, onun bu məsələlərdən xəbəri yoxdur. O, iddiaçını tanımır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir. İşdə olan Sumqayıt şəhər Pİ 4-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə əsasən müraciətə baxılmış və ona mülki iddia qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusu ilə əldə edilmiş, Cavabdeh1 Sumqayıt şəhər Pİ 4-cü Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 12100 manat satmış, əldə etdiyi pulun üzərinə 2000 manat pul qoyaraq özü üçün “Mersedes E220” markalı avtomaşın almışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri etibarnamə əsasında Cavabdeh1 vermişdir. Cavabdeh1 isə bu səlahiyyətlərdən istifadə edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh2 adından etibarnamə əsasında çıxış edərək «Hyunday TG» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə İddiaçı səlahiyyətlər vermişdir. Bu zaman İddiaçı Cavabdeh1 12100 manat pul ödəmişdir. Bu fakt onun Sumqayıt ŞPİ 4-cü Polis Şöbəsində verdiyi izahatla və məhkəmə iclasında verdiyi izahatla təsdiq olunur. Belə ki, İddiaçı Cavabdeh1 barəsində etdiyi şikayət əsasında toplanmış materialda olan izahatlardan görünür ki, mübahisəli avtomobilə dair etibarnamə verilərkən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ondan nağd şəkildə 12100 manat pul almışdır. Məhkəmə iclasında avtomobilin mülkiyyətçisi Cavabdeh2 etibarnamənin verilməsindən və bunun müqabilində pulun alınmasından xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa avtomobili satarkən Cavabdeh1 avtomobildə heç bir texniki nasazlıq olmadığını, boya dəymədiyini, qəzaya məruz qalmadığını bildirərək, iddiaçını aldatmış və başqa sözlə, avtomobilə görə iddiaçı tərəfindən verilmiş vəsaitlə Cavabdeh1 əsassız varlanmış, İddiaçı maddi ziyan dəymişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işdə olan mötəbər sənədlərlə və Cavabdeh1 pulu aldığına dair etirafı onun mübahisəli avtomobilə görə əsassız olaraq 12100 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin Cavabdeh2 dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin əldə edilməsi üçün iddiaçı bütün əməliyyatları Cavabdeh1la apardığından və Cavabdeh2 da iddia tələbini qəbul etmədiyindən, həmçinin iddiaçının da izahatında Cavabdeh2 qarşı tələbinin olmadığını bildirdiyindən o, iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “1000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 129,3 manat dövlət rüsumunun 126,3 manatı Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçının özünə aid edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 maddi ziyana görə 12100 manat və dövlət rüsumuna görə ödənilmiş 126,30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 12100 manat və ödənilmiş dövlət rüsumu üçün 123,30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2123/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2123/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver