Məhkəmə qərarları › İş №2(012)-2270/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2270/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2270/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdehqarşı pul tələbinə dair ərizəsinə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «xxxxxxxxxxxxxxx» MMC iddia ərizəsində Cavabdeh onun xeyrinə 2096 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə daxil olan ərizəsində mülki işə onun iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxx» MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə ümumi qiyməti 2096 manat dəyərində olan LG soyuducu, Ulefone S7 mobil telefonu satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 116,44 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, 2096 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı «xxxxxxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında müqavilə bağlanmış və Cavabdeh müqaviləyə əsasən qiyməti 2096 manat olan avadanlıqları almış və avadanlıqların qiymətini 18 ay müddətinə satıcıya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2096 manat əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, 2096 manat əsas borcu qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş iş materiallarını araşdırıb, mümkün və mötəbərsübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh əsas borcundan ödəniş etməmiş və 2096 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmə bu normaya istinadən hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh (alıcı) Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş, yəni borc məbləğini alqı-satqı müqaviləsinə uyğun olaraq tam ödəməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 2096 manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə verilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 116,44-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 2096 (iki min doxsan altı manat) manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar