Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2136/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun və ödədiyi 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, o, İmişli rayon Sarxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda müddətdən artıq hərbi xidmətdədir və işğaldan azad olunmuş ərazidə xidmətini davam etdirir. Biləsuvar rayonunun Xırmandalı kənd sakini Cavabdeh ilə əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olarkən tanış olmuş, özü 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hadrut qəsəbəsində xidmətdə olarkən Cavabdeh “whatsapp" sosial şəbəkəsi vasitəsi ilə vəziyyəti ilə maraqlanmış və bu yolla onun etibarını qazanmışdır. Aralarında olan söhbət əsasında Cavabdeh mülkiyyətində olan "Niva" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilini nasazlıq səbəbindən satmaq istədiyini demişdir. Qarşılıqlı razılaşmaya əsasən mülkiyyətində olan "Niva" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 3500 manata satdığını bildirmiş, sonuncu ondan aldığı avtomobilə görə ona "Lada-21015" markalı avtomobil və əlavə olaraq 1000-2000 manat verəcəyinə söz vermiş, etibarını qazandığı üçün Bəhruza inanaraq mülkiyyətində olan "Niva" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili İmişli "Asan " xidmətində sənədləşdirərək onun əmisi oğlu Səmədə baş etibarnamə ilə vermişdir. Sonradan Bəhruz ona satdığı Niva markalı avtomobilə görə nə "Lada-21015" markalı avtomobili, nə də vəd etdiyi 1000-2000 manat pulu vermiş, Niva markalı avtomobili öz adına keçirdiyi üçün və guya həmin avtomobilə 5000 manat xərc çəkdiyini bildirərək 3500 manat pulu verməkdən imtina etmişdir. Ona görə də, Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə şikayət etmiş və müraciəti əsasında toplanmış material üzrə 19 iyul 2022-ci il tarixli qərarla cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfindən iddia ərizənə etiraz verilərək, İddiaçı ona qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda göstərmişdir ki, aralarında avtomaşınla bağlı alqı-satqı olmuşdur. Lakin iddiaçı məhkəməyə olduğu kimi məlumat vermək əvəzinə iddia tələbini yalanlarla bəzəmişdir. Onun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Onlar maşın alqı-satqısına qədər bir-birilərini tanımamışlar. O, avtomaşınını satması ilə elan yerləşdirmiş və həmin elanı gördükdən sonra iddiaçı ilə əlaqə saxlamışdır. O, “Niva” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinin nasaz olduğunu bildirərək, nasaz vəziyyətdə satışa qoymuşdur. Aralarında həmin avtomobilə görə pul danışığı olmuş və 2 600 manat məbləğində avtomaşını almağı ilə razılaşmışlar. İddiaçı hərbi xidmətdə olduğu üçün aralarında olan danışıqlara əsasən onun əmisi oğlu yox, yaxın dostu olan Səmədin adına İmişli rayonunda yerləşən “ASAN xidmət” mərkəzində etibarnamə verilmişdir. Etibarnamənin dostu Səmədin adına verilməsində məqsəd daha sonra öz adına alqı-satqı etməyi olmuşdur. O ki, qaldı iddiaçının iddiasında qeyd etdiyi “Lada-21015” markalı avtomobil haqqda isə bildirmişdir ki, iddiaçı söhbət zamanı demişdir ki, nasaz olan “Niva" markalı avtomobili satdıqdan sonra özünə “Lada- 21015” markalı avtomobil almaq niyyətindədir, belə olan halda o, rastına çıxan “Lada 21015” markalı avtomobili iddiaçının mobil telefonuna fotoşəkilini atmışdır. Həmin avtomobilin fotoşəkilini də internet vasitəsi ilə tapmışdır. İddiaçının dediyi kimi ona nasaz olan “Niva” markalı avtomobilinə pul və əlavə “Lada 21015” markalı avtomobili verməli deyildir. İddiaçı iddiasında ona qarşı çoxlu yalanlar söyləmişdir. Ona görə də iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinə verdiyi etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçıya 2600 manat pulu vermişdir, belə olmasa, iddiaçı avtomaşınla bağlı Səmədin adına etibarnamə verməzdi. İddiaçı iddia edirsə ki, pulu verməmişdir bunu sübut etməlidir. İddiaçı ona maşını satanda daha sərfəli maşın almaq istədiyi demişdir. O da dostları maşın alveri ilə məşğul olduğundan iddiaçıya maşın şəkilləri göndərmiş və pulun üstünü düzəldərək yeni maşın almasını təklif etmişdir. iddiaçıdan maşını aldıqdan sonra yenidən yığdırmış, şəkillərini paylaşdıqda iddiaçı ondan maşını yenidən özünə satmasını təklif etmişdir. o da maşını yeni yığdığını hələ satmaq istəmədiyini nə vaxtsa satmaq istəsə iddiaçıya xəbər edəcəyini demişdir. İddiaçı ondan maşını qaytarmasını istədikdə o da maşını almaq üçün verdiyi pulu və maşını yığdırmaq üçün çəkdiyi xərci verərsə maşını ona verər. 2021-ci ildə həmin maşını etibarnamə əsasında başqa şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Cavabdeh ilə birlikdə maşın alınarkən İmişli rayon ASAN xidmət mərkəzinə getmişdir. İddiaçı tərəfindən Cavabdeh dostu Səmədin adına etibarnamə verilmiş, Niva markalı avtomobil satılmış, Cavabdeh tərəfindən avtomobilin pulu iddiaçıya ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilən məhkəmə iclası zamanı dinlənilmiş diskdən müəyyən edilir ki, iddiaçı dəfələrlə avtomobilin pulunu cavabdehdən tələb edir. İddiaçı tərəfindən cavabdehə avtomobilin verilməsi lakin cavabdeh tərəfindən avtomobilin pulu iddiaçıya qaytarılmaması ilə bağlı tərəflər arasında narazılıq vardır. Elektron sistemdən çıxarılmış məlumatdan görünür ki, İddiaçı tərəfindən etibarnamə əsasında X5 VAZ 21213 minik markalı, buraxılış ili 1994-cü il, ban nömrəsi XTA212130R1073819 olan avtomobil xx.xx.2029-cu il tarixədək verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan "Niva" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyəti ilə cavabdehə vermiş, cavabdeh isə həmin nəqliyyat vasitəsinin əldə edilməsi üçün iddiaçıya 2600 manat verdiyini bildirir. Lakin bunu iddiaçı qəbul etmir, cavabdeh isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf olunan 2600 manat məbləğdə əsaslı olmaqla qismən təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2600 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 60 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat pul və ödənilmiş dövlət rüsumu üçün 50 manat, cəmi 2650 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2136/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2136/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver