Məhkəmə qərarları › İş №2(012)-221/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-221/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-221/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 15738.53 manat, faiz borcu üzrə 4806.07 manat, olmaqla cəmi 20544.60 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, iddia ərizəsində texniki yanlışlığa yol verildiyinindən iddia ərizəsinin xahiş etdi hissəsində xx.xx.2020-ci il tarixinin xx.xx.2021-ci il kimi nəzərə alınmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15738.53 manat əsas, 6834.59 manat faiz, cəmi 22573.12 manat borc tutulması, məhkəmə rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə illik 10 faiz olmaqla 19640 (on doqqquz min altı yüz qırx) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, onun cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsində baxılmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-1889/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilmiş, tərəflər ilkin vəziyyətə qaytarılması, onunla "xxxx" ASC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı müqaviləsi əsasında onun tərəfindən "xxxx" MMC-yə ödənilmiş 13901,47 (on üç min doqquz yüz bir manat, qırx yeddi qəpik) manat, 2400 (iki min dörd yüz) manat faiz borcu olmaqla, cəmi 16301,47 (on altı min üç yüz bir manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq ona geri qaytarılması qət edilmişdir. Həmin qətnamədən AAAF İnşaat” MMC və "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-911/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC ilə onun arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12-ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə dair bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM- 0228 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş, onun tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12-ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə görə cavabdeh "xxxx" MMC-yə ödənilmiş 13.901 (on üç min doqquz yüz bir) manat 47 (qırx yeddi) qəpik və 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi, iddia tələbi 3800 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bankdan kredit götürməmişdir, ev almaq üçün məbləği özü ödəmişdir. Hazırda iddiaçının ona qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Beynəlxalq Bankı” ASC Müştəri xidməti departamenti ilə Cavabdeh2 arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 12, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 saylı mənzilin dəyərini ödəmək məqsədilə 19640 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 120 ay müddətinə verilir, kreditin müddəti 30 mart 2025-ci il tarixdə bitir və kredit üzrə əsas borc və fazilər aylıq 259,60 manat məbləğində bərabər hissələrlə ödənilir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli, ABB YM-0228 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 12, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli, ABB YM-0228 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 12, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 24 mart 2015-ci il tarixli, ABB YM-0228 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 12, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli, ABB YM-0228 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 12, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, 30.0.3.2025-ci il tarixinə kimi hər ay banka 259.60 (sonuncu ay 248.24 manat) manat ödəməklə qaytarmalıdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin AAAF- İnşaat MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə 15738.53 manat əsas, 4806.07 manat faiz, cəmi 20544.60 manat kredit borcu vardır. -xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə 15738.53 manat əsas, 6834.59 manat faiz, cəmi 22573.12 manat kredit borcu vardır. -Abşeron rayon Məhkəməsinin 2(012)-1889/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv edilməsi, tərəflər ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən "xxxx" MMCyə ödənilmiş 13901,47 (on üç min doqquz yüz bir manat, qırx yeddi qəpik) manat, 2400 (iki min dörd yüz) manat faiz borcu olmaqla, cəmi 16301,47 (on altı min üç yüz bir manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq Cavabdeh2 geri qaytarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-911/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh2 arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12-ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə dair bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0228 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12- ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə görə cavabdeh "xxxx" MMC-yə ödənilmiş 13.901 (on üç min doqquz yüz bir) manat 47 (qırx yeddi) qəpik və 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi, iddia tələbi 3800 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar,ona görə də, iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 15738.53 manat əsas, 6834.59 manat faiz, cəmi 22573.12 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada xx.xx.2015-ci il tarixli 5-xx-xx- 2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə 15738.53 manat əsas, 6834.59 manat faiz, cəmi 22573.12 manat borc və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X2 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar