Məhkəmə qərarları › İş №2(012)-2305/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2305/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2305/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(073)-2250/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2011-ci il təvəllüdlü Sadiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit məbləğdə alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli, 2(073)-2250/2014 saylı qətnaməsi ilə Cavabdeh 22 may 2005-ci il tarixdə anadan olmuş X2 və 28 aprel 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Bu qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində uşaqlar böyüyüb, təbii ki, onların tələbatı da artıb. Minimum yaşayış həddi artığı üçün, hazırda 320 manat pul məbləğində ödənilən aliment iki uşağın sağlamlığına, təhsilinə, dünyagörüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Uşaqların geyimi və yeməyi, istirahəti və tərbiyəsi tamamilə onun üzərinə düşür. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1334/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü Sadiq adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit məbləğdə alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1334/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(073)-2250/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2011-ci il təvəllüdlü Sadiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan AZ-İ 298391 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh nikahının pozulması aktı xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AZ-İV 277961 və AZ-İİ 683950 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2011-ci il təvəllüdlü Sadiq adlı uşaqlar doğulmuşlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Sadiq adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Sadiqin mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1334/2019 saylı qətnaməsinə əsasən 28 aprel 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesi üçün ödədiyi 50 manat pul Cavabdeh tutularaq ona verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1334/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 28 aprel 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar