Məhkəmə qərarları › İş №2(012)-2344/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2344/2021

13.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2344/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi-vəkili X26 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh1, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili üzrə tam pay müəyyən edilmiş, Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-1 nömrəsi ilə qeydiyyata alınmış, 08.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş mülkiyyətdən çıxarışın ləğv edilməsi, İddiaçı miras əmlakı olan Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili üzrə ½ hissədə vərəsəlik hüququnun tanınması, ½ hissədə qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi, Cavabdeh1 Kapital Bank ASC-nin Abşeron filialında X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə tam pay müəyyən edilmiş, Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-82 nömrəsi ilə qeydiyyata alınmış, 15.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə ½ hissəsinə vərəsəlik hüququnun tanınması və ½ hissədə qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi, Cavabdeh1 nağd şəkildə tərəfindən X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitini hesabdan nağd şəkildə götürdüyü cəmi 1695.01 manat pul vəsaitinin İddiaçı müəyyən edilmiş vərəsəlik payına mütənasib şəkildə nağd formada 847.50 manat pulun tutularaq İddiaçı ödədilməsi, İddiaçı miras əmlakı üzrə (Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili və Kapital Bank ASC-nin Abşeron filialında X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə) müəyyən edilmiş payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı X3 X23 ilə rəsmi nikahından dünyaya gəlmiş övladıdır. 02.08.2001-ci il tarixdə mərhum X24 ilə X3 rəsmi nikahı ləğv edilmiş və övladı İddiaçı azyaşlı olduğu üçün anası X15 himayəsində saxlanılmışdır. Bütün bu illər ərzində X6 İddiaçı ilə xoş münasibətdə olmuş, mütəmadi onun qayğısına qalmışdır. X6 03.12.2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı atası X3 ölümündən xəbərsiz olmuş və mərhumun ikinci həyat yoldaşı bu məsələni onun övladı İddiaçı gizlədərək mərhumun gizli şəkildə əmlakına və Kapital Bank ASC-də olan bank hesabındakı vəsaitinə sahib çıxmışdır. İddiaçı uzun müddət atası X3 mobil nömrəsinə zənglərin daxil olmamasından və məhdudlaşmasından şübhələnərək, 2021-ci ilin yanvar ayında mərhum atası X8 ünvanına getmiş, lakin Cavabdeh1 tərəfindən mənzilin qapısı açılmayaraq atasının onunla daha ünsiyyət qurmaq istəmədiyinə dair yalan fikirlə onu mənzildən uzaqlaşdırmış və iddiaçının atasının ölümünə dair məlumatın ondan gizlədilməsinə nail olmuşdur. Daha sonra iddiaçı bu məsələdən şübhələnərək qonşuları və mərhum atası ilə ünsiyyətdə olan qohumlarına zəng edərək atası barədə məlumat almaq istədiyində ona atası X3 08.06.2020-ci il tarixdə xəstəlikdən vəfat etməsi məlumatı verilmişdir. Daha sonra İddiaçı atasının ölüm xəbərini ondan gizlədən Cavabdeh1 məqsədinin gizlin şəkildə qanunsuz olaraq atasından miras əmlakı olaraq qalmış Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə və Kapital Bank ASCnin Abşeron filialında mərhumun adından rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə tək yiyələnmək olmasını öyrənmiş və bununla bağlı məhkəmədə mübahisələndirməsi üçün ona müraciət etmişdir. Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-1 nömrəsi ilə qeydə alınmış və vərəsə Cavabdeh1 xeyrinə qəbul edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-82 nömrəsi ilə qeydə alınmış və vərəsə Cavabdeh1 xeyrinə qəbul edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İ dərəcəli vərəsə sayılan mərhumun övladı İddiaçı miras əmlakı və bank hesabında olan pul vəsaitinə dair vərəsəlik payının müəyyən edilməsi mütləq və zəruridir. Eyni zamanda, cavabdeh etirazında mərhumun ölümü ilə bağlı iddiaçıya məlumat verildiyini qeyd etsə də, iddiaçının bundan məlumatı olmamışdır. Belə ki, iddiaçı atasının evinə dəfələrlə getmiş, lakin qapı açılmamış, nəticədə iddiaçının atası ilə görüşü baş tutmamışdır. Sonradan iddiaçı atasının vəfatını bildikdə bundan çox sarsıntı keçirmiş, bu səbəbdən də vərəsəlik işinin açılmasından gec məlumatlı olmuşdur. İddiaçı atasının vəfatından sonra onun evinə getmiş, lakin cavabdeh tərəfindən narazılıqla qarşılandığı üçün bu gedişləri azalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazına uyğun olaraq izahatında göstərmişdir ki, iddaçı İddiaçı X12 ilə X15 birgə nikahlarından doğulmamışdır. X1 birinci arvadı mərhum Almas İbrahimovanın yaxın qohumunun uşağı olmaqla övladlığa götürülmüşdür. O, X6 ilə 03.12.2003-cü ildə rəsmi qeyd edilmiş nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. X12 şəkər xəstəliyindən əziyyət çəkirdi və dializ xəstəsi idi. Dəfələrlə xəstəxanada müalicə almışdır. X8 bütün əziyyətini o, çəkmiş, 20.06.2020-ci il tarixdə X12 uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Onun bütün dəfn xərclərini, qəbrüstü abidənin düzəldilməsi xərclərini də o, çəkmişdir. X12 ilə o, 17 il rəsmi nikahda, 3 il də faktiki nikah münasibətində olmuşdur. Həmin dövrdə bir dəfə də olsun İddiaçı atasına baş çəkməmiş, onunla maraqlanmamışdır. Əgər o, iddiaçı ilə üz-üzə gəlsə, onlar qarşılıqlı olaraq bir-birlərini tanımayacaqlar. İddiaçı ümumiyyətlə X9 ata gözündə görmürdü, onunla heç maraqlanmırdı. O, bilirdi ki, X12 birinci arvadının qohumunun qızını övladlığa götürmüşdür. X12 ağır xəstə olanda həm öz qohumları, həm də X8 qohumları vasitəsi ilə İddiaçı xəbər göndərmişdir ki, atası ağır xəstədir, xəstəxanada yatır. Lakin İddiaçı bir dəfə də olsa atası ilə maraqlanmamışdır. 20.06.2020-ci il tarixdə X12 rəhmətə gedəndə qohumlar vasitəsilə iddiaçıya bu barədə xəbər göndərmiş, lakin nə iddiaçı və nə də qohumları dəfn və yas mərasimlərində iştirak etmişlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçının atasının ölümündən sonra 2021-ci ilin yanvar ayında xəbər tutması isə heç bir məntiqə sığmır. O, necə övladdır ki, atasının ölümündən qonşular vasitəsi ilə xəbər tutur. Bütün bunlar vərəsəliyin qəbul edilməsi müddətinin üzrlü sayılması üçün edilir. O, hesab edir ki, İddiaçı həm mənəvi, həm də qanuni-nöqteyi nəzərdən Vidadi İbrahimovdan qalmış mirasdan pay tələb etmək hüququ yoxdur. O, mirası vərəsə kimi mirasdan pay tələb etmək hüququnu qanunla müəyyən edilmiş müddəti heç bir üzürlü səbəb olmadan buraxmışdır. Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilini o, həyat yoldaşı X6 ilə birlikdə birgə nikah dövründə 2004-cü ildə almışlar. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili X33 Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh Abşeron rayon 2 saylı Notariat Kontoru və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron rayon Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.10.1995-ci il tarixli XİX-ЖГ № 327963 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24.09.2010-cu il tarixdə 2216 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası X20r. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.12.2002-ci il tarixli AZ-İ № 012904 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X15 nikahı 02.08.2001-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 179 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Ələkbərova soyadı verilmişdir. -Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.12.2003-cü il tarixli AZ-İ № 089008 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X27 03.12.2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 530 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada İbrahimova soyadı verilmişdir. -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.02.2009-cu il tarixli AZ-İ № 342259 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 beyinə qansızma səbəbindən Samux rayonu Qovlarsarı kəndində 14.02.2009-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 197 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.06.2020-ci il tarixli AZ-İİ № ******* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 dəqiqləşdirilməmiş böyrək çatmamazlığı səbəbindən Abşeron rayonu Xırdalan şəhərində 18.06.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 508 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayonu 2 saylı notariat ofisində 15.09.2020-ci il tarixdə təsdiqlənərək, reyestrdə 2V-82 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08.06.2020-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 2 saylı evin 11 saylı mənzilindən 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Kapital Bank ASC-nin Abşeron filialının 17.08.2020-ci il tarixi 262 saylı məktubuna əsasən ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitindən ibarətdir. -Abşeron rayonu 2 saylı notariat ofisində 08.01.2021-ci il tarixdə təsdiqlənərək, reyestrdə 2V-1 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08.06.2020-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 2 saylı evin 11 saylı mənzilindən tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Abşeron Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən X10 verilmiş 0 qeydəalma nömrəsi ilə 4892 nömrəli kitabın 0-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən 2 nömrəli evin ümumi sahəsi 38.3 kv/m, yaşayış sahəsi 28.9 kv/m, yardımçı sahəsi 19.4 kv/m, 2 otaqlı 11 nömrəli mənzildən ibarətdir. -Cavabdeh1 15.09.2020-ci il tarixdə ünvan 1 ünvanladığı ərizədən görünür ki, Cavabdeh1 həyat yoldaşı X8 08.06.2020-ci il tarixdə vəfat etdiyini, ondan qalan miras əmlakın Kapital Bank ASC-də olan kart hesablarındakı 458.06 manat, 1236.95 manat olduğunu bildirmiş, ərizədə Cavabdeh1 başqa vərəsələrin olması ilə bağlı qeydiyyat aparılmamışdır. -Cavabdeh1 08.01.2020-ci il tarixdə ünvan 1 ünvanladığı ərizədən görünür ki, Cavabdeh1 həyat yoldaşı X8 08.06.2020-ci il tarixdə vəfat etdiyini, ondan qalan miras əmlakın Abşeron rayonu, Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən 2 nömrəli evin 11 nömrəli mənzilindən ibarət olduğunu bildirmiş, ərizədə Cavabdeh1 başqa vərəsələrin olması ilə bağlı qeydiyyat aparılmamışdır. -Kapital Bank ASC-nin ünvan 1 ünvanladığı 17.08.2020-ci il tarixli 262 saylı məktubdan görünür ki, Kapital Bank ASC-nin Abşeron filialı olaraq 17.08.2020-ci il tarixli № 104 saylı məktuba cavab olaraq bildirir ki, X8 adına Kapital Bank ASC-də olan ******************** saylı kart hesabında 458.06 manat, ******************** saylı kart hesabında isə 1236.95 manat pul vəsaiti vardır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2016-cı il tarixli 1061 saylı və 2020-ci il tarixli 1677 saylı arayışlardan görünür ki, mərhum X5 rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilində vəfat etdiyi tarixədək həyat yoldaşı Cavabdeh1 ilə birlikdə yaşamışdır, X12 vəfat etdiyi tarixədək həmin ünvanda qeydiyyatda olmuş, yaşamış, Cavabdeh1 isə hazırda da qeydiyyatdadır. -Baş Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 10.12.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili X8 adına 4892 saylı reyestr kitabında qeydə alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15.02.2021-ci il tarixli 05/01-270/10 saylı məktubundan görünür ki, X3 adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın və vərəsəlik işinin surətinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmış, Elektron notariat İnformasiya sistemində aparılmış araşdırma nəticəsində X3 miras əmlakına dair Abşeron rayonu 2 saylı dövlət notariat ofisində 15.09.2020-ci il tarixdə 82 reyestr nömrəsi ilə vərəsəsi Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Həmin notariat ofisində 2010- 2021-ci illərdə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmiş və hazırda həmin notariat ofisinin arxivində saxlanılır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 424 saylı arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. Mərhum X5 rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilində vəfat etdiyi tarixədək öz ailəsi ilə birlikdə yaşamışdır, mərhumun dəfn xərcini Cavabdeh1 özü çəkmişdir. -Abşeron rayonu 2 saylı notariat ofisinin İddiaçı ünvanladığı 03.05.2021-ci il tarixli 116 saylı məktubundan görünür ki, 08 iyun 2020-ci il tarixdə vəfat etmiş mərhum atası X7 miras qalmış əmlaklara dair açılmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə əsasən onun tərəfindən ləğv edilə bilməz və Abşeron rayon Məhkəməsinə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X36 Ərazi Bölmələrini İdarəetmə X38 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasının 26.02.2021-ci il tarixli 272 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yaşamış 1956-cı il təvəllüdlü X12 08.06.2020-ci il tarixdə N08.3 Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, N18.5 Xroniki böyrək çatmamazlığı, N19 Uremik koma diaqnozu ilə vəfat etmişdir. V.İbrahimovun adına “ölüm haqqında tibbi şəhadətnamə” 12.06.2020-ci il tarixdə Abşeron Rayon Poliklinikası tərəfindən həyat yoldaşı Cavabdeh1 təqdim edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M.Hüseynzadə küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 249 saylı reyestr kitabının 19 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli **********73-05101-093022 saylı texniki pasportun surətindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M.Hüseynzadə küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. -Daşınmaz əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsinə dair 28.01.2021-ci il tarixli 01/43331 saylı arayışından görünür ki, Cavabdeh1 11.01.2021-ci il tarixli ********** saylı ərizəsinə, 11.01.2021-ci il tarixli ********** saylı müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan mənzil sahəsi üçün qiymətləndirilmə işi aparılmış, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M.Hüseynzadə küçəsi 2 saylı evin 11 saylı mənzilinin daşınmaz əmlak bazarında analoji mənzil sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 28.01.2021-ci il tarixinə bazar dəyəri 50 000 manat təşkil edir. -1956-cı il təvəllüdlü X8 10.10.2019-cu il tarixli epikrizindən görünür ki, V.X.İbrahimova şəkərli diabert İİ tip, ağır forma, diabetik nefropatiya, xroniki böyrək xəstəliyi V mərhələ diaqnozu təyin edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ilə X15 birgə nikahlarından İddiaçı anadan olmuş, X12 ilə X15 nikahı 25.12.2002-ci il tarixdə ləğv edilmiş, daha sonra X4 (İbrahimova) Samayə Həsən qızı ilə 03.12.2003-cü il tarixdə nikaha daxil olmuş və vəfat etdiyi 08.06.2020-ci il tarixədək cavabdeh ilə nikah münasibətində qalmışdır. Mülki Məcəllənin: 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 32-ci maddəsinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Mülki iş materiallarından görünür ki, X6 ilə Cavabdeh1 nikahı 03.12.2003-cü il tarixdə rəsmiləşdirilmiş və Baş Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş 10.12.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinin X8 adına 4892 saylı reyestr kitabında qeydə alınması həmin mənzilin onların birgə nikah dövründə əldə olunmasını təsdiq edir. X12 və onun arvadı Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamış, birgə təsərrüfat aparmışlar. 08.06.2020-ci il tarixdə X8 ölümündən sonra 2 saylı Notariat ofisinə 15.09.2020-ci il tarixdə və 08.01.2021-ci il tarixdə müraciət etmiş Cavabdeh1 mərhumdan miras qalan əmlak qismində daşınmaz əmlak və bankda olan hesablardakı pul vəsaitləri barədə rəsmi şəkildə məlumat verərək mərhumun birinci nikahından olan qızı – İddiaçı barədə məlumatı gizlətmiş, ondan başqa vərəsənin olmadığı barədə məlumat vermişdir. Nəticədə, İddiaçı mərhumun vərəsəsi kimi dəvət edilməmiş, həmin əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qeyd edilən hərəkətlərə yol verməsi İddiaçı birinci növbəli qanun üzrə vərəsə olaraq hüququndan məhrum olması, mərhumun birinci növbəli qanun üzrə vərəsələrindən yalnız arvadı Cavabdeh1 yeganə vərəsə olaraq miras əmlakdan pay alması ilə nəticələnmişdir. Abşeron rayonu 2 saylı notariat ofisinin 15.09.2020-ci il tarixli 2V-82 reyestr nömrəli və 08.01.2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, 08.06.2020-ci il tarixdə ölmüş X8 vərəsəsi olan Cavabdeh1 şəhadətnamə verilən miras əmlak olaraq Kapital Bank ASC-nin Abşeron filialının 17.08.2020-ci il tarixi 262 saylı məktubuna əsasən ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinin, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə yerləşən 2 nömrəli evin 11 nömrəli mənzili müəyyən edilərək təsdiq edilmiş və həmin mənzilin cavabdehin mülkiyyətində olmasını təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29.01.2021-ci il tarixli çıxarış verilmişdir. Hazırda İddiaçı mərhum atası X10 məxsus olan miras qalmış əmlaklara dair yeganə vərəsə qismində çıxış etmiş cavabdeh X13 adına təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və cavabdehin adına rəsmiləşdirilmiş mülkiyyət hüququnun təsdiq edilməsinə dair çıxarışın ləğv edilməsi, onun vərəsəlik hüququ tanınmaqla ½ hissədə qanun üzrə vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən şəhadətnamələr bilavasitə İddiaçı marağına toxunduğundan onun tələb etmə hüququ yaranmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr isə Cavabdeh1 tərəfindən alındığına görə iddia tələbinin ona qarşı yönəlməsi qanuni və əsaslıdır. Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun 1133.2-ci maddəsinə istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətində olan əmlakına dair sağlığında vəsiyyətnamə verməmiş X3 08.06.2020-ci il tarixdə ölümündən sonra miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni onun vərəsəsi olmuş arvadı Cavabdeh1 almışdır. Həmçinin etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan cavabdeh etirazında iddiaçının atasının X3 vəfatı ilə bağlı telefon əlaqəsi saxlayaraq qohumlarına məlumat verdiyini bildirsə də, bunu sübuta yetirə bilməmiş və mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Təlimatın 103-cü bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. İş materiallarının tədqiqi və məhkəmədə verilən izahatlarla müəyyən edilir ki, Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 15.09.2020-ci il tarixdə və 08.01.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, 08.06.2020-ci il tarixdə ölmüş X8 digər vərəsələrinin, mirasda məcburi pay almaq hüququ olan şəxslərin olub-olmaması ətraflı yoxlanılmadan yalnız Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalı olduğuna dair şəhadətnamələr verilmişdir. Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iddia tələblərini İddiaçı mərhum atasından miras qalmış əmlaklara dair ½ hissədə payının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, miras qalmış Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 20 saylı evin 11 saylı mənzili, eyni zamanda Kapital Bank ASC-nin Abşeron filialında X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitini mərhum X21 ilə cavabdeh X16 birgə nikah dövrünə aid olduğundan cavabdehin həmin mənzilə dair ½ hissədə payı müəyyən edilməlidir ki, bu da cavabdehə qanunla çatmalı olan paydır, qalan ½ hissə isə miras əmlakdır Məhkəmə araşdırması zamanı X3 vərəsələrinin onun qızı İddiaçı və arvadı Cavabdeh1 olması müəyyən edildiyindən, eyni zamanda həmin vərəsələrin bərabər paylarının olması nəzərə alınmaqla ½ hissənin yarısı, yəni ½ hissə : 2 = ¼ hissə hər bir qanun üzrə vərəsəyə düşən paydır. Belə olduğu halda cavabdeh X17 çatmalı olan pay ¾ hissə (½+¼=¾) müəyyən edilməli, iddiaçının isə həmin mənzil üzərində olan payı ¼ hissə müəyyən edilməlidir. Məhkəmə, X3 adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitlərinə payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilmiş riyazi hesablanma təkrarən tədbiq edilsə, iddiaçının həmin pul vəsaitlərinə ¼ hissədə payı müəyyən edilməlidir, yəni ******************** saylı kart hesabında olan 458.06 manat pul vəsaitinə 114.51 manat (458.06 x ¼ hissə=114.51), ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə isə 309.23 manat (1236.95 x ¼ hissə= 309.23) payı müəyyən edilməli və həmin pul vəsaitləri cavabdeh tərəfindən tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iddiaçının miras qalan əmlaklara dair payına uyğun vərəsəlik şəhadətnamələrinin verilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, iddiaçı vərəsəlik şəhadətnamələrinin verilməsi üçün müvafiq notariat qurumuna müraciət etməli, özünə aid hüquqların həyata keçirilməsində inzibati orqanın etirazı ilə qarşılaşdığı halda bu tələblə aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği İddiaçı Xudabaxış qızına aid edilməlidir. İnsan hüquqlarının və X22 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X2 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə (Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M.Hüseynzadə küçəsi 2 saylı evin 11 saylı mənzilinə) dair cavabdeh X17 Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən 08.01.2021-ci il tarixdə verilmiş 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 249 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydə alınmış ********** qeydiyyat nömrəli 29.01.2021-ci il tarixli çıxarış ləğv edilsin. Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə İddiaçı ¼ hissədə vərəsəlik payı müəyyən edilsin. X3 adına Kapital Bank ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat pul vəsaitinə İddiaçı ¼ hissədə, yəni 114.51 manat vərəsəlik payı müəyyən edilsin. X3 adına Kapital Bank ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə İddiaçı ¼ hissədə, yəni 309.23 manat vərəsəlik payı müəyyən edilsin. X3 adına Kapital Bank ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı və ******************** saylı kart hesablarına əsasən İddiaçı payının müəyyən edildiyi 114.51 manat və 309.23 manat olmaqla cəmi 423.74 manat pul vəsaiti cavabdeh X11 tutularaq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar