Məhkəmə qərarları › İş №2(012)-2141/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2141/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2141/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsii tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 11710 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 göstərdi ki,”İddiaçı” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X8” haqqında müqavilə imzalanmışdır. 14.11,2018-ci il tarixli 506-K saylı əmirlə adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-ci il 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Novxanı 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Səlimzadə X2 zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 12128 (on iki min bir yüz iyirmi səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borc 12128 (on iki min bir yüz iyirmi səkkiz) manat borcdan 418 (dörd yüz on səkkiz) manat ödəniş etmiş, qalıq borc 11710 (on bir min yeddi yüz on) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, sözügedən marketdə administrator vəzifəsinə qəbul edildikdə o, məsul olacağı dükanları qəbul etmiş və bunla bağlı İddiaçı MMC-nin baş ofisinə gedərək sənədlər imzalamışdır. Administrator işlədiyi dövrdə 5166 manat dəyərində malı iş yoldaşı X1 atası xəstə olduğu üçün borc vermişdir. Lakin X1 atası rəhmətə getdiyinə görə borc məbləğini vaxtında ödəyə bilməmişdir. O, işdən azad edildikdən sonra iddiaçı təşkilata 450 manat ödəniş etmişdir. Onun hesablamalarına görə İddiaçı MMC-yə 2000-3000 manat borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsinə əsasən o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli X8 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə balanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən Satış 2 Şöbəsinə adminstrator vəzifəsinə keçməyinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən, xx.xx.2019-cu il tarixində OBA- Novxanı 2(409) mağazasında adminstrator vəzifəsində çalışdığı zaman aparılmış inentarizasiya nəticəsində Cavabdeh 12128 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X8 haqqında müqaviləninn bağlandığını nəzərə alaraq borclu 12128 manat məbləğində Cəmiyyətə zərər vurduğunu etiraf etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.20190-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında 12128 manat çatışmazlıq müəyyən edilmiş və Cavabdeh yoxlamadan keçən dövrdə 418 manat C əmiyyətin xəzinəsinə mədaxil etməklə 11710 manat borcu qalmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Çünki iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə görə borclu Səlimzadə X2 zərər vurduğunu etiraf etmişdir. Həmçinin xx xxxxxx 2019-cu il tarixli İddiaçı MMCnin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən, xx.xx.20190-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında 12128 manat çatışmazlıq müəyyən edilmiş və Cavabdeh yoxlamadan keçən dövrdə 418 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 11710 manat borcu qalmışdır. Ona görə də məhkəmə işin faktiki hallarına və qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 11710 (on bir min yeddi yüz on) manat və 30 (otuz) manat dövlət rüsumunun alınıb, İddiaçı MMC-nə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar