Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2191/2025 30.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 24833,94 manat məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, X6 ilə el adəti ilə ailə qurmuşdur, lakin nikahlarını rəsmi qeydiyyata aldırmamışlar. Birgə nikahlarından iki qızları xx.xx.2006cı ildə X7 və xx.xx.2010-cu ildə X8 anadan olmuşlar. X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. Anaları vəfat etdikdən sonra Nəzrin və Cəmilə müvəqqəti olaraq nənələrinin, yəni analarının anası Mahirə Hüseynovanın yaşadığı, Yasamal rayonunda yerləşən evində sonuncunun yanında qalmışlar. O, 2015-ci ildə X11 ilə ailə qurmuş və həmin dövrdən uşaqlar yenidən onun və Günayın yanında yaşamışlar, uşaqlara Günay analıq etmişdir. Həmin dövrdə onun xəbəri və razılığı olmadan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 164 saylı Sərəncamı ilə Nəzrin və Cəmilə Cavabdeh qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. Sərəncamla Cavabdeh uşaqların qəyyumu təyin olunduğundan, 2018-ci ilə qədər uşaqlar üçün təyin olunmuş müavinətləri Aybəniz almışdır. Bu dövrdə uşaqlar artıq onun yanında və himayəsində olduğundan, o, Aybənizə müavinətlərin artıq onun almalı olduğunu bildirdiyində, Aybəniz ona bildirmişdir ki, müavinətlər 2018-ci ildən kəsilmişdir. Lakin hazırda məlum olmuşdur ki, uşaqların müavinətləri dayandırılmamışdır, sadəcə olaraq Aybəniz müavinətləri özü almış, uşaqlara verməmişdir. 2024-cü ilin avqust ayında Aybəniz DOST xidmətindən öz adına yeni kart alaraq, ona vermişdir və cavabdeh bundan sonra müavinətləri almışdır. "xxxx"dan alınmış çıxarışa əsasən, Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixinə qədər 12.158,97 manat müavinəti alıb mənimsəmişdir. Deməli, əvvəlki 3 il ərzində də-avqust 2018-ci ildən avqust 2021-ci ilə qədər, Aybəniz eyni məbləğdə-12158,97 manat müavinəti də almışdır. Beləliklə, Cavabdeh ümumilikdə 24317,94 manat məbləğində müavinəti mənimsəmişdir. Bundan başqa, Cavabdeh bank kartının adına olmasından sui-istifadə edərək, o, cavabdehdən 2018-2014-cü illərin müavinət pullarını tələb etdiyindən, 2025-ci ilin yanvar ayının müavinət pulunu onun ala bilməməyi üçün, kartı bloklamışdır və bunun nəticəsində o, yanvar ayı üçün 516 manat müavinət pulunu da ala bilməmişdir. Göstərilənlərlə əlaqədar, "xxxx" ASC-dən avqust 2018-ci ildən xx.xx.2024-cü il tarixinə qədər dövr üçün Cavabdeh ödənilmiş müavinətlər barədə çıxarışın, həmçinin kartın 2025-ci ilin yanvar ayında kimin tərəfindən bloklanması barədə məlumatın alınmasını məhkəmədən xahiş edir. Göstərilən məsələ ilə əlaqədar böyük qızı X9 ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron RPİ-nin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan məlum olur ki, Cavabdeh polisə verdiyi izahatında bildirmişdir ki, göstərilən dövrlərdə kart onda olmuşdur və aldığı müavinətləri, cavabdeh istifadə etmişdir. O, bu məsələ ilə əlaqədar, dəfələrlə Cavabdeh müraciət etmiş və xahiş etmişdir ki, bu pullar Nəzrinin və Cəmilənin pullarıdır, uşaqlar üçün də xərclənməlidir, bu pulları geri qaytarsın. Lakin o, müxtəlif bəhanələrlə pulları verməkdən imtina edir. Məlumat üçün bildirir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 164 saylı Sərəncamı Başçının xx.xx.2024-cü il tarixli, 340 saylı Sərəncamı ilə ləğv olunmuşdur. Cavabdeh müraciətlərinin heç bir nəticəsi olmadığında, cavabdeh heç bir əsas gətirmədən müraciətlərini diqqətsiz qoyduğundan, o, məhkəmədə iddia qaldırmaq məcburiyyəti qarşısındadır. Göstərilənlərə əsasən o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, o, iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, bacısı dünyasını dəyişdikdən sonra bacısının uşaqlarını özü saxlamışdır. Həmin dövrdə dövlətin verdiyi müavinəti o, uşaqların saxlanılması və xərclərinin ödənilməsinə sərf etmişdir. Lakin 2015-ci ilin yay aylarının sonunda uşaqları atası aparmışdır. Bundan əlavə qeyd edir ki, kart onun adına olmuş, lakin kartdan o istifadə etməmişdir. Belə ki, kart onun anasında olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X5 hazırda onlara himayədarlıq edən xx.xx.1975-ci il təvəllüdlü xalası Cavabdeh Fərzəli qızının qəyyumluğuna (himayəçiliyinə) verilməsi, üzərində qəyyum (himayəçi) təyin olunmuş azyaşlının 18 yaşına çatdıqda xüsusi sərəncam olmadan qəyyumluğa (himayəçiliyə) xitam verilməsi qərara alınmışdır. -Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 280514 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X3r. -Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 280515 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X3r. -Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 474855 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı ildə X2 dünyaya gəlmiş X4 atasıdır. -Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 474856 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə X2 dünyaya gəlmiş X5 atasıdır. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə banka daxil olan 2(012)-2191/2025 №-li qərarın icrası ilə bağlı qeyd olunan dövrdə Cavabdeh sorğu olunan təyinatlı hesabına mədaxil olunan vəsaitlərə dair məlumatlar və ilk plastik kartın istifadə vaxtı bitdikdən sonra növbəti 416974******6152 №-li plastik kartın xx.xx.2022-ci il tarixdə təhvil alınmasına dair balansdankənar məxaric orderi məktuba əlavə olunur. Cavabdeh istifadəsində olan plastik kart 2025-ci il yanvar ayında bloklanmamışdır. Məlumat üçün bildirilir ki, AR Mərkəzi Bankının "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın 1 №li Əlavəsinin 78-ci bəndinə əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin banklarda saxlanma müddəti 5 il olduğundan həmin müddətdən əvvələ aid plastik kartların təhvil verilməsinə aid sənədlər mövcud deyildir. Sorğuya cavabdan göründüyü kimi xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan Cavabdeh Fərzəli qızına məxsus karta mədaxil olan məbləğ cədvəlində ümumilikdə 19795,05 manat təşkil edir. Cədvəldə pensiya məbləğlərinin siyahısı əks olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı və X6 faktiki nikah bağlamış və bu nikahdan 2 övladları-xx.xx.2006-cı ildə X7 və xx.xx.2010-cu ildə X8 anadan olmuşlar. İddia ərizəsindən görünür ki, X6 xx.xx.2013-cü ildə vəfat etmişdir, anaları vəfat etdikdən sonra uşaqlar müvəqqəti olaraq nənələrinin, yəni ana nənəsi Mahirə Hüseynovanın evində qalmışlar. Həmin dövrdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 164 saylı Sərəncamı ilə Nəzrin və Cəmilə Cavabdeh qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. Sərəncamla uşaqların xalası Cavabdeh uşaqların qəyyumu təyin olunduğundan, 2018-ci ilə qədər uşaqlar üçün təyin olunmuş müavinətləri Aybəniz almışdır. İddiaçı 2015-ci ildə X11 ilə ailə həyatı qurmuş və həmin dövrdən uşaqlar yenidən onun və həyat yoldaşı Günayın yanında yaşamışlar. Bu dövrdə uşaqlar artıq atalarının yanında və himayəsində yaşamışlar. Uşaqların atalarının yanında yaşadıqları müddət üçün iddiaçı cavabdeh tərəfindən "xxxx"dan alınmış olduğu cəmi 24833,94 manat məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Rsespublikası Qanununun: -1.0.1-1. maddəsinə əsasən şərti əmək pensiyası – ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir. -14.1. maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin tədqiq edilən hallarını və iş materiallarını araşdırıb qeyd edir ki, xx.xx.2006-cı ildə X7 və xx.xx.2010-cu ildə X5 anaları-X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. X1 ilə İddiaçı arasında rəsmi nikah olmadığından, ailə başçısı-X6 götürülmüş və buna görə də ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamından göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 hazırda onlara himayədarlıq edən xx.xx.1975-ci il təvəllüdlü xalası Cavabdeh Fərzəli qızının qəyyumluğuna (himayəçiliyinə) verilməsi qərara alınmışdır. Ona görə də ailə başçısını itirməyə görə verilən müavinət uşaqların xalası-Cavabdeh verilmişdir. Lakin 2015-ci ilin avqust ayından etibarən uşaqlar atalarının yanında qalmışlar. Bu hal cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə bildirir ki, uşaqlar 2015-ci ilin avqust ayından uşaqlara ataları baxdığından və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən göründüyü kimi iddiaçının uşaqların atası olması öz təsdiqini tapdığından, həmin müavinət uşaqlara sərf olunması üçün iddiaçıya (ataya) verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan göründüyü kimi xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan Cavabdeh məxsus karta mədaxil olan pensiya məbləği ümumilikdə 19795,05 manat təşkil edir. Ona görə də məhkəmə qeyd edir ki, uşaqlar atalarının yanında xx.xx.2018-ci il tarixindən qaldığından və uşaqları ataları tərəfindən qulluq və qayğı göstərildiyindən iddiaçı iddia tələbində haqlıdır. Bu səbəbdən iddia ərizəsi qismən təmin edilməli və Cavabdeh 19795,05 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə ,əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 19795,05 (on doqquz min yeddi yüz doxsan beş manat beş qəpik) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2191/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2191/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver