Məhkəmə qərarları › İş №2(012)-2143/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2143/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2143/2024 25.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-2431/2020 saylı qətnaməsinə əsasən 25 iyul 2014-cü il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay Cavabdeh tutulan 170 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 25 oktyabr 2013cü il tarixdə Siyəzən rayon İHB-nin Yenikənd İƏD üzrə nümayəndəliyində 33 saylı nikah qeydə alınmış, 06 iyul 2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-3801/2018 saylı qətnaməsinə əsasən həmin nikah pozulmuş, birgə nikahdan anadan olmuş 25 iyul 2014-cü il təvəllüdlü X2 onun yanında qalması və cavabdehdən uşağın saxlanılması üçün hər ay onun xeyrinə 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2020-ci ildə də Abşeron Rayon Məhkəməsi aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinə baxaraq, həmin məhkəmənin 06 iyul 2018-ci il tarixli, 2(012)-3801/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, 25 iyul 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Hazırda heç bir yerdə işləmir, övladıyla birlikdə yaşayır. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq, öz doğma övladının maddi təminatını ödəməkdən boyun qaçırır. Uşaqlar böyüdükcə məsrəfləri yeterincə artır, buna baxmayaraq cavabdeh 2020-ci il tarixdə müəyyən edilən 170 manat alimentdən əlavə heç bir maddi köməklik etmir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, təkrar nikaha girmişdir, lakin bu nikahdan uşağı yoxdur. Hazırda işləmir və hər ay cəmi 200 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 367180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 25 iyul 2014-cü il təvəllüdlü X3 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)- 2431/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, həmin məhkəmənin 06 iyul 2018-ci il tarixli, 2(012)-3801/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, 25 iyul 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Fidan adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Fidan adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-2431/2020 saylı qətnaməsinə əsasən 25 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-2431/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 25 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar