Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-222/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 qızı, ilkin iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 03 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada bankın xeyrinə 07.04.2015-ci il tarixli 5-07-04-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə 32355,19 manat məbləğində əsas borc, 13806,01 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 46161,20 manat məbləğində borcun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.04.2015-ci il tarixli, 5-07-04-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 156 ay müddətinə, illik 10% ilə hesablanmaqla 34860 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Bankla "xxxx" MMC arasında 07.04.2015-ci il tarixli, 5-07-04-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə öhdəlik daşıyır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Sonradan iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 26.07.2021-ci il tarixə ödənilməmiş 32355,19 manat əsas, 14426,16 manat faiz borcu olmaqla, cəmi 46781,35 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 17.12.2021-ci il tarixə ödənilməmiş 32355,19 manat əsas, 15684,31 manat faiz borcu olmaqla, cəmi 48039,50 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.04.2015-ci il tarixli 5-07-04-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32355,19 manat məbləğində borcun müqabilində 07.04.2015-ci il tarixli ABB YM-0328 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzilə dair bütün hüquqlar "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 07.04.2015-ci il tarixli 5-07-04-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin iddiasının əsasını Cavabdeh2 müqavilə üzrə verilmiş 34860 manat kredit vəsaiti təşkil edir. Həmin vəsait "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 07.04.2015-ci il tarixli ABB YM-0328 nömrəli alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzilin alınması üçün verilmişdir. 07.04.2015-ci il tarixli 5-07-04-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin müqavilə kredit öhdəliklərinin icrasının təminatı üsulu müqavilədə göstərilən qaydada ipoteka predmeti və həmin yaşayış sahəsi üzrə hüququn girovu çıxış edir. Həmin müqaviləyə əsasən mənzil üzrə ƏMDK yanında DƏDRX-dən çıxarış aldıqdan sonra borcalan bu barədə 10 iş günü ərzində borc verənə məlumat verməli, 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili qanunauyğun şəkildə rəsmiləşdirməlidir. Müqavilədə nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan həmin mənzili boşaltmalıdır. Ödəniş aparılmadıqda borc verən borc alandan həmin mənzilin boşaldılmasını tələb edir, sonuncu isə qeyd-şərtsiz bunu icra edir. Hazırki əmlak Cavabdeh2 istifadəsində və sərəncamındadır. Onun kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəldilməsi üçün əsas yaradır. Müqaviləyə əsasən ödənişlər aparılmadıqda həmin mənzil üzrə hüquqlar borc verənə keçir. Bu səbəbdən mənzilin hüquqlarının banka ötürülməsi daha məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 qızı ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 07.04.2015-ci il tarixli 5-07-04-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcunun şişirdildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etmədiyini bildirərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 5-07-04-2015-YS-AAAF-AE nömrəli 07.04.2015-ci il tarixli təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, borclu Cavabdeh2 "xxxx" ASC tərəfindən illik 10 faiz olmaqla 156 ay müddətinə 34860 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 5-07-04-2015-YS-AAAF-AE nömrəli 07.04.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 07 aprel 2015-ci il tarixli ABB YM-0328 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 07 aprel 2015-ci il tarixli ABB YM-0328 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzil üzrə bütün hüquqlar borc verənə keçir. Mülki işin materiallarında olan 5-07-04-2015-YS-AAAF-AE nömrəli 07.04.2015-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 5-07-04-2015-YS-AAAF-AE nömrəli 07.04.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən 34860 manat məbləğində 156 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" MMC borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Mülki işin materiallarında olan 5-07-04-2015-YS-AAAF-AE nömrəli 07.04.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə 1 №-li əlavədən müəyyən edilir ki, Cavabdeh2 həmin müqavilə əsasında ona verilən kredit üzrə əsas borc və faizləri hər ayın 07-dək aylıq 400,20 manat məbləğində bərabər hissələrlə (sonuncu ay 300,53 manat) banka ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 18.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 13806,01 manat olmaqla, cəmi 46161,2 manat təşkil edir. Mülki işin materiallarında olan 26.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 14426,16 manat olmaqla, cəmi 46781,35 manat təşkil edir. Mülki işin materiallarında olan 16.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 15684,31 manat olmaqla, cəmi 48039,50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC ilə bağlanan kredit müqaviləsinə əsasən Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzilin alınması üçün sonuncudan 34860 manat məbləğində kredit götürmüşdür. Bank qarşısında olan öhdəliyin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı digər cavabdeh zamin "xxxx" MMC öz üzərinə götürmüşdür. İddiaçı "xxxx" ASC hazırda həmin kredit müqaviləsi üzrə olan 48039,50 manat məbləğində kredit borcunun (əsas və faizlər üzrə) cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC isə öz növbəsində qarşılıqlı iddia tələbi irəli sürərək, sözügedən borcun mənzilə dair bütün hüquqların banka ötürülməklə əvəzləşdirilməsini, eləcə də zaminlik müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 04 avqust 2021-ci il tarixli, 2(012)-3708/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/8368 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.04.2015-ci il tarixli, 5- 07-04-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu - əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 14498,04 manat olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zamin "xxxx" MMC isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 15684,31 manat olmaqla, cəmi 48039,50 manat məbləğində pul vəsaiti tutulmalı, ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.7-ci və 13.8-ci bəndlərinə görə borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverənin ilkin tələbi ilə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilmiş bina C2, mərtəbə 9, ümumi sahəsi 51.65 kv.m, 248 nömrəli mənzili boşaltmaq borcalanın vəzifəsi, həmin mənzilin boşaldılmasını tələb etmək isə borcverənin hüququdur. Göründüyü kimi, həmin müqavilə üzrə zamin qismində çıxış edən "xxxx" MMC müqavilə tərəfi olmadığı halda müqavilə şərtlərinin yerinə yetirilməsinin bank üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etsə də, mənzilə dair hüquqların banka ötürülməsini tələb etmək hüququna malik olmadığından qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin zaminlik müqaviləsinin ləğvinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən bu müqavilə kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədə olduğundan, kredit müqaviləsinin şərtlərinə əsasən isə həmin müqavilə öhdəliklər tam həcmdə və ya vaxtından əvvəl tam həcmdə icra edildiyi təqdirdə xitam olunduğundan, həmçinin müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik olan subyekt bank olduğundan qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə ilkin və qarşılıqlı iddia tələblərində göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 15684,31 manat olmaqla, cəmi 48039,50 manat məbləğində pul vəsaiti tutulmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat vəsait cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 32355,19 manat, faiz borcu üzrə 15684,31 manat olmaqla, cəmi 48039,50 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün 30,40 manat məbləğində pul vəsaiti tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat məbləğində pul vəsaiti Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-222/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-222/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver