Məhkəmə qərarları › İş №2(012)-2324/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2324/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2324/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı icra məmuru X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat pulun ondan alınaraq hesaba (X2 Kod: 210005 VÖEN: ********** Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CT.Ri:AZ22 Ədliyyə Nazirliyi İ lesab № AZ18CTRE******************** VÖEN: ********** Büdcə təsnifatının kodu: 142120 Büdcə səviyyəsinin kodu 7) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı icra məmuru X6 izahatında bildirmişdir ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını və saat 23:00-dan saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2023-cü il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanada, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilməsi qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh Nümayəndə götürülmüş “Attend” markalı elektron mobil qurğuya baxış keçirilərkən sadə qolbağının kompleksiyası pozulmuş, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Belə ki, V6 mobil qurğuya baxış keçirilərkən istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron element qopmuş, mobil qurğu istifadəyə tam yararsız hala düşmüşdür. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Odur ki, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında və etirazında bildirmişdir ki, Cavabdeh dair Abşeron Rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün icrası ilə bağlı ona İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən mobil qurğu quraşdırılmış, qurğuya nəzarət Cavabdeh tapşırılmışdır. Neçə aylardır ki, mobil qurğuda heç bir problem olmamış, daim nəzarətlərində saxlanılmış və tərəflərindən heç bir mexaniki və ya digər müdaxilə edilməmişdir. Lakin bir müddət sonra təxminən 2024-cü ilin sentyabr ayında mobil qurğunun ekranında problemlər olmağa başlamışdır, mobil qurğunun enerjisi olarkən belə yanıb sönürdü, bu səbəbdən İddiaçınə şifahi müraciət etmişlər ki, mobil qurğu düzgün işləmir, onu yenisi ilə əvəz edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixində İddiaçındən cavabdehi dəvət etmişlər, cavabdeh rəsmi izahat yazmış və həmin zaman mobil qurğunun ekranı problemli olsa belə işlək vəziyyətdə olmuşdur. İddiaçı qurğunu yenisi ilə əvəz edib və təhvil verilən cihazı mütəxəssis rəyi verilməsi üçün aidiyyəti üzrə göndərmişlər. Mütəxəssis rəyində bildirilmişdir ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mütəxəssis rəyi natamamdır, rəylə razı deyillər, rəy əsassızdır. Belə ki, mobil qurğuya heç bir müdaxilə olunmayıb, sınmış və yaxud zədələmiş formada təqdim edilməmiş, normal, bütöv və sınmamış formada təhvil verilmişdir, təhvil verildiyi zaman cihaz qismən də olsa işlək vəziyyətdə olmuşdur. Təqdim edilən mütəxəssis rəyində cihazın istifadə qaydalarının hansı tələbinə düzgün əməl edilmədiyinə görə xarab olması, hansı səbəblərə görə hansı hissələrin zədələnməsi, yararsız hala düşməsinin səbəbi göstərilməmişdir, yalnız ümumi sözlərlə “istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə” rəyi verilmişdir. Ümumən verilmiş rəy müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Bir daha vurğulayır ki, Cavabdeh tərəfindən mobil qurğuya heç bir müdaxilə edilməmiş, Cavabdehla keçirilmiş təlimata uyğun daim cihaza nəzarət etmiş və iki ilə yaxındır ki, qurğuda heç bir problem yaşanmamışdır. Hər hansı bir formada mobil qurğunun işlək olmaması Nümayəndə təqsiri ucbatından olmamışdır. Təhvil verilmiş cihaz normal vəziyyətdə, sınıqsız, gözlə təyin oluna bilən zədəsiz olmuşdur, lakin İddiaçı məhkəməyə sənədlər təqdim edib ki, Cavabdeh 2277,40 manat tutularaq Probasiya Şöbəsinin hesabına köçürülsün. Qeyd olunmalıdır ki, təqdim edilmiş sənədlərə əsasən mütəxəssis rəyi ilə Probasiya Şöbəsinin göstərdiyi səbəb arasında da ziddiyətlər var. Belə ki, Probasiya Şöbəsi tərəfindən mobil qurğunun xarab olması “cavabdeh məsuliyyətli olmadığından elektron element qopmuş” səbəbi göstərilmişdir, lakin mütəxəssis rəyində hər hansı bir elektron elementinin qopması göstərilməmiş, cihazının texniki baxış zamanı açılaraq çəkilmiş fotoşəkillə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, qardaşı Cavabdeh mobil qurğuya tam düzgün nəzarət etmişdir, cihazda yaranmış hər hansı bir texniki qüsur Cavabdeh səhlənkarlığı səbəbindən baş verməmişdir, hər ay vaxtlı-vaxtında Probasiya Şöbəsində qeydiyyatdan keçmişdir. Cavabdeh oxunmuş hökmdən düzgün nəticə çıxararaq, tam islah olub, eyni zamanda onun himayəsində 4 azyaşlı övladı var, həyat yoldaşı işləmir, özü isə günəmuzd fəhlə işləyir. Maddi cəhətdən cavabdehin ailəsi çox əziyyət çəkir, bu halda ona 2277,40 manat məcburi ödənişin tətbiq edilməsi bunun üçün həm maddi həm mənəvi cəhətdən çox ağır bir zərbə olacaqdır. İddiaçı tərəfindən cavabdehə tətbiq etdiyi cərimə ödənişi ilə razılaşmırlar, çünki bu mobil qurğunun yararsız vəziyyətə düşməsi Cavabdeh təqsiri ucbatından baş verməmişdir. İddianın tamamilə əsassız olduğundan onu qəbul etmir. İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müdçtətməzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 il 11 ay 26 çjün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Cavabdeh narkomaniyadan məcburi müalicə təyin olunması, o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Cavabdeh aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,792 qram olan metamfetaminin məhv edilməsi, iş üzrə 55 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutlar bir ədəd SD diskin cinayət işinin materiallarında saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməsi və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili X4 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 240 manat pulun Xırdalan Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. -İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 35655696 nömrəli (qolbaq 078CE06516) komplekt tətbiq olunmuşdur. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -Maliyyə və Təminat İdarəsinin Təchizat şöbəsi tərəfindən verilmiş “attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, “attenti” markalı ağıllı elektron qolbaq (sadə elektron qolbaq - 1 ədəd, mobil nəzarət qurğusu - 1 ədəd, elektrik adapteri - 1 ədəd, klipsa - 1 cüt, proqram lisenziyası - 1 ədəd) dəyəri – 2277,40 manat müəyyən edilmişdir. -Leading İT for Leading Businesses tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, ED 000607 nömrəli texniki rəydən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeydə alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27 məhəllə ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh Abşeron rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 35655696 nömrəli (qolbaq 078CE06516) komplekt tətbiq olunmuşdur. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Belə ki, yoxlama nəticəsində istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeydə alınmışdır. Bunları nəzərə alaraq bu cihazın komplektinin təkrar istifadəyə yararsız olması qeydə alınmışdır. Hazırda, İddiaçı cavabdehə təhvil verilmiş elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə onun dəyəri olan 2277,40 manat pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə aktlarının icrası fiziki şəxslər üçün məcburi olmaqla, aktların məcburi icrası isə icra məmurları tərəfindən həyata keçirilməlidir. Hazırki iş üzrə cavabdehin təqsirinin sübuta yetirildiyini təsdiq edən Abşeron rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü icra olunması üçün İddiaçınə göndərilməklə, həmin qurum tərəfindən icra hərəkətləri həyata keçirilmişdir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 saylı Qərarına əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiq edilmişdir. Qərarın:

1. bəndinə əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir. 2.1. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur. 5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə bağlanılmamışdan əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı, sanitariya normalarına uyğun işlənilməlidir. 5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitələri nəzarət subyektinin üzərinə bağlanıla bilməz. 5.3. Nəzarət subyektinin üzərinə elektron nəzarət vasitəsinin bağlanılması eyni cinsin nümayəndəsi tərəfindən həyata keçirilir. 5.5. Növündən asılı olaraq elektron nəzarət vasitələrinin quraşdırılması aşağıdakı qaydada həyata keçirilir: 5.5.1. elektron qolbaq – nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Kəmərin sıxlığı ayaqda rahat hərəkət etmək, nəzarət subyektinə ağrı hissini verməmək, eyni zamanda hərəkət zamanı çıxmamaq baxımından tənzimlənir. Elektron qolbaq nəzarət subyektinin ayağına bağlandıqdan sonra işə salınır və bu zaman vibrasiya, habelə az görünən işıq siqnalı vasitəsilə işarə verir. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Müstəqil işləyən elektron qolbağa, həmçinin GSM kart taxılır və işə salındıqdan sonra GPS və GSM siqnalları yoxlanılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma şərtləri barədə məlumatlar monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq səs və data mübadiləsi, eləcə də xəbərdarlıq siqnallarının işlək olması yoxlanılır; Beləliklə də, Nazirlər Kabinetinin Qərarından göründüyü kimi, elektron qolbaq məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihaz olmaqla, Cavabdeh barəsində çıxarılmış Abşeron rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, sözügedən elektron nəzarət qurğusu məhkuma təhvil verilmiş, istifadə qaydası ona izah edilmiş, yararsız hala salınacağı təqdirdə dəyərinin ondan tutulacağı, maddi məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Qaydaların 7.5. bəndinə əsasən, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Qaydaların 7.5-ci bəndinə istinad edərək, mülki iş materiallarında olan Leading İT for Leading Businesses tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyəti haqqında xx.xx.2024-cü il tarixli, ED 000607 №-li texniki rəyindən göründüyü kimi Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üçün götürülən Attenti sadə qolbağının istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeydə alınmışdır. Bununla da Cavabdeh elektron nəzarət vasitəsinin nasaz vəziyyətə gətirdiyi öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsində cavabdehin hər hansı təqsirinin olmamasını və cavabdeh tərəfindən nasazlıq barədə vaxtında xəbər verməsinə baxmayaraq nəzərə alınmaması ilə əsaslandırmış, lakin göstərilənlərin əsaslığını sübut edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş materiallarına əlavə olunmuş, maliyyə və Təminat İdarəsinin Təchizat şöbəsi tərəfindən verilmiş “attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından göründüyü kimi “attenti” markalı ağıllı elektron qolbaq (sadə elektron qolbaq - 1 ədəd, mobil nəzarət qurğusu - 1 ədəd, elektrik adapteri - 1 ədəd, klipsa - 1 cüt, proqram lisenziyası - 1 ədəd) dəyəri – 2277,40 manat mmüəyyən edilmişdir. Mülki qanunvericiliyin tələblərinə, həmçinin, Qaydaların 7.5. bəndinə istinad edərək məhkəmə qeyd edir ki, elektron nəzarət vasitəsinin zədələnməsinə və ya digər üsullarla yararsız vəziyyətə salınmasına görə həmin vasitənin dəyəri nəzarət subyektindən tutulmalı olduğundan, İddiaçı elektron nəzarət qurğusunun dəyəri olaraq 2277,40 manat pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Mülki Prosessual Məcəllənin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Beləliklə də, məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edib qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə aktlarının icrasının təmin edilməsi məqsədilə məhkumlara təhkim edilmiş elektron nəzarət qurğusunun yararsız hala salınması dolayısı ilə məhkəmə qərarlarının da icrasını səmərəsiz etdiyindən, İddiaçı iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdehin elektron nəzarət qurğusu olan qolbağı yararsız hala salaraq onu itirməsi öz təsdiqini tapdığından həmin qurğunun dəyəri olan 2277,40 manat pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyərinə görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinin hesabına (X2 Kod: 210005 VÖEN: ********** Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CT.Ri:AZ22 Ədliyyə Nazirliyi İ lesab № AZ18CTRE******************** VÖEN: ********** Büdcə təsnifatının kodu: 142120 Büdcə səviyyəsinin kodu 7) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar