Məhkəmə qərarları › İş №2(012)-2200/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2200/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2200/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5563/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün təyin edilmiş 117 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər biri üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşaqların maddi ehtiyaclarını qarışlamır. İddiaçı övladları ilə birgə valideynlərinin yanında yaşayır. Onların tələbatları artmaqdadır və bu səbəbdən də o, hesab edir ki, alimentin məbləği hazırki uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun təyin edilməlidir. Məhkəmə prosesində İddiaçı qızı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, cavabdeh qaynaqçı işləyir və qazancı kifayət qədərdir. Bu səbəbdən də aliment miqdarı artırılmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5563/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı X7 ilə Cavabdeh arasında xx xxxxxxx 2009-cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış 675 saylı nikahın pozulması, birgə nikahdan doğulan xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 iddiaçı X2 (ananın) himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh qaynaqçı işləyir və maddi imkanı normaldır. Məhkəmə, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-5563/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment artırılaraq hər ay hər biri üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı qızına verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5563/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün təyin edilmiş 117 manat alimentin məbləği artırılsın. Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 150 manat, cəmi 300 manat məbləğində sabit pul tutularaq İddiaçı qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar