Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-226/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması tələbinə dair mülki işə 21 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin X1 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsini nəzərə alaraq həmin yaşayış evinin həyətinə darvazanın qoyulmasına dair cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evi 1991-ci il tarixdən onun istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin həyata keçirməsini "xxxx" MMC-yə 089599 №-li lisenziya ilə icazə vermişdir. Belə ki, iddiaçı da 2022-ci il tarixdə həmin MMC-nin Memarlıq-Planlaşdırma Bölməsinə müraciət etmiş, müəyyən araşdırmadan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi ona təqdim olunmuşdur. O, özünə məxsus fərdi yaşayış evinin həyətinin müəyyən hissəsində həyətə maşın salmaq məqsədi ilə böyük ölçüdə darvaza qoymaq fikrində olmuş, lakin darvazanı qoyduğu yerdən 9 m uzaqlıqda yaşayan qonşu Cavabdeh onun darvaza qoymağına maneə olmağa çalışmış, israrla, təhqir və təhdidlə onun qapı qoymağına etiraz etmişdir. Bu səbəbdən də, cavabdehlə arasında münaqişə yaranmışdır.Bununla əlaqədar o, DİN 102 xidmətinə şikayət ilə müraciət etmiş, şikayətinin araşdırması Abşeron RPİ-nin icraatına verilmişdir. Polis İdarəsi tərəfindən araşdırılma aparılmış, cavabdeh polis əməkdaşlarının çağırışlarına gəlməmiş, izahat verməkdən boyun qaçırmışdır. AR DİN Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayorunun 12818055 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olduğu nəzərə alınaraq mülki qaydada həll olunması tövsiyə olunmuşdur. Mübahisəli fərdi yaşayış evi uzun illərdir ki, iddiaçının istifadəsindədir. Həmçinin onun apardığı tikilinin cavabdehin evinə heç bir qarışacağı və aidiyyatı yoxdur. Belə ki, həmin yaşayış evinə dair layihə hazırlanarkən belə evə mütəxəssislər tərəfindən baxış keçirilmiş, onun qoyacağı böyük darvazanın heç kimə bir maneə olacağı aşkarlanmamışdır. Həyətə məxsus olan əsas giriş-çıxış qapısı balaca olduğundan həyətə maşın salmaq mümkün deyil. Habelə, onun qoyacağı darvaza nəinki cavabdehin, heç bir qonşuya maneə törətmir, heç bir gediş-gəliş yolunu məhdudlaşdırmır. Bundan əlavə olaraq mübahisəli torpaq sahəsi cavabdehə məxsus deyil, onun və ailə üzvlərinin yoldan istifadə etməsi üçün də maneə törətmir. Cavabdehin istifadə etdiyi yolun belə iddiaçının evi ilə arasında 9 m fərq var. Ona görə də hesab edir ki, cavabehin etirazları əsassız və qanunsuzdur. Həmin torpaq sahəsi illərdir və hal-hazırki günədək iddiaçının istifadəsindədir. Evə dair bütün kommunal abonent kodları onun adına qeydiyyata alınmışdır. Həmçinin sözü gedən torpaq sahəsinin ona məxsus olması və onun orada yaşamağı belə Abşeron Rayon İcra Hakimiyyətində də qeydiyyata alınmışdır. İş materialların əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 1147 № li, xx.xx.2022-ci il tarixli arayışında da bu barədə qeyd olunmuşdur. Həmçinin, qanunvericilikdə qeyd olunmuşdur ki, tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər torpaq sahəsinin aid olduğu üzrə məhkəməyə verilə bilər. Bu səbəbdən də hazırki tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara iddia rədd edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 1147 № li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 089599 №-li lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirmək üçün "xxxx" MMC-yə icazə vermişdir. Mülki işin materiallarında olan AR DİN Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayorunun 12818055 №-li, xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayorunun müvafiq raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır Mülki işin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7318 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsinin “Baş planı”nda iddiaçının iddia etdiyi hissədə qapı nəzərdə tutulmadığını, mübahisəli qapının cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən yola açılacağını nəzərə alaraq, həmin əlavə giriş-çıxış qapısının açılması cavabdehin öz həyətyanı sahəsinə sərbəst giriş-çıxışına mane yarada biləcəyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsinin “Baş planı” nda iddiaçının iddia etdiyi hissədə qapı nəzərdə tutulmadığını, mübahisəli qapının cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən yola açılacağını və həmin əlavə girişçıxış qapısının açılmasının isə cavabdehin öz həyətyanı sahəsinə sərbəst giriş-çıxışına mane yarada biləcəyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, ekspertizanın rəyini təkzib edən sübutlar olmadığından rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməli, bu əsasda iddia tələbi əsassız hesab edilib təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğin 25 manatı iddiaçıya, 25 manatı isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 25 manat, Cavabdeh 25 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-226/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-226/2023
21.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver