Məhkəmə qərarları › İş №2(012)-2214/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2214/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2214/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.564,41 ABŞ dolları əsas, 3.610,81 ABŞ dolları faiz, 3.935,26 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 534,50 ABŞ dolları faiz borcu, cəmi 11.645,98 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* №-li 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 16 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimlərin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********414 saylı 27.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 11.645,98 ABŞ dolları təşkil edir. Bundan 3.564,41 ABŞ dolları əsas, 3.610,81 ABŞ dolları faiz, 3.935,26 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 534,50 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı ilə onun arasında müddəti 24 ay olmaqla 16.12.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti 16.12.2017-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilənin bitdiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra ona qarşı hazırki iddia tələbini qaldırmışdır. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı ilə əsas borclu Cavabdeh arasında müddəti 24 ay olmaqla 16.12.2015-ci il tarixli kredit müqaviləsi, onunla isə eyni tarixli zaminlik bağlanmış müqaviləsi bağlanmış və bu müqavilələrin müddəti 16.12.2017-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilənin bitdiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra onlara qarşı hazırki iddia tələbini qaldırmışdır. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilərəq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı ASC (kreditor) Cavabdeh (borcalan) illik 22 faiz hesablanmaqla 24 ay müddətinə 4.700 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli 110012262/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 16 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19 noyabr 2020-ci il tarixinə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 3.564,41 ABŞ dolları əsas, 3.610,81 ABŞ dolları faiz, 3.935,26 ABŞ dolları cərimə, 534,50 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 11.645,98 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh və Zamin 06 sentyabr 2017-ci il tarixdə borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, Cavabdeh 02 noyabr 2018-ci il tarixdə və 25 noyabr 2020-ci il tarixdə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh və Zamin tərəfindən məhkəməyə ünvanlanmış vəsatətlərdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli 110012262/ZM nömrəli zaminlik müqaviləsinə əsasən zamin 16 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərlərinə götürmüşdür. Hazırda Cavabdeh borcu əsas borc üzrə 3.564,41 ABŞ dolları, faiz borcu üzrə 3.610,81 ABŞ dolları, cərimə borcu üzrə 3.935,26 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 534,50 ABŞ dolları, cəmi 11.645,98 ABŞ dolları təşkil edir. 16.12.2015-ci il tarixli kredit müqaviləsi Cavabdehla 24 ay müddətinə bağlanılmışdır və 16.12.2017-ci il tarixdə müqavilənin müddəti bitmişdir, son ödəniş 04 dekabr 2017-ci il tarixdə aparılmışdır.Müqavilə ilə tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 22.02.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüş, Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə vəsatət ünvanlamışdır. Eyni zamanda, məhkəmə iddia tələbinin zaminə aid hissəsində də qeyd edir ki, kreditor zaminə qarşı tələblərini təmin etdiyi öhdəliklərin icrası vaxtının çatdığı gündən 1 (bir) il müddətində irəli sürə bilər və zaminlik münasibətlərinə yalnız bu müddətdə iddia qaldırılmadığı təqdirdə xitam verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Zamin münasibətdə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Çünki müqavilədən də görünür ki, zaminə münasibətdə iddiaçı 16 dekabr 2018-ci il tarixədək iddia qaldırmalı idi, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 22 fevral 2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh Zamin isə iddia müddətinin tətbiqi barədə məhkəməyə vəsatət ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının təminindən imtina olunmalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddianın təminindən imtina olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar