Məhkəmə qərarları › İş №2(012)-2216/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2216/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2216/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 09 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC( ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 86,01 manat əsas, gecikdirilmiş vaxt üçün hesablanmış 10.62 manat faiz, 366.77 manat cərimə olmaqla ,ümumilikdə 463.40 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22.01.2015-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən 36 ay müddətinə 300 manat məbləğində kredit götürmüşdür. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən imtina edir. 18.12.2020-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 86,01 manat əsas, gecikdirilmiş vaxt üçün hesablanmış 10.62 manat faiz, 366.77 manat cərimə olmaqla ,ümumilikdə 463.40 manat pul vəsaiti təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan 22.01.2015-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən 36 ay müddətinə 300 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan 25 dekabr 2020-ci il tarixli maliyyə arayışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22.01.2015-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 86,01 manat əsas,gecikdirilmiş vaxt üçün hesablanmış 10.62 manat faiz, 366.77 manat cərimə olmaqla, ümumilikdə 463.40 manat məbləğində borcu yaranmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna əsasən məhkəmə hesab edir ki, 22.01.2015-ci il tarixli, ******* nömrəli müqavilə üzrə hesablanmış 366.77 manat cərimənin məbləği azaldılmalı və 36 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22.01.2015-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Ona görə də qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, 86,01 manat əsas, gecikdirilmiş vaxt üçün hesablanmış 10.62 manat faiz, 36 manat cərimə olmaqla, ümumilikdə 132,63 manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin 20 manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 22.01.2015-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 86,01 manat əsas, gecikdirilmiş vaxt üçün hesablanmış 10.62 manat faiz, 36 manat cərimə olmaqla, ümumilikdə 132,63 manat məbləğində borc və dövlət rüsumu üçün 20 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar