Məhkəmə qərarları › İş №2(012)-219/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-219/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-219/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 və onun vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair ilkin iddiası, Cavabdeh2 İddiaçı ASC-yə, üçüncü şəxslər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 07 yanvar 2015ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2557,20 USD borcun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 fevral 2013-cü il tarixli 4-M-1-0-100-13 saylı kredit müqaviləsi üzrə 524,95 USD faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, İddiaçı ASC-nin cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 07 yanvar 2015ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2557,20 USD borcun Cavabdeh2 aid hissədə iddia tələbinin rədd edilməsi, 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması və ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 07 yanvar 2015-ci il tarixli 4-M- 2-0-11-15 saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 3195 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 04 fevral 2013cü il tarixli, 4-M-1-0- 100-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 9000 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4 ilə 04 fevral 2013cü il tarixli, 4-M-1-0-100-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17 may 2021-ci il tarixədək Cavabdeh1 banka 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2557,20 USD borcu vardır. 17 may 2021-ci il tarixədək Cavabdeh1 banka 04 fevral 2013-cü il tarixli 4-M-1-0-100-13 saylı kredit müqaviləsi 524,95 USD faiz borcu olmaqla ümumilikdə cəmi 524,95 USD borcu vardır. Bundan əlavə Cavabdeh2 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olmadığını bildirir. O, bununla razı deyildir. Odu ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" İKB ASC tərəfindən onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 saylı evin, 92 saylı mənzilinə poçt vasitəsilə məktub göndərilmiş, 21.09.2017-ci tarixli həmin xəbərdarlıq məktubunda onun Cavabdeh1 zamin olmağı əsası ilə onun bankdan götürmüş olduğu borcun 5 gün müddətində "xxxx" İKB ASC-yə tam ödənilməsi tələb olunmuşdur. Bu halın araşdırılması üçün tərəfindən "xxxx" İKB ASC-nin baş ofisi ilə əlaqə saxlamış, onun ünvanına gələn xəbərdarlıq məktubunun araşdırılmasını bildirmiş, cavab olaraq isə kredit müqaviləsinin bankın Sumqayıt filialında bağlanıldığı və bunun həmin filialda araşdırılmalı olduğu bildirilmişdir. Bundan sonra zaminlik müqaviləsinin əsli və ya əsli ilə təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciət etmiş və ona bankın Sumqayıt filialı ilə bağlanmış 4-M-2-0-11-15 nömrəli 07.01.2015-ci il tarixli zaminlik müqaviləsinin təsdiq edilmiş surətinin poçt vasitəsilə göndərilməsi təmin edilmişdir. Həmin zaminlik müqaviləsinin məzmunu ilə tanış olduqdan sonra Cavabdeh1 adlı "xxxx" İKB ASC-nin Sumqayıt filialının müdiri X5 arasında bağlanmış kredit rnüqaviləsinin təminatı olaraq güya ki, onunla 4-M-2-0-11-15 nömrəli 07.01.2015-ci il tarixli zaminlik müqaviləsinin bağlanıldığı və 1 (bir) səhifədən ibarət olan həmin müqavilə onun imzasıyla təsdiq edildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar bildirmək istəyir ki, o, Cavabdeh1, X2 və Cavabdeh3 tanımır, bankın Sumqayıt filialının ona göndərdiyi zaminlik müqaviləsinin təsdiq edilmiş surətində Cavabdeh2 adının altındakı imza ona məxsus deyil, tərəfindən tanımadığı şəxsə zamin olmamış və bu halın hansı şəraitdə baş verməsi indiyinə qədər də ona məlum deyildir. Hesab edir ki, bankın Sumqayıt filialının 4-M-2-0-11-15 nömrəli 07.01.2015-ci il tarixli zaminlik müqaviləsindəki imza saxtalaşdırılmış və əsassız olaraq zamin qismində olmağı səbəbilə hazırki məhkəmə prosesinə cavabdeh qismində cəlb olunmuşdur. Eyni zamanda onu da qeyd etmək istəyir ki, "xxxx" İKB ASC tərəfindən 06.10.2017-ci il tarixdə də cavabdehlər X3, Cavabdeh3 və o cümlədən ona qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, mülki işə Abşeron rayon məhkəməsinin hakimi İlham Kərimlinin sədrliyi ilə baxılmış, iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi verilmiş, vəsatəti əsasında məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19283 nömrəli 20 avqust 2018-ci il tarixli ekspert rəyi əsasında həmin iş üzrə də ekspertizaya təqdim edilmiş bankın Sumqayıt filialının 4-M-2-0-13-15 nömrəli 07.01.2015ci il tarixli zaminlik müqaviləsindəki imza qrafasındakı imza - onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmiş, sonradan məhkəmə tərəfindən onun cavabdehlər sırasından çıxarılmağı təmin edilmişdir. Hazırda Abşeron Rayon Məhkəməsi tərəfindən xətşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 4/1548 №-li ekspert rəyindən də göründüyü kimi zaminlik müqaviləsindəki imza ona məxsus deyildir. Qeyd olunanlara əsasən o, ilkin iddianın ona aid hissədə rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə ilkin iddia üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə ilkin iddia üzrə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 3195 USD kredit verilmişdir. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsindən görünür ki, 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına görə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsindən görünür ki, 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin icrasına görə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 illik 30 faizlə 24 ay müddətinə 9000 USD kredit verilmişdir. İş materiallarında olan 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı zaminlik müqaviləsindən görünür ki, 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh4 Cavabdeh1 öhdəliklərinin icrasına görə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2557,20 USD borcu vardır. İş materiallarında olan 17 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 fevral 2013-cü il tarixli 4-M-1-0-100-13 saylı kredit müqaviləsi üzrə 524,95 USD faiz borcu olmaqla ümumilikdə cəmi 524,95 USD borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 4/1548 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 17-ci vərəqində Cavabdeh2 adına olan 07 yanvar 2015-ci il tarixli 4-M-2- 0-11-15 saylı kredit müqaviləsində “Zamin: Cavabdeh2” qrafasındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,ilkin iddia qismən təmin edilməli,qarşılıqlı iddia isə təmin edilməlidir. İlkin iddia ilə bağlı sübutlar araşdırılarkən müəyyən edilir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 ilə 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı zaminlik müqaviləsi bağlanmış,həmçinin "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2015ci il tarixli, 4-M-2-0-11-15 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsi bağlanmışdır.Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 07 yanvar 2015-ci il tarixli, 4-M-2-0-11-15 saylı və 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100-13 saylı kredit müqavilələri üzrə cavabdeh (borcalan) Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının cavabdehlərdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 07 yanvar 2018-ci il tarixdən, 17 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış faydanın tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa ilkin iddia üzrə Cavabdeh1 (borcalan) 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün, iddiaçı təşkilat həmin müqavilənin icrasına zaminlik etmiş Cavabdeh3 və 04 fevral 2013-cü il tarixli, 4-M-1-0-100- 13 saylı kredit müqaviləsidən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün həmin müqavilənin icrasına zaminlik etmiş Cavabdeh4 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə ilkin iddia üzrə İddiaçı ASC-nin 07 yanvar 2015-ci il tarixli 4-M-2-0- 11-15 saylı kredit müqaviləsinə üzrə borcun Cavabdeh2 (zamindən) müştərək qaydada tutulması ilə bağlı qarşılıqlı iddianın aşağıda göstərilən əsaslara görə təmin edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, həmin xüsusata ilkin iddianın daxilində qiymət verilməsinə zərurət aradan qalxmışdır. Belə ki, məhkəmə prosesinin gedişatında qarşılıqlı iddianın hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-3691/2021 saylı, 13.09.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 4/1548 saylı ekspert rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 17-ci vərəqində Cavabdeh2 adına olan 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsində “Zamin: Cavabdeh2” qrafasındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan təqdirdə 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zamin olaraq qiymətlənidirilə bilmədiyindən, Cavabdeh2 aid hissədə zaminlik müqaviləsi etibarsız sayılmalı, ilkin iddia Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2557,20 USD borcun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. [303] Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 25 noyabr 2021-ci il tarixli, 4/1548 saylı xətşünaslıq ekspertizasına görə 126 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı kredit müqaviləsi üzrə 1191,18 USD əsas borc, 1089,67 USD faiz borcu və kredit müqaviləsi üzrə 07 yanvar 2018-ci il tarixdən 17 may 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 276,35 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2557,20 USD borc və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 fevral 2013-cü il tarixli 4-M-1-0-100-13 saylı kredit müqaviləsi üzrə 524,95 USD faiz borcu və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 4-M-2-0-11-15 saylı zaminlik müqaviləsi etibarsız hesab olunsun və ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC tutularaq Cavabdeh2 ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 25 noyabr 2021-ci il tarixli, 4/1548 saylı xətşünaslıq ekspertizasına görə 126 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar