Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2217/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 01 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, himayəsində olan 04.02.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Abşeron rayon məhkəməsinin 2(012)-2567/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay onun xeyrinə tutulması qət edilmiş 130.00 (yüz otuz) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək 180.00 (yüz səksən) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və faktiki nikahdan 04.02.2014-cü il təvəllüdlü Humeyra adlı bir qızları anadan olmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2567/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tutulması tələbinə dair iddia tələbi qismən təmin edilməklə Cavabdeh 04.02.2014cü il təvəllüdlü qızı Humeyranın atası olmasının müəyyən edilməsi və 12.03.2021-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 130.00 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 180.00 (yüz səksən) manat müəyyən edildiyindən, 04.02.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş 130.00 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək 180.00 (yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Ona görə də aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, hazırda ailəli olduğunu, bu nikahdan iki uşağının olduğunu, heç bir yerdə işləmədiyini alimentin məbləğinin artırılaraq 160 manat olmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qayda təsdiq olunmuş surətindən görünür ki, X4 04 fevral 2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(012)-2567/2021 saylı qətnaməsinin surətindən görünür ki, 04.02.2014-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilmiş, 04.02.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının əvvəli 12.03.2021-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində ödənilmiş ekspertiza xərci tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(012)-2567/2021 saylı qətnaməsinin surətindən görünür ki, 04.02.2014-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilmiş, 04.02.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının əvvəli 12.03.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh isə qətnamə ilə müyyən edilmiş alimentin arıtırlaraq 160 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(012)-2567/2021 saylı qətnaməsi ilə, 04.02.2014-cü il təvəllüdlü X1 üçün hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmiş aliment artırılaraq hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 39.2 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(012)-2567/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 04.02.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 39.2 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2217/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2217/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver