Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-934/2025 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X24 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə2, iddiaçının nümayəndəsi vəkil vəkil1, cavabdeh cavabdeh2 nümayəndəsi vəkil2, cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Sumqayıt Ərazi idarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-yə, Sumqayıt şəhəri * saylı notariat ofisinə, Sumqayıt şəhəri * saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı vəsiyyətnamənin, vərəsəlik şəhadətnaməsinin, bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması, qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli müqavilənin, bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlakın - ünvan 3 ünvanında yerləşən evlə bağlı cavabdeh1n adına verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, X4 məxsus olmuş Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair ## ###### 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin mənzilin DƏDRX-nin * saylı Sumqayıt Ərazi Idarəsində cavabdeh2 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi, cavabdeh2 adına verilmiş ##.##.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan *** saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qarajın cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı geri qaytarılması, cavabdeh cavabdeh2 55000 (əlli beş min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər * saylı Sumqayıt Ərazi Idarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-yə, Sumqayıt şəhəri * saylı notariat ofisinə, Sumqayıt şəhəri * saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərə dair iş üzrə X4 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. IŞIN HALLARI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Sumqayıt Ərazi idarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-yə, Sumqayıt şəhəri, * saylı notariat ofisinə və Sumqayıt şəhəri * saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin, X4 məxsus olmuş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair ##.##.2016-cı il tarixli müqavilənin, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin Sumqayıt şəhər * saylı Ərazi Idarəsində aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli müqavilənin, bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən evlə bağlı cavabdeh1n adına verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması, X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, X4 məxsus olmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair ##.##.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin Sumqayıt şəhər * saylı Ərazi Idarəsində aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, həmin əmlakın alqı-satqısına dair ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməsi, cavabdeh2 adına verilmiş ##.##.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən evlə bağlı cavabdeh1 adına verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, əhəmiyyətsiz əqdlər əsasında qarşı tərəfin, yəni cavabdeh cavabdeh2 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı daha bir ərizə ilə məhkəməyə müraciət edərək, digər tələbləri ilə yanaşı ##.##.2018-ci il tarixli əhəmiyyətsiz əqd əsasında cavabdeh cavabdeh2 əldə etdiyi "Mercedes Benz 280" markalı nəqliyyat vasitəsinin cavabdehden alınması baradə qətnamə qəbul edilməsi və ərizədə ünvanı səhvən qeyd edilmiş S.Piriyevə məxsus Sumqayıt şəhərində yerləşən evin ünvanını 7-8-12-ci məhəllə, bina 9A, mənzil 30 kimi oxunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4 onun doğma qardaşı olmuş, o, Hacıqabul şəhərində anadan olsa da, Sumqayıt şəhərində işləmiş və yaşamışdır. Onun həyat yoldaşı X8 ilə nikahlarından övladları olmamışdır. Səməd Piriyev və onun arvadı Aliyə Piriyeva həyatlarının son illəri ağır xəstə olmuşlar. Hər ikisi baş beyin qansızması, yəni işemik insult keçirmişlər. Səməd Piriyev son illər artıq özünü idarə edə bilmirdi. Onun ağlı, şüuru, düşüncəsi pozulmuşdur. Sözlərinə və hərəkətlərinə nəzarəti demək olar ki, tam itirmişdir. Ona görə də o və qızı nümayəndə2 tez-tez ona baş çəkməyə Sumqayıta gəlirdilər. 2016-cı ildə Səmədin arvadı Aliyə vəfat etmiş və bundan sonra Səmədin həyat şəraiti və sağlamlığı daha da pisləşmişdir. Onlar razılığa gəlmişlər ki, Səmədin baldızı oğlu cavabdeh2 ona baxsın, ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin, Səməd Piriyevin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-də adına depozit vardı. O, qızı nümayəndə2 baş etibarnamə vermişdi və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb verir və hesabatını aparırdı. Yəni dəftərdə qeydlərini dəqiqliklə yazırdı. ##.##.2021-ci ildə Səməd Piriyev vəfat etmiş və onu gətirib Hacıqabulda dəfn etmişdilər. Onun hüzrünü Hacıqabulda o və ailə üzvləri yola verdilər. Qəbrinin üstünü düzəltdirdilər və sair xərclərini qarşıladılar. Həmin vaxt onun Hacıqabul şəhərində ev məsələsi ilə bağlı Hacıqabul Rayon Məhkəməsində mülki iddia işi vardı. Mübahisəli olan bu iş bir neçə il davam etmiş və indi də davam etməkdədir. Yəni Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. O, Səməd Piriyevin yaxın qohumu kimi yeganə vərəsəsi idi. Lakin onun başı məhkəməyə qarışdığından qardaşının ölümündən sonra vərəsəlik açdırmamışdır. Fikirləşirdi ki, onsuz da o, yeganə vərəsə omaqla bu işi asanlıqla istənilən vaxt həll edə bilər. Bu yaxınlarda qızı nümayəndə2 Sumqayıt şəhərinə gedib X15 evinə baş çəkəndə ona məlum olmuşdur ki, evi X1 onların xəbəri olmadan Səmədin vəfatından dərhal sonra saxta sənədlər tərtib etdirməklə öz adına keçirmiş, sonra da başqa bir adama cavabdeh1 satmışdır. Digər tərəfdən, o, “Xəzər” bağçılıq cəmiyyətində X15 adına olan bağ sahəsini onun içərisindəki evlə birlikdə öz adına keçirmişdir. Yəni özünü həmin torpaq sahəsinin sahibi kimi “Xəzər” bağçılıq cəmiyyətinə üzv qəbul etdirmişdir. X15 adına olan depozit əmanətlərinin miqdarı barədə onlarda dəqiq məlumat yoxdur. Lakin sözsüz ki, onlar da cavabdeh2 tərəfindən mənimsənilmişdir. Belə ki, son vaxtlar biliblər ki, nümayəndə2 qardaşı Səməd Piriyev tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir. Buna da cavabdeh2 qardaşının xəstəliyindən, fəaliyyət qabiliyyətinin pozulmasından istifadə etməklə nail olmuş, hətta saxta yolla guya qardaşının sağlığında vəsiyyətnamə də yazdırmışdır. Beləliklə, cavabdeh2 X12nun ölümündən sonra yeganə vərəsəsi kimi ona çatası bütün əmlaklarını qanunsuz yolla ələ keçirmişdir. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti Inventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma kadastrı Idarəsinin “Qeydiyyat vəsiqəsi”nə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m,yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzil X4 adına qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən S.Piriyevə * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli ***** saylı arayışdan da görünür ki, qeyd olunan mənzil mülkiyyət hüququ ilə S.Həsənova məxsus olmuşdur. Azərbaycan Respublikası DIN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 329364 nömrli arayışdan görünür ki, X4 (Hacıqabul şəhərində anadan olmaqla,ş.v. AZE-03905164) qeyd olunan mənzildə qeydiyyatda olmaqla onun həyat yoldaşı X8 da orada qeydiyyatda olmuşdur. X5 AЗ-1691669 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o, ##.##.1939-cu ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. X4 ilə X8 arasında nikahın bağlanması haqqında AЗ-****** nömrəli şəhadətnamədən görünür ki, onların kəbini ##.##.1960-cı ildə qeydə alınmışdır. * saylı Sumqayıt şəhər poliklinikasında S.Piriyevin arvadı X8 adına açılmış ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, beyin ödemi, baş beyinə qansızma, sağ beyin yarımkürəsində işemik insult, arterial hipertoniya xəstəliyindən əziyyət çəkmiş və ##.##.2016-cı ildə vəfat etmişdir. ##.##.2016-cı il tarixdə verilmiş AZ-İ ****** nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 ## #### 2016-cı ildə vəfat etmiş və ölümün səbəbi kimi “beyin ödemi” diaqnozu qoyulmuşdur. Bu barədə ölüm faktının qeydi kitabında ## ###### 2016-cı ildə 953 nömrə ilə qeyd aparılmışdır. cavabdeh2 XI-ЖГ 436837 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o, ##.##.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ağayev Afət Allahqulu oğlu ilə X10 arasında nikahın bağlanması haqqında II-ЖГ- ****** nömrəli şəhadətnamədən görünür ki, onların kəbini ##.##.1980-ci ildə qeydə alınmışdır. Bu sənəd həm də onu bildirir ki, cavabdeh2 X2 baldızı oğludur, yəni arvadı Alıyə Ağayevanın bacısı Sədaqət Ağayevanın oğludur. ##.##.2016-cı il tarixdə notariat kontoruna X4 adından kompüterlə yazılaraq ona imzalatdırılmış ərizədən görünür ki, guya S.Piriyev “gələcəkdə hər hansı mübahisə yaranarsa, bütün məsuliyyəti və onun həllini öz üzərimə götürürəm” kimi qeydlə razılaşmış və ərizənin altında ona “hal mənə məlumdur” kimi mücərrəd və bağışlanma müqaviləsinin imzalanması proseduruna uyğun gəlməyən qeyd əlavə olunmuşdur. Burada hansı halın S.Piriyevə məlum olması gizlədilmişdir. Müvafiq notariat kontorunda digər bağışlanma müqavilələrindən nümunələr götürülməklə prosedur qaydasında uyğunsuzluq olmasını aydın görmək olar. Həmçinin ərizədə S.Piriyevin “subay” olması kimi absurd bir qeyd də aparılmışdır. Bu qeyd bağışlanma müqaviləsinə hansı maneəni aradan qaldırdığını aydın etmir. Belə olduğu təqdirdə hər halda notarius S.Piriyevin bacı-qardaşlarının, övladlarının, digər ön sıra qohumluq dərəcəsində olan yaxınlarının da olub-olmamasını, onların bundan məlumatlı olub-olmadıqlarını da müəyyən etməli idi. Notarius isə bunu və daha önəmli olan halları (məsələn: S.Piriyevin bu müqaviləni öz iradə ifadəsi ilə bağlayıb-bağlamadığını, daha yaxın qohumlarını qoyub aşağı sıralarda olan şəxsə əmlakını bağışlamasının səbəblərini, onun səhhətində, psixikasında problemlərin olub-olmadığını və s.) araşdırmalı olduğu halda etməmişdir. * saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin ## ### 2024-cü il tarixli **** saylı cavab məktubuna əsasən ##.##.2016-cı il tarixli *Ə**** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən görünür ki, qeyd olunan bağışlanma müqaviləsi X4 ilə cavabdeh2 arasında bağlanmışdır. S.Piriyevə məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m, yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsinin cavabdeh2 bağışlanması * saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xidmət notariusu X11 tərəfindən rəsmiləşdirilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Cəsarət Qasımovun * saylı Ərazi Idarəsinə ünvanlamış olduğu ##.##.2016-cı il tarixli **** nömrəli məktubla qeyd olunan mənzilin bağışlanması müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestr xidmətində qeyd aparılması tapşırılmışdır. Yəni S.Piriyevə məxsus mənzilin cavabdeh2 adına qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə tələb göndərilmişdir. * saylı Sumqayıt ərazi Idarəsinin sorğuya verdiyi ##.##.2024-cü il tarixli 3-21-3-31\2-2088\**** saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, *A saylı binada ** saylı mənzil üzərində X4 tam mülkiyyət hüququ ##.##.2007-ci il tarixli, ***** saylı qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət mərkəzində” notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, ##.##.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdeh2 tam mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt şəhər * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, gələcəkdə əmlak və vərəsəlik üzrə yarana biləcək mübahisələrdən yayınmaq üçün cavabdeh2 qanunsuz olaraq ələ keçirdiyi daşınmaz əmlakı, yəni S.Piriyevə məxsus olmuş evi özgəninkiləşdirmiş və pulunu mənimsəmişdir. X4 adına Sumqayıt şəhər poliklinikasında açılmış 4\**** saylı “ambulator xəstənin tibbi kitabçası”na əsasən o, ##.##.2021-cı ildə saat 03.30-da vəfat etmişdir. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış “stasionar, ambulator xəstənin tibbi kitabçası”ndan görünür ki, o, ##.##.2015-ci ildən ##.##.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da onun ambulator müalicəsi davam etdirilmişdir. ##.##.2015-ci ildə kitabçada aparılmış qeyddən də görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyri-adekvatdır, sualları düzgün cavablandırmır”. ##.##.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əlamətləri“ müşahidə olunur. Sumqayıt TTYX-dən cavabdeh2 müraciətinə əsasən ona verilmiş ##.##.2021-ci il tarixli **** nömrəli arayışda qeyd edilmişdir ki, 1936-cı il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan X4 adına ##.##.2021-ci il tarixdə saat 03.30-da *** saylı çağırış daxil olmuşdur. Qeyd olunan ünvanda isə onun meyiti aşkar olunmuşdur. Sumqayıt TTYX-nə bilərəkdən yanlış məlumat məhz cavabdeh2 tərəfindən verilmişdir. Belə ki, S.Piriyev cavabdeh2 evində yaşamamış, onun özünün Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, *A saylı binada ** saylı mənzili olmuşdur. Xəstəlik kitabçasında ##.##.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “##.##.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X9 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq ümumi vəziyyəti ağırlaşmışdır. ##.##.2021-ci ildə saat 03.30-da vəfat etmişdir.” Sumqayıt şəhəri * saylı notariat ofisinin sorğuya cavab olaraq onlara ##.##.2024-cü il tarixli **** saylı məktubla göndərdiyi vəsiyyətnamədən görünür ki, guya ##.##.2016-cı il tarixdə Sumqayıt şəhəri * saylı notariat ofisində X4 “mən ölən günə kimi mənə məxsus olan bütün əmlakımı Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 38A, mənzil 2-də qeydiyyatda olan cavabdeh2 vəsiyyət edirəm” məzmununda sərəncam vermişdir. Guya Azərbaycan Respublikası MM-nin 1166, 1178, 1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Vəsiyyətnamə guya 2 nüsxədən ibarət komputerdə tərtib olunmuş və onun bir nüsxəsi X4 verilmişdir. Iki nəfər şahid də bu vəsiyyətnamənin tərtib edilməsində iştirak etmişdir. X34 və X7 qeyd edilmişlər. Vəsiyyətnamədə həmçinin qeyd edilmişdir ki, notarius Ə.İ.Bünyadov tərəfindən güya X4 “fəaliyyət qabiliyyəti yoxlanmışdır”. Onun bunu necə və hansı üsulla yoxlaması isə bəlli deyil və tam şübhə doğurmaqla həqiqəti əks etdirmir. Vəsiyyətnamədə guya şahidlərin iştirakı ilə vəsiyyətnamənin S.Piriyevin sözlərindən notariusun tərtib etdiyi və S.Piriyevin də imzaladığı qeyd olunmuşdur. Halbuki bunların hamısı yalandır. Həmin şahidlərlə aparılmış söhbət zamanı onlar nə məqsədlə notaruat ofisinə dəvət edildiklərini bilmədiklərini və onlara təqdim edilmiş sənədə məzmunu ilə tanış olmadan imza etdiklərini bildirmişlər. Onlar həmçinin S.Piriyevin cavabdeh2 şikayətləndiyini, Vüsalın onun başına oyun açdığını, onu övladlığa götürməkdə çox səhv etdiyini, Vüsalın onu incitdiyini söyləmişlər. (Səs yazıları məhkəmədə təqdim ediləcəkdir.) Sumqayıt şəhər icra hakimiyyətinin sorğularına ## #### 2024-cü il tarixli 5-6\2-1385\**** saylı cavab məktubundan görünür ki, X4 qəyyumluq və ya himayəçiliyə götürülməsi barədə Sumqayıt şəhər icra hakimiyyətinə hər hansı şəxs tərəfindən müraciət daxil olmamışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin sorğuya ## ### 2024-cü il tarixli 3-16-5\8-2193\15\** saylı cavab məktubundan görünür ki, X4 ölümünün qeyd edilməsinə dair sənədləri cavabdeh2 şöbəyə ##.##.2020-ci il tarixdə təqdim etmişdir. Təqdim edilmiş sənədlər vəfat edən şəxsdən Sumqayıt * saylı notariat kontoru tərəfindən ##.##.2016-cı il tarixli *V-*** nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə, şəxsin şəxsiyyət vəsiqəsinin əsli, ölüm haqqında tibbi şəhadətnamə və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında aktın qeydi qeydiyyata alınaraq AZ-II ****** saylı ölüm haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sumqayıt şəhər XDS-nin ## ##### 1987-ci il tarixli * saylı iclas protokolundan çıxarışdan görünür ki,”Xəzər” bağçılıq yoldaşlığına bağ sahələri verilməsi üçün torpaq sahəsi ayrılmış və protokola əlavə edilmiş siyahıya əsasən X4 68-ci sırada 400 kv.m torpaq sahəsi ayrılmışdır. ünvan 1 ünvanında torpaq sahəsində 2001-ci ildə 25 kv.m sahəsi olan fərdi yaşayış evi inşa edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə məxsus “Bağçının *** nömrəli üzvlük kitabçası”na əsasən X4 1986-cı ildən bağçılığa üzv qəbul edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə X4 adından yazılmış tarixsiz ərizədən görünür ki, o,özünə məxsus olan torpaq sahəsini cavabdeh2 adına keçirilməsini və onun bağçılığa üzv qəbul edilməsini xahiş etmişdir. “Xəzər” bağçılıq yoldaşlığı Idarə Heyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarından çıxarışdan görünür ki, cavabdeh2 bağçılıq üzvlüyünə qəbul edilmişdir. cavabdeh2 adından “Xəzər” bağçılıq cəmiyyətinə ünvanlanmış ##.##.2019-cu il tarixli müraciətdə yazılmışdır ki, ”verilmiş vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını, o cümlədən bağ sahəsini mənə vəsiyyət etmişdir. Sizdən xahiş edirəm babamın adına olan bağ sahəsini mənim adıma rəsmiləşdirəsiniz və məni bağçılıq cəmiyyətinə üzv qəbul edəsiniz. Müraciətdən də görünür ki, cavabdeh2 saxta və yalan məlumatlarla bağçılıq cəmiyyətini aldatmış xalasının əri olmuş S.Piriyevi “babası” kimi qələmə vermişdir. X12 ## ###### 2015-ci il tarixdə qızı nümayəndə2 adına Sumqayıt şəhəri * saylı notariat kontorunda etibarnamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə uyğun olaraq məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və s. hüquqları ona etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş və ##.##.2020-ci ilə qədər qüvvədə olması qeyd edilmişdir. Həmin vaxt qızı qardaşının əmlakı ilə bağlı istənilən əməliyyatı həyata keçirməyə səlahiyyətli olmasına baxmayaraq, o, bunu etməmişdir. Əksinə, X15 adına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-də depozit əmanəti olduğuna və onun hesabında külli miqdarda pul olduğunu bildiklərinə görə xəstə və özünü idarə edə bilməyən qardaşına baxması üçün vaxtaşırı bankdan pul çıxararaq qızı nümayəndə2 siyahı əsasında cavabdeh2 ödəmişdir. Hətta qardaşı S.Piriyevin adına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-də ##.##.2014-cü il tarixə 10244 AZN depozit pul olmuşdur. (Siyahı və bank sənədləri,kartlarının surəti əlavə olunur). Lakin qardaşının ölümündən sonra onların ailə üzvlərinin başı qarışıq olmasından istifadə edən cavabdeh2 sonra depozitdə olan külli miqdarda pulu da ələ keçirmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, X4 məxsus olmuş ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin), “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan *** saylı bağ sahəsinin və onun üzərindəki bağ evinin, Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m. sahəsi olan qarajın restitutsiyası, yəni mərhum X4 adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı apellyasiya baxışı zamanı apellyasiya şikayətindən imtina barədə ərizə təqdim edərək, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan *** saylı bağ sahəsinin və onun üzərindəki bağ evinin, Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m. sahəsi olan qarajın restitutsiyası, yəni mərhum X4 adına bərpa edilməsi hissəsində apellyasiya şikayətindən imtina etdiyini, həmin hissədə apellyasiya icraatına həmin hissədə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Cəsarət Qasımovun * saylı ərazi Idarəsinə ünvanlamış olduğu ##.##.2016-cı il tarixli **** nömrəli məktubla qeyd olunan mənzilin bağışlanması müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestr xidmətində qeyd aparılması tapşırılmışdır. Yəni S.Piriyevə məxsus mənzilin cavabdeh2 adına qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə tələb göndərilmişdir. * saylı Sumqayıt ərazi Idarəsinin sorğuya verdiyi ##.##.2024-cü il tarixli 3-21-3-31\2-2088\**** saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, *A saylı binada ** saylı mənzil üzərində X4 tam mülkiyyət hüququ ##.##.2007-ci il tarixli, ***** saylı qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət mərkəzində” notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdeh2 tam mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt şəhər * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, gələcəkdə əmlak və vərəsəlik üzrə yarana biləcək mübahisələrdən yayınmaq üçün cavabdeh2 qanunsuz olaraq ələ keçirdiyi daşınmaz əmlakı, yəni S.Piriyevə məxsus olmuş evi özgəninkiləşdirmiş və pulunu mənimsəmişdir. Məhkəmə iş üzrə məhkəmə-psixiatriya ekspertizasının rəyini əsas tutaraq vəsiyyətnaməni və evin bağışlanmasına dair müqaviləni əhəmiyyətsiz hesab etmişdir. Lakin mənzilin alqı-satqısına dair müqaviləyə isə məhkəmənin münasibəti bu yanaşmanı tamamlamır və ona ziddir. Belə ki, ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən isə görünür ki, cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 7-8- 12, ev 9A, ** saylı mənzili cavabdeh1 55000 manata satmışdır. Məhkəmə cavabdeh2 ilə cavabdeh1 satmasına dair ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqavilədə cavabdeh1 vicdanlı alıcı kimi qiymət vermişdir. Halbuki mərhum X4 mənzilini cavabdeh2 bağışlaması əhəmiyyətsiz hesab edildiyindən qalan özgəninkiləşdirmə mülki hüquqi aktları da əhəmiyyətsiz olmaqla əmlak mərhumun adına mülki-hüquqi statusa qaytarılmalıdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə mərhum X4 onun iştirakı ilə bağlanmış mülki-hüquqi əqdləri əhəmiyyətsiz saymasına baxmayaraq, nəticəyə gələrkən onun mənzilinin cavabdeh1 satmasına dair ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqavilədə cavabdeh1 vicdanlı alıcı olması barədə əsassız qərar qəbul etmişdir. Cavabdeh cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndərilən qətnaməsi onunla əsaslandırılmışdır ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Iradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin laqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, əqdi öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz iradə ifadəsinin nəticəsi olmasıdır. Iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi əqdin etibarlılığı üçün zəruri şərtlərdir. Mülki Məcəllənin 346.1-ci maddəsinin məzmununa görə anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Buna görə də həm vəsiyyətnamə verilərkən, həm də bağışlanma müqaviləsi bağlanarkən S.Piriyevin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün iddiaçı tərəfin vəsatəti əsasında ekspertiza təyin olunmuşdur. Verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, S.Piriyev 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvi xəstəliyi proqressivləşmə (artan psixi patologiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X4 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X4 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X4 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Məhkəmə hesab edir ki, mərhum S.Piriyevin mübahisələndirilən vəsiyyətnaməni verərkən və əmlakını bağışlayarkən anlaqsız vəziyyətdə olması ekspert rəyi ilə öz təsdiqini tapdığından həmin vəsiyyətnamə və bağışlanma müqaviləsi bağlandığı andan etibarsız olmuşdur. Məhkəmənin bu əsaslandırması ilə razı deyil. Məhkəmənin məhkəməpsixiatrik ekspertizasın rəyini mötəbər sübut kimi qəbul etməsi və bunun əsasında Səməd Piriyevin vəsiyyətnamə verərkən və bağışlanma müqaviləsi bağlayarkən anlaqlı olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı iddia tələbinin mübahisə predmetlərindən biri olan vəsiyyətnamənin tərtib olunmasında şahid qismində iştirak etmiş X7 və X6 iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində notariusa gedərək Səməd Piriyev tərəfindən vəsiyyətnamənin tərtib olunmasında iştirak etdiklərini, həmin vaxt Səməddə əqli cəhətdən problem hiss etmədiklərini bildirmişlər. Bundan başqa iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X16, X16, X13, X17 və X25 verdikləri ifadələrində Səməd Piriyevin psixi durumunun normal olduğunu bildirmişlər. Iş üzrə X4 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının rəyi yalnız tibbi sənədlərdə göstərilən diaqnozlara əsasən verilmişdir. Iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində ifadə vermiş yuxarıda adları qeyd edilən şəxslərin X4 psixi durumunun normal olduğunu göstərməsi, S.Piriyev barəsində tərtib olunmuş tibbi sənəddə (Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş arayış) qoyulmuş qoyulmuş diaqnozun (Alsheymer xəstəliyi zamanı demensiya, intellektin ağır dərəcədə geriləməsi) doğruluğuna şübhələr yaradır. Belə olan halda Səməd Piriyev barəsində qeyd edilən diaqnoza əsasən verilmiş ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsi barədə məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Göstərilənlər əsasən hesab edirəm ki, məhkəmə iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə mübahisələndirilən maddi hüquq normasına istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi qətnamədə əqdlərin etibarsızlığı üzrə qanunvericilikdə nəzərdə 1 illik kəsici müddətin keçməsi və bu müddətin məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiq edilməli olması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nümətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz aşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması, yaxud daşınmaz əşyaya dair dövlət reystrində düzəlişin aparılması barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4) Məhkəmənin bu əsaslandırması ilə də razı deyil. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olubolmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək hesab edir ki, 346.1ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin özü sonradan bəyənilməklə etibarlı hala gətirilə biləcəyindən əhəmiyyətsiz hesab edilə bilməz. Göstərilənlər əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbinə mübahisələndirilən maddi hüququ normalarının tətbiq etməməkdə haqlı olmamışdır. Hesab edir ki, məhkəmənin qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi və bunun əsasında Səməd Piriyevin vəsiyyətnamə verərkən və bağışlanma müqaviləsi bağlayarkən anlaqlı olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı iddia tələbinin mübahisə predmetlərindən biri olan vəsiyyətnamənin tərtib olunmasında şahid qismində iştirak etmiş X7 və X6 iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində notariusa gedərək Səməd Piriyev tərəfindən vəsiyyətnamənin tərtib olunmasında iştirak etdiklərini, həmin vaxt Səməddə əqli cəhətdən problem hiss etmədiklərini bildirmişlər. Bundan başqa iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Elmira Ismayıl qızı, X16, X13, X17 və X25 verdikləri ifadələrində Səməd Piriyevin psixi durumunun normal olduğunu bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88cimaddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iş üzrə X4 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının rəyi yalnız tibbi sənədlərdə göstərilən diaqnozlara əsasən verilmişdir. Iş üzrə keçirilən məhkəmə iclasında şahid qismində ifadə vermiş yuxarıda adları qeyd edilən şəxslərin X4 psixi durumunun normal olduğunu göstərməsi, S.Piriyev barəsində tərtib olunmuş tibbi sənəddə (Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindəntəqdim edilmiş arayış) qoyulmuş qoyulmuş diaqnozun (Alsheymer xəstəliyi zamanı demensiya, intellektin ağır dərəcədə geriləməsi) doğruluğuna şübhələr yaradır. Belə olan halda hesab edir ki, Səməd Piriyev barəsində qeyd edilən diaqnoza əsasən verilmiş ekspert rəyi qeyri-mötəbər sübut olmaqla, iş üçün əhəmiyyəti olan halın, yəni Səməd Piriyevin mübahisələndirilən əqdləri bağlayarkən öz hərəkətlərini dərk etmək iqtidarında olmaması halını təsdiq edə bilməz. IŞDƏ IŞTIRAK EDƏN ŞƏXSLƏRIN IZAHATI Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi hissəsində müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil vəkil1 iddiaçının apellyasiya şikayətini mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi hissəsində müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər * saylı Sumqayıt Ərazi idarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ASC-yə, Sumqayıt şəhəri * saylı notariat ofisinə, Sumqayıt şəhəri * saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQI MƏSƏLƏLƏR Iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi sübutetmə yükü üzərinə düşən iddiaçının bu vəzifənin öhdəsindən gələrək Səməd Piriyevin vəsiyyətnamə və bağışlanma müqaviləsi bağlayarkən anlaqlı olmamasını sübuta yetirə bilməsi və nəticədə əhəmiyyətsiz əqd əsasında mərhum S.Piriyevin bacısı iddiaçı İddiaçı miras əmlakdan ikinci növbə qanun üzrə vərəsə kimi paq almaq hüququndan məhrum edilməsi ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı qətnaməni mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdeh cavabdeh2 isə qətnaməni iddia tələbinin təmin edilən hissələrini mübahisələndirmişdır. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla şikayəti hər iki tərəfin verməsini nəzərə alaraq ilk öncə iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. Işdən göründüyü kimi, Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, bağ sahəsi 600 kv.m olan *** saylı bağ və içində yüngül konstruksiyalı bağ evi, ünvan 8 ünvanında yerləşən ** nömrəli mənzilin X4 məxsus olması, X4 ilə X5 ##.##.1960-cı il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmaları, bu nikahlarından övladlarının olmaması, X8 ##.##.2016-cı ildə, Səməd Piriyevin isə ##.##.2021-ci ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbləri vəsiyyətnamənin, ##.##.2016cı il tarixli bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd sayılması, sözügedən mənzilə dair cavabdeh2 adına aparılmış reyestr qeydiyyatının, ##.##.2024-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ##.##.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair cavabdeh1 adına verilmiş ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, bağ sahəsinin Səməd Piriyevin adından cavabdeh2 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdlər əsasında cavabdeh cavabdeh2 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin sonuncu tərəfindən ona ödənilməsi barədədir. Iddiaçı mənzillə bağlı mübahisələndirdiyi ##.##.2023-cü il tarixli əqdin (alqı-satıqı müqaviləsini) etibarsızlığının faktiki əsası kimi cavabdeh2 mərhum Səməd Piriyevin sağlığında əhəmiyyətsiz əqd əsasında özgəninkiləşdirməklə qanunsuz yolla əldə etdiyi sözügedən mənzili gələcəkdə əmlak və vərəsəlik üzrə yarana biləcək mübahisələrdən yayındırmaq məqsədilə cavabdeh1 55000 manata satılmasına istinad etmişdir. Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanması zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qeyd olunmalıdır ki, daşınmaz əşyalar mülki dövriyyədə yüksək iqtisadi dəyərə malik olmaqla hüquq münasibətlərində mühün yer tutur. Bu xüsusiyyətlər nəzərə alınaraq, qanunvericilikdə həmin əşyaların dövriyyəsi ilə bağlı xüsusi hüquqi təminat mexanizimləri müəyyən edilmişdir. Belə mexanizimlərə daşınmaz əşyalara dair müqavilələrin notariat qaydasında bağlanması, daşınmaz əşyalar üzərində hüquqların dövlət reyestrinin aparılması və bu reyestrə olan etimadın qorunması daxildir. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Nəzərə alınmalıdır ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarı). Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş itənilən çəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblərin irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla cavabdeh2 arasında bağlanılmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Mövcud vəziyətdə isə cavabdeh1 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, o, dövlət reyestrindəki qeydə əsaslanmaqla sözügedən mənzili əvəzli şəkildə cavabdeh cavabdeh2 əldə etmişdir. Çünki daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi görünən cavabdeh2lə heç bir qohumluq, dostluq, asıllığ münasibəti olmayan cavabdeh1 mövcud alqı-satqı müqaviləsinin bağlanmasından 7 il 11 gün əvvəl bağlanmış əqdin (bağışlamanın) tərəfi olmuş Səməd Piriyevin anlaqlı olmadığını bilə-bilməzdi. Bu halın hazırki iddia tələbi əsasında müəyyən olunması isə vicdanlı alıcı olaraq cavabdeh1 əmlak hüquqlarının pozulması səbəbini təşkil edə bilməz. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi ## ###### 2023-cü il tarixdə bağlandığı halda, sözügedən mənzil üzərində cavabdeh2 hüquqlarının qanunsuz qeydə alınması yalnız hazırki iş üzrə qəbul olunmuş məhkəmə aktı ilə müəyyən olunmuş, başqa sözlə desək, mövcud etibarlı əqd qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmış və həmin vaxt isə onun xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş və sonuncunun hüquqları mübahisələndirilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il ## ###### tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh1 vicdanlı sahib kimi qəbul edərək müqavilənin predmeti mənzilə dair sərəncam verən şəxsin, yəni cavabdeh2 həmin vaxt bu hüquqa malik olduğunu və əmlakı əldə edən alıcı cavabdeh1 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığına istinad etməklə mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu tələblə bağlı göstərdiyi dəlillərlə razılaşmayaraq, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin iddia tələbinin mübahisələndirilən hissələrinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Işdən görünür ki, iddiaçı mərhum qardaşı Səməd və arvadı Aliyə Piriyevanın həyatlarının son illərində ağır xəstə olmalarını, hər ikisinin baş beyin qansızması, yəni işemik insult keçirdiklərini, qardaşı Səmədin son illər artıq özünü idarə etmə qabiliyyətinə malik olmadığını, onun ağıl, şüur və düşüncəsinin pozulduğunu, söz və hərəkətlərinə nəzarəti demək olar ki, tam itirdiyini, beyin ödemi, baş beyinə qansızma, sağ beyin yarımkürəsində işemik insult, arterial hipertoniya xəstəliyindən əziyyət çəkərək ##.##.2016-cı ildə vəfat etmiş arvadı Aliyənin ölümündən sonra Səmədin həyat şəraiti və sağlamlığının daha da pisləşdiyindən istifadə edən baldızı oğlu cavabdeh2 “Xəzər” bağçılıq cəmiyyətində Səmədin adına içərisində 25 kv.m yaşayış evi olan bağ sahəsini, bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri 7-8-12-ci məhəllə bina 9A yerləşən ** saylı 2 otaqlı mənzili, ##.##.2016-ci il tarixdə əldə etdiyi vəsiyyətnamə əsasında özünü yeganə vərəsəsi kimi təqdim edərək S.Piriyevin adına olan qaraj sahəsini qanunsuz yolla ələ keçirdiyini əsas gətirərək, bağışlama müqaviləsinin, vəsiyyətnamənin, “Xəzər” bağçılıq yoldaşlığı Idarə Heyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının əhəmiyyətsiz hesab edərək etibarsız sayılması, bağışlama müqaviləsi əsasında * saylı Ərazi Idarəsində cavabdeh2 adına aparılmış reyestr qeydiyyatın, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və əhəmiyyətsiz əqdlər əsasında cavabdeh2 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin sonuncu tərəfindən ödənilməsi tələb etmiş, cavabdeh cavabdeh2 isə şahid ifadələrinə istinadən mərhum Səməd Piriyevin əqli cəhətdən durumunun normal olması, iddiaçının mübahisəlndirdiyi sözügedən əqdlərin əhəmiyyətsiz əqd deyil, mübahisələndirən əqd olduğunu və sonuncunun bu əqdləri mübahisləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürdüyünə əsas gətirərək iddiaya etiraz etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı və Ali Məhkəmənin formalaşmış təcrübəsi baxımından etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər formasında fərqli növlərini meydana gətirir. Göründüyü kimi etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyi etibarsız əqdləri yuxarıda göstərilən növlərə ayırmışdır. Lakin hazırki mübahisə predmerti təşkil edən bu əqdlər (vəsiyyətnamə və bağışlama) etibarsızlığın nə əhəmiyyətsizliyinə və nədəki mübahisə edilən əqdlərinə aid deyil, çünki etibarsızlığın digər növlərindən fərqli olaraq əhəmiyyətsiz əqdlər sonradan etibarlı hala gətirilə bilməz. Mübahisələndirilən əqdlərdə isə bu mümkün olsa da, əqdin tərəfi olmuş şəxsin iradəsi zədələnmiş olmalıdır. Lakin hazırki işdə sözügedən əqdlər üzrə əqdin keçərsiz olmasına təsir edən hallar mövcud deyil. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisələndirilən əqdlər (vəsiyyət, bağışlama) üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 346.1, 1225.1 və 1225.3-cü maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 346.1, 1225.1,1225.3-cü maddələrinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunun mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəzərə alınmalıdır ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Məhz bu baxımdan qanunverici əqdin etibarsızlığını onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunun mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən əqdlər əsasında mərhum Səməd Piriyevin bacısı iddiaçı İddiaçı miras əmlakdan ikinci növbə qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum edildiyindən və bu məhrum etmə isə qanuni və əsaslı hesab edilmədiyindən, sonuncu mövcud iddianı qaldırmaqda haqlı olmuşdur. Işdən görünür ki, məhkəmə tərəfindən Səməd Piriyevin şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi vəziyyətini aydınlaşdırılması məqsədilə ekspertiza təyin olunmuş, əldə edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Səməd Piriyev 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvi xəstəliyi proqressivləşmə (artan psixi patologiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X4 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Səməd Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malik olmuş və ona görə də X4 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X4 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında formalaşdırdığı mövqeyə görə anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Cavabdeh apellyasiya şikayətində şahid ifadələrinə istinadən Səməd Piriyevin əqli cəhətdən durumunun normal olması dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, adını çəkdikləri şahidlərdən Teyyub Əhmədov, Elmira Sadıqova,Vəsilə Hüseynova və Rafiq Ağayev ifadələrində Səməd Piriyevin xəstə olmasını inkar etməmişlər, eləcə də məhkəmədə iştirak etmiş ekspert Eyyub Əliyevdə mövcud rəyi təsdiq edərək Səməd Piriyevin başqa şəxslərə ehtiyacı olduğu, idarə edildiyi, öz hərəkətlərinin mahiyyətini dərk etmədiyi, bu xəstəliyi keçirən şəxslərin orientasiyasının pozulduğu, hətta evinin yolunu tapmaqda belə çətinlik çəkdiklərini, demensiya keçirən şəxslərin tələf olmuş beyin hüceyrələrinin bərpa olunmadığını bildirmişdir. MPM-nin 103.1 və 206-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qeyd olunduğu kimi ekspertin rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmasa da onun möhtəbərliyinə inam kifayət qədər yüksəkdir. Çünki şəxsin fəaliyyət qabiliyyətinin olmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələdir. Odur ki, tibbi sənədlərdə əksini tapmış halları və həmin sənədlər sənədlər əsasında verilmiş ekspert rəyi məhkəmə kollegiyası tərəfindən daha mötəbər sübut kimi qiymətləndirilərək cavabdehin apellyasiya şikayətində istinad etdiyi şahid ifadələrini isə inandırıcı hesab etmir. Məhkəmə kollegiyası cavabdeh əqdin etibarsızlığı üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti tətbiqi ilə bağlı dəlilinə gəldikdə isə qeyd edir ki, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilib-edilmədiyinə qiymət verilməli, etibarsızlığın digər növləri üzrə Mülki Məcəllənin 354.2-ci maddəsi ümumiyyətlə müzakirə və tətbiq edilməməlidir. Mövcud tələb etibarsızlığın qeyd olunan növünə aid olmadığından, həmin maddənin müzakirəsinə lüzüm qalmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mərhum Səməd Piriyev vəsiyyətnamə verilməsi, eləcə də mənzilə dair bağışlama müqaviləsinin bağlanması zamanı öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, başqa sözlə anlaqsız vəziyyətdə olması ekspert rəyi və iş materiallarındakı tibbi sənədlərlə öz təsdiqini tapdığından, X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamə və ünvan 6 ünvanında yerləşən mənzilə dair X4 ilə cavabdeh2 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofsində bağlanmış ##.##.2016-ci il tarixli 4Ə-****№-li bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mirasın rəsmiləşdirilməsi üçün hüquqi əsas kimi çıxış etmiş vəsiyyətnamənin hazırki məhkəmə aktı əsasında etibarsız hesab edilməsi, vəsiyyətnamənin hüquqi nəticələr yaratmasınıda aradan qaldırdığından, ona əsasında verilmiş ##.##.2024-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin əqd üzrə ünvan 6 dair DƏDRX-nin * saylı Ərazi Idarəsində aparılmış reyestr qeydiyyatı da etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mübahisəli bağ sahəsinin Səməd Piriyevin adından cavabdeh2 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbulu ilə bağlı “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi hissəsinə gəldikdə də qeyd edir ki, yuxarıda göstərilən qiymətləndirilmə baxımından iddia tələbi bu hissədə də əsaslı hesab olduğundan təmin edilməlidir. Iddia tələbinin əqdlər əsasında cavabdeh cavabdeh2 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin sonuncu tərəfindən ona ödənilməsi hissəsinə gəldikdə isə aşağı instansiya məhkəməsinin nəticə və əsaslandırma ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti bu hissələrdə əsassız olduğundan, təmin edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamə və həmin vəsiyyətnamə üzrə verilmiş ##.##.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə, ünvan 6 ünvanında yerləşən mənzilə dair X4 ilə cavabdeh2 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofsində bağlanmış ##.##.2016-ci il tarixli 4Ə-****№-li bağışlama müqaviləsi və həmin müqavilə əsasında cavabdeh2 adına DƏDRX-nin Sumqayıt şəhər * saylı Ərazi Idarəsində aparılmış reyestr qeydiyyatı, o cümlədən bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarı etibarsız hesab edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. X4 adından cavabdeh2 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamə və həmin vəsiyyətnamə üzrə verilmiş ##.##.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən mənzilə dair X4 ilə cavabdeh2 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofsində bağlanmış ##.##.2016-ci il tarixli 4Ə-****№-li bağışlama müqaviləsi və həmin müqavilə əsasında cavabdeh2 adına DƏDRX-nin Sumqayıt şəhər * saylı Ərazi Idarəsində aparılmış reyestr qeydiyyatı etibarsız hesab edilsin. Bağ sahəsinin X4 adından cavabdeh2 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarı etibarsız hesab edilsin. Qətnamə mübahiləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-934/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-934/2025
18.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver