Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2270/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan etibarən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay üçün 175 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ilk öncə faktiki olaraq ailə qurmuş, sonra xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, azyaşlının ananın yanında qalması müəyyən edilmiş və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat aliment müəyyən edilməsi qət edilmişdir. Ayrı-ayrı zamanlarda Binəqədi Rayon Məhkəməsinin qətnamələri ilə təyin edilmiş aliment miqdarı artırılaraq öncə 137 manat, daha sonra 154 manat həddində müəyyən edilmişdir. Hazırda azyaşlının maddi ehtiyacları artmaqdadır və iddiaçı onu təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iddiaçının vəkili-nümayəndəsi X5 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, iddiaçı hazırda işləmir. Azyaşlı uşaq xəstəlikdən əziyyət çəkir. Əvvəl əməliyyat olunub, yenidən əməliyyat olunmalıdır, lakin iddiaçının maddi imkanı buna uyğun deyil. Cavabdeh avtomobil ustasıdır və ailəlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Binəqədi Rayon Məhkəməsinin 2(012)-1792/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Binəqədi Rayon Məhkəməsinin 2(012)-5736/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh avtomobil ustasıdır və maddi imkanı normaldır. Məhkəmə, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(012)-1792/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş 154 manat sabit pul məbləğində aliment artırılaraq hər ay üçün 175 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yox, bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(012)-1792/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş 154 manat alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat məbləğində sabit pul tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2270/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2270/2021
31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver