Məhkəmə qərarları › İş №2(012)-2144/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2144/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2144/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-ə hüququ olmayan şəxs hesab edilməsi, xx xxxxxx 2020-ci il təvəllüdlü övladı X10 ilə birlikdə əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh, qardaşı X15 ilə xx xxxxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehin qardaşıyla olan nikahı məhkəmə qaydasında pozulmuşdur və həmin qətnaməyə əsasən, uşağın ananın yanında saxlanılması qət edilmişdir. Cavabdeh müvəqqəti olaraq onun mülkiyyətində olan ünvan 1 ünvanında 2010-cu ildən etibarən uşağı ilə yaşayır. Ev də 2009-cu ilədək özəlləşdirilmiş olmuşdur. Ev 2011-ci ildən əvvəl onun anasının adına olmuşdur. Daha sonra anası evi bağışlamışdır və 2011ci ildən onun adınadır. O, dəfələrlə cavabdehdən mənzilini boşaltmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə tələbini icra etməmişdir. Cavabdehin onun mənzilində yaşaması, cavabdehin özünə məxsus əşyalarını mənzilində yerləşdirməsi onun mülkiyyətindən maneəsiz, sərbəst istifadə hüququnu aşkar məhdudlaşdırmışdır. O, öz mənzilinə köçüb normal yaşamaq hüququnu həyata keçirə bilmir. Ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil bankda girovdadır. O, evi kirayəyə vermək istəyir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, o, yoldaşından boşandıqdan sonra uşaq üçün aliment tələb etdikdə qarşı tərəf onu evdən çıxaracağlarını bildirmişdir. 160 manat məbləğində aliment kəsilmişdir. O, bina evində, qarşı tərəf isə həyət evində yaşayır. O, gəlin köçəndə övladı dünyaya gəldikdən sonra qeydiyyata düşmüşdür. Hər şey qaynanasının adınadır, keçmiş həyat yoldaşının adına heç nə yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil qaynanasının adına olmuşdur, 2012-ci ildə isə bu ev baldızı İddiaçı adına keçmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X14 xx.xx.2020-ci il tarixli¸ **********52 saylı sorğuya cavab məktubundan görünür ki, 1245 reyestr nömrəliqeydiyyat vəsiqəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil xx xxxx 2001-ci il tarixdə X3 mülkiyyətində olmuşdur. xx xxxxx 2011-ci il tarixli, 4-Ə-03-435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən, X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzili tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-509/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, X16 ilə X8 arasında bağlanmış xx xxxxxxxx 2009cu il tarixli nikah pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü X4 anası X2 himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində alimentin X7 tutularaq X5 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh xx xxxxxxxx 2009-cu ildə X15 ilə rəsmi nikaha daxil olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzilə gəlin gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil Abşeron rayon 2 nömrəli DNK tərəfindən təsdiq edilmiş 4Ə-2-285 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyata alınmışdır. Daha sonra isə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzil xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X12 tərəfindən İddiaçı bağışlanmış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı Çıxarışına əsasən xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzil hal-hazırda İddiaçı mülkiyyətində olduğundan, cavabdehin mübahisəli mənzildə yaşaması üçün məhkəmədə hər hansı bir hüquqi əsas müəyyən edilmədiyindən Cavabdeh həmin evdən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də iddiaçının iddiası təmin edilməli və Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü övladı X10 və əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması 2) Həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi 3) İstifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi şərtlər olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun xx.xx.2013-cü il tarixli Qərarının nəticə hissəsində göstərilir ki, "Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir". Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, 58 saylı mənzildən xx xxxxxx 2020-ci il təvəllüdlü övladı X10 və əşyaları ilə birlikdə hüququ olmayan şəxs kimi çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar