Məhkəmə qərarları › İş №2(012)-2131/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2131/2021

31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2131/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan onların arasında olan rəsmi nikah pozulmuşdur. Onların birgə nikahından olan xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 adlı övladları isə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(012)- 529/2019 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra onunla qalmışlar. Sonra o, aliment məbləğinin təyin edilməsi barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin alimentin məbləğinin təyin edilməsi barədə qətnamə 2019-cu ildə qəbul edilmiş və həmin vaxtdan keçən müddət ərzində saxlanmaları üçün aliment tutulan uşaqlar böyümüşlər və onların saxlanılmaları üçün zəruri olan minimum xərclər xeyli artmışdır. Buna görə də, cavabdehdən hər ay hər uşaq üçün 160 manat məbləğində tutulan aliment uşaqların saxlanılmalarına kifayət etmir. Ona görə də, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə hər ay hər uşağa görə tutulan 160 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat miqdarında sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan onların arasında olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(012)-529/2019 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 iddiaçının yanında qalmışlar. Sonradan iddiaçı aliment məbləğinin təyin edilməsi barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ondan, yəni Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qeyd edilən aliment məbləğlərini o, bu günə qədər vaxtlı-vaxtında ödəyir. Eləcə də o, iddiaçının tələbi üzrə xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 üçün Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 160 manat həddində aliment məbləğinin artırılaraq, ondan hər ay hər uşaq üçün sabit pul məbləğində cəmi 175 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 406767 №-li və AZ-İİ seriyalı 996351 №-li Doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(012)-529/2019 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehin nikahları pozulmuş, nikah pozulduqdan sonra xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 anası, yəni iddiaçı ilə qalmışlar. Sonradan İddiaçı aliment məbləğinin təyin edilməsi barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh xx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, “aliment miqdarının dəyişdirilməsi” barədə İddiaçı iddia tələbini tam şəkildə qəbul edir və o, hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmaları əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasına dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)- 4228/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, eləcə də saxlanılmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilə bilər. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi müəyyən edilmiş yaşayış minimumu həddi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarı və Cavabdeh xx xxxx 2021-ci il tarixli ərizəsi nəzərə alınmalı və saxlanılmaları üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat miqdarında aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılmaları üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin hazırki iş üzrə alimentin miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4228/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar