Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2171/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1392 (bir min üç yüz doxsan iki) manat və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 dekabr 2022-ci il tarixində saat 02:30 radələrində Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi cavabdehin idarə etdiyi “Azsamid” **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman dayanmış vəziyyətdə olan ona məxsus **-UF-*** nömrəli “X2” markalı və digər 4 ədəd avtomobili əzərək mülkiyyətçilərə maddi ziyan vurmuşdur. Cavabdehin barəsində 30 dekabr 2022-ci il tarixində AP ******* nömrəli Nəsimi rayon DYPŞ-nin əməkdaşı tərəfindən X1 Protokol tərtib olunmuşdur. Bundan sonra Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Hadisə yerinə BAKİ SİĞORTA Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları dəvət olunmuşlar. Digər mülkiyyətçilərə və ona dəyən maddi ziyan hesablanmışdır. Ona məxsus avtomobilə dəyən ziyan 2760 (iki min yeddi yüz altımış) manat hesablanmışdır. Bir neçə avtomobilə dəyən maddi ziyana görə ona BAKİ SİĞORTA Açıq Səhmdar Cəmiyyətinin bank hesabından 1368.00 (min üç yüz altımış səkkiz) manat hesab kartıma pul köçürülmüşdür. Qalan 1392 (min üç yüz doxsan iki) manat məbləği tələb etsə də cavabdeh həmin məbləği ödəməkdən imtina edir. Ona görə də ona dəyən maddi ziyan tam ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən, gəlməməyinin səbəbi barədə də məhkəməyə məlumat vermədiyindən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. İddiaçı işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2022-ci i tarixli APP № ******* nömrəli X1 Protokoldan və Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, 22 dekabr 2022-ci il tarixində saat 02:30 radələrində Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi Cavabdeh idarə etdiyi “Azsamid” **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman dayanmış vəziyyətdə olan ona məxsus **-UF-*** nömrəli “X2” markalı və digər 4 ədəd avtomobili əzərək mülkiyyətçilərə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Ş.Əzizbəyov küçəsində Sığortalı Xazar LC ** PR *** d.q.n.lı avtomobili idarəetməni itirdi və Hyundai Elantra ** PU ***, Mercedes Citan ** SU *** d.q.n.lı avtomobil ilə toqquşdu o isə öz növbəsində Kia Pride ** XO *** d.q.n.lı avtomobil ilə toqquşdu, sonra Khazar LX ** PR *** d.q.n.lı avtomobil Toyota LC ** UF *** d.q.n.lı avtomobil ilə və Hyundai Sonata ** MU *** toqquşdu, sonra Khazar d.q.n.lı avtomobil ilə toqquşmuşdur. Əmlaka dəyən ziyanın ümumi məbləği 2760 manat hesablanmışdır. Mütənasiblik tətbiq olunaraq 27.36 %, yəni 1368.10 manat ödənilir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, Bakı Sığorta ASC tərəfindən İddiaçı 1368.10 manat sığorta ödənişi edilmişdir. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Zərərin hesablanması aktından görünür ki, “X2” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2760 manat təşkil edir. Bakı Sığorta ASC tərəfindən İddiaçı 1368.10 manat sığorta ödənişi edilmişdir. Qalan 1392 (min üç yüz doxsan iki) manat məbləği tələb etsə də cavabdeh həmin məbləği ödəməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilmişdir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, 22 dekabr 2022ci il tarixində saat 02:30 radələrində Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi Cavabdeh idarə etdiyi “Azsamid” **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman dayanmış vəziyyətdə olan İddiaçı məxsus **-UF-*** nömrəli “X2” markalı və digər 4 ədəd avtomobili əzərək mülkiyyətçilərə maddi ziyan vurmuşdur. Cavabdehin barəsində 30 dekabr 2022-ci il tarixində AP ******* nömrəli Nəsimi rayon DYPŞ-nin əməkdaşı tərəfindən X1 Protokol, bundan sonra Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Hadisə yerinə BAKİ SİĞORTA Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları dəvət olunmuşlar. Digər mülkiyyətçilərə və iddiaçıya dəyən maddi ziyan hesablanmışdır. İddiaçı məxsus avtomobilə dəyən ziyan 2760 (iki min yeddi yüz altımış) manat hesablanmışdır. Bir neçə avtomobilə dəyən maddi ziyana görə ona BAKİ SİĞORTA Açıq Səhmdar Cəmiyyətinin bank hesabından 1368.00 (min üç yüz altımış səkkiz) manat hesab kartına pul köçürülmüşdür. Qalan 1392 (min üç yüz doxsan iki) manat məbləği tələb etsə də cavabdeh həmin məbləği ödəməkdən imtina edir. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 1392 (min üç yüz doxsan iki) manat məbləğində İddiaçı ziyan vurması iş materialları ilə təsdiq olunduğundan Cavabdeh 1392 (min üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 35 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1392 (min üç yüz doxsan iki) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2171/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2171/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver