Məhkəmə qərarları › İş №2(012)-2234/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2234/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2234/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kommunal borcların tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kommunal borcların tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC- kommunala görə yaranmış borcun-ümumilikdə isə 987 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq “X5” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri, binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X5” MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində “ X5” MTK ləğv olunur və onun qanuni VARİSİ “ X5” MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirir ki, onlar “X5” MTK-nin varisi olaraq xərclədikləri kommunal pulları bəzi sakinlərdən ala bilmirlər. Belə ki, “X5” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsinə əsasən “ X5” MTK-nin hüquqi varisidir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh arasında 2004-cu ildə İdeal-İnşaat Company MMC ilə Mənzil Tikintisi Haqqında Müqavilə bağlanmışdır. İdeal-inşaat MMC Bakı şəh.,M. Cəlal küçəsində inşa edilən cox mərtəbəli binanın 1-ci blok, mənzil 28, 1 otaqlı mənzilin Payçıya verməyi öz üzərinə götürmüşdür. Bakı şəh, M.Cəlal küçəsində inşa edilən cox mərtəbəli birbloklu İD ev 1 m 28 saylı mənzilini ikinciyə təqdim edilmişdir, Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh kommunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Hal-hazırda yaşadığı (Bakı şəh. Binəqədi r-nu.9 mkr.Mir.Cəlal küçəsi,İD ev 1, mənzil 28), 1 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilmiş, binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunmuşdur. Cavabdehin hal-hazırda (Bakı şəh.,9mkr,M.Cəlal küç,ev lD,m.28 üçün sizin MMC-yə 2010-cu il üçün 28manat., 2012-cu il üçün 18manat.,2013-cu il üçün 187manat.,2014-cü il üçün 124 manat.,2015-ci il 45 manat.,2019-ci il 30 manat.,2020-ci il 90 manat., 2021-ci il 150 manat.,., cəmi komunala 672 manat, 315 manat antenaya, ümumilikdə 987 manat borc yaranmışdır. İddaçı "xxxx" MMC-nin rəhbərliyi kommunal xidməti haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasa da və eləcə də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə kommunal xidməti borcunu ödəməmişdilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı öz üzərinə aşağıda qeyd edilən xidmətlərin göstərilməsi öhdəliyini götürmüşdür. • Yük və Sərnişin liftlərinin fasiləsiz işləməsini təmin etmək; • Binanın həyətində abadlıq-yaşıllaşdırma və həyətin işıqlandırılmasını təmin etmək; •Həyətdən zibilin vaxtında daşınmasını təmin etmək; • Blokların və həyətin təmiz saxlanılmasını təmin etmək; • Bütün sutka ərzində əyət qapılarında gözətçilər qoyulmasını təmin etmək; • Mənzillərin mərkəzləşdirmiş televiziya antenası ilə təmin etmək; (əlavə haqq ödənilməsi şərti ilə) Müqavilənin 2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ay aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında və iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, İddiaçı MMC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək kommunal haqqlardan istifadəyə görə 987 manat borcun və dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı MMC tərəfindən iddia tələbi üzrə iddia müddəti üzrsüz səbəblərdən ötürülmüşdür. Belə ki, iddia tələbindən müəyyən olunur ki, iddiaçı tərəfindən 2010-cu il üçün 28 manat, 2012-ci il üçün 18 manat, 2013-cü il üçün 187 manat, 2014-ci il üçün 124 manat, 2015-ci il üçün 45 manat, 2019-cu il üçün 30 manat, 2020-ci il üçün 90 manat, 2021-ci il üçün 150 manat cəmi kommunala 672 manat, antenadan istifadəyə görə 315 manat olmaqla ümumilikdə 987 manat borcun ödənilməsi tələb olunur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin kommunal haqqlardan və antenadan istifadəyə görə hesablanmış 987 manat borcun və dövlət rüsumunun ondan alınaraq iddiaçının hesabına ödənilməsinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 nömrəli kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzilə görə kommunal xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 28 nömrəli kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzilə görə kommunal xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzilə görə kommunal xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə payçı Cavabdeh arasında xx.xx.2004-cü ildə bağlanmış Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, İdeal-inşaat MMC Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzilini payçıya verməyi öz üzərinə götürmüşdür. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür k, İddiaçı MMC xx.xx.2003-cü il tarixindən qeydiyyata alınmışdır. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür k, İddiaçı MMC-nin nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) 100 % olmaqla təsisçi-X2, qanuni təmsilçisi isə X1r. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətində ********** qeydiyyat nömrəsi, **********28-05301-093120 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. -İdeal-İnşaat LTD MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində (Leyla Şadlıq evinin) yanında inşa edilən 1 nömrəli yaşayış binasının ümumi sahəsi 67,1 kv.m olan 1 otaqdan ibarət 28 nömrəli mənzilin dəyərini İdeal-İnşaat LTD MMC-yə tam ödəmişdir və cəmiyyətə heç bir borcu qalmamışdır. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, Cavabdeh ona kommunal xidmətə dair hesablanmış borclara görə ödənişlər etmişdir. -İddiaçı MMC tərəfindən verilmiş borc bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2010-cu il üçün 28 manat, 2012-cu il üçün 18 manat, 2013-cu il üçün 187 manat, 2024-ci il üçün 124 manat, 2015-ci il 45 manat, 2019-ci il 30 manat, 2020-ci il 90 manat, 2021-ci il 150 manat, cəmi kommunala 672 manat, 315 manat antenaya, ümumilikdə 987 manat borc yaranmışdır. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqlardan görünür ki, vətəndaşdan kommunat xidmətlərə görə hesablanmış borclarını ödəməyi tələb olunmuşdur. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021 -ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X5” MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində “ X5” MTK ləğv olunur və onun qanuni VARİSİ “ X5” MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildiririk ki, biz “ X5” MTK-nın varisi olaraq xərclədiyimiz kommunal pullarımızı bəzi sakinlərdən ala bilmirik.. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh , Cavabdeh 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə 987azn pulun bizə ödəməyinizi xahiş edirəm. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəyik. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, İddiaçı MMC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək kommunal haqqlardan istifadəyə görə 987 manat borcun və dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı MMC tərəfindən iddia tələbi üzrə iddia müddəti üzrsüz səbəblərdən ötürülmüşdür. Belə ki, iddia tələbindən müəyyən olunur ki, iddiaçı tərəfindən 2010-cu il üçün 28 manat, 2012-ci il üçün 18 manat, 2013-cü il üçün 187 manat, 2014-ci il üçün 124 manat, 2015-ci il üçün 45 manat, 2019-cu il üçün 30 manat, 2020-ci il üçün 90 manat, 2021-ci il üçün 150 manat cəmi kommunala 672 manat, antenadan istifadəyə görə 315 manat olmaqla ümumilikdə 987 manat borcun ödənilməsi tələb olunur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin kommunal haqqlardan və antenadan istifadəyə görə hesablanmış 987 manat borcun və dövlət rüsumunun ondan alınaraq iddiaçının hesabına ödənilməsinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri, binaya xidməti və onun saxlanılmasını, binanın təmirim, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X5” MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində “ X5” MTK ləğv olunur və onun qanuni VARİSİ “ X5” MMC yaranır və qeydiyyatdan keçir. “X5” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsinə əsasən “ X5” MTK-nin hüquqi varisidir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh arasında 2004-cu ildə İdeal-İnşaat Company MMC ilə Mənzil Tikintisi Haqqında Müqavilə bağlanmışdır. İdealinşaat MMC Bakı şəh.,M. Cəlal küçəsində inşa edilən cox mərtəbəli binanın 1-ci blok, mənzil 28, 1 otaqlı mənzilin Payçıya verməyi öz üzərinə götürmüşdür. Bakı şəh, M.Cəlal küçəsində inşa edilən cox mərtəbəli birbloklu İD ev 1 m 28 saylı mənzilini ikinciyə təqdim edilmişdir, Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh kommunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Hal-hazırda yaşadığı (Bakı şəh. Binəqədi rnu.9 mkr.Mir.Cəlal küçəsi,İD ev 1, mənzil 28), 1 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilmiş, binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunmuşdur. Cavabdehin hal-hazırda sözügedən mənzildə kommunal xidmətlərdən istifadəyə görə MMC-yə 2010-cu il üçün 28 manat, 2012-cu il üçün 18 manat, 2013-cu il üçün 187 manat, 2024-ci il üçün 124 manat, 2015-ci il 45 manat, 2019-ci il 30 manat, 2020-ci il 90 manat, 2021-ci il 150 manat, cəmi kommunala 672 manat, 315 manat antenaya, ümumilikdə 987 manat borc yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə İddiaçı MMC-nin kommunal xidmətlərə görə yaranmış ümumilikdə 987 manat borcun tutulması tələbinə dair iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbləri əsaslıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflərin izahatı, həmçinin, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında məhkəmə həmin ərizəyə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Məcəllənin: 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçının borcun tutulması məqsədilə məhkəməyə müraciət etməli olduğu vaxt qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun hüququnun pozulduğunu bildiyi vaxtdan hesablanır. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilədən irəli gələn ödənişlər 2010-cu ildən başlamaqla sonuncu ödəniş 2021-ci ilədək olmuşdur. 2021-ci ildən, məhkəməyə müraciət edilən vaxtadək yəni, xx.xx.2025-ci il tarixədək cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Ödənişin edilməməsi, iddiaçının izahatı və iddiaçı tərəfindən hər hansı sübutların məhkəməyə təqdim edilməməsində də öz əksini tapmışdır. Beləliklə prosessual müddətin axımı 2021-ci ldən başlayaraq qanunla nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də, məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq, hesab edir ki, iddia müddəti keçdiyindən iddiaçının borcun tutulmasına dair iddia ərizəsini təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kommunal borcların tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar