Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4676/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X29 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlikdə qanuni payın müəyyən edilməsi tələbinə dair mülki işə 03 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlikdə qanuni payın müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, atası X7 qalan mirasdan ona çatacaq qanuni payın müəyyən edilib, anası X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.12.2014-cü ildə vəfat etmiş ərizəçinin atası X9 vəfatından sonra ondan qalan miras vərəsələr arasında bölünməli idi. Atasından miras olaraq bir ev qalmışdır. Lakin, ərizəçinin anası Cavabdeh ona təklif etmişdir ki, mirasdan onun xeyrinə imtina etsin, əvəzində isə anası ona 0.03 ha torpaq sahəsi verəcəkdir. 16.02.2015-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində anası Cavabdeh notarial qaydada ərizə vermişdir ki, ona 0.03. ha torpaq sahəsi verəcək, ərizəçi isə öz növbəsində atasından ona vərəsəlik qaydasında çatacaq paydan anasının xeyrinə imtina etdiyinə dair ərizə vermişdir. Lakin, anası bu günə kimi ona torpaq sahəsi verməmiş, bu gün də torpaq sahəsi verməkdən imtina edir. Buna görə də o, atasının mirasından anasının xeyrinə imtina barədə ərizəsini geri götürmək və vərəsəlik qaydasında ona çatacaq qanuni payı almaq üçün 09.06.2021-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Ancaq, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 müraciətini qəbul etməmiş və problemi məhkəmə qaydasında həll etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X11 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdehı mülkiyyətində torpaq sahəsi olmamışdır. İddiaçı notariusda ərizə verərək atasından qalan bütün əmlakların ona çatası hissəsindən anası cavabdeh Cavabdeh xeyrinə imtina etmişdir. Vərəsəlik açılmış, paylar müəyyən edilərək bölünmüşdür. İddiaçının tələbi əsassız və qanuna ziddir. Belə ki, qanuna müvafiq olaraq vərəsə 3 ay ərzində mirası qəbul edə bilər, habelə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı isə miras açıldıqdan sonra vaxtında notariat kontoruna müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı miras əmlakın qanunla müəyyən edilmiş müddətini də ötürmüşdür. Ötürülmüş müddətin bərpası üçün iddiaçı hər hansı bir əsaslı sübutu məhkəməyə təqdim edə bilmir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Abşeron rayonunda anadan olmuş, atası X4, anası X8r. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə İN-yi tərəfindən 22.12.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 18.12.2014-cü oldə Sumqayıt şəhərində Baş beynin ocaqlı travması səbəbindən vəfat etmişdir. Mülki iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun xüsusi notariusu X22 iştirakı etdiyi imzasının həqiqiliyini təsdiq etdiyi ərizədən görünür ki, o vərəsəliyi qəbul edəndən sonra oğlu İddiaçı 0.03 ha torpaq sahəsi verəcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 2611 nömrəli məktubuna əlavə edilmiş 23.06.2015-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 18.12.2014-cü ildə vəfat etmiş X9 vərəsəsi Cavabdeh miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 30.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan. **********93-10301 reyestr nömrəli, RX ******* Seriya nömrəli, 81 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışına Abşeron rayonu, Saray qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 81.9 kv.m, yaşayış sahəsi 69.6 kv.m, yardımçı sahəsi 12.3 kv.m olan 5 otaqlı, 1 mərtəbəli-A literindən, ümumi sahəsi 94.09. kv.m, yaşayış sahəsi 20.5 kv.m, yardımçı sahəsi 74.4 kv.m olan 1 otaqlı, 1 mərtəbəli- B Literindən və ümumi sahəsi 194.4 kv.m, yaşayış sahəsi 194.4 kv.m olan 6 otaqlı 1 mərtəbəli – literindən və paylı mülkiyyətdə olan 0.18 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Həmin məktuba əlavə edilmiş ərizələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11, X5, X6, X10, X14, İddiaçı 18.12.2014-cü ildə vəfat etmiş ataları – X9 vəfatından sonra miras qalmış əmlakdan ona çatası paydan anaları Cavabdeh xeyrinə imtina etmişlər. Gələcəkdə pay tələbinə dair iddiaları olmayacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evi paylı mülkiyyət hüququ X12 və Cavabdeh məxsusdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X12 və Cavabdeh məxsusdur. X19 18.12.2014-cü il tarixdə vəfat etmişdir. Həmçinin, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 23 iyun 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh X9 vərəsəsi olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0.18 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən tam irs almışdır. Bundan başqa, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh övladları X11, X5, X6, X10, X14, İddiaçı atasının vəfatından sonra miras qalmış əmlakdan onlara çatası paydan analarının xeyrinə imtina etmişlər, gələcəkdə pay tələbinə dair heç bir iddialarının olmayacağını bildirmişlər. Hazırda iddiaçı Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlikdə qanuni payın müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, atası X7 qalan mirasdan ona çatacaq qanuni payın müəyyən edilib, anası X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh tərəfindən yazılmış, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun xüsusi notariusu X22 iştirakı etdiyi imzasının həqiqiliyini təsdiq etdiyi ərizədən görünür ki, o vərəsəliyi qəbul edəndən sonra oğlu İddiaçı 0.03 ha torpaq sahəsi verəcəyinə söz versə də, ona hələ də əməl etməmişdir. Qeyd edilənlərdən göründüyü kimi İddiaçı miras əmlakdan anasının xeyrinə imtina etməsi və anasının ona 0.3 ha torpaq sahəsi verəcəyi barədə öhdəlik götürməsi barədə hər iki ərizə 16 feval 2015-ci il trixdə tərtib olunmuşdur. Hər iki ərizə ləğv edilməmiş və ya etibarsız hesab edilmədiyindən Habelə bununla bağlı hüquqi nəticələr ləğv edilmədiyindən məhkəmə hesab edir ki, atası X7 qalan mirasdan iddiaçıya çatacaq qanuni payın müəyyən edilib, anası X2 alınaraq ona verilməsi barədə iddia tələbi əsaslı hesab edilib təmin edilə bilməz. Mülki Məcəllənin 1261-ci maddəsinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı atası X7 qalan mirasdan ona çatacaq qanuni payın müəyyən edilib, anası X1 alınaraq ona verilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4676/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4676/2021
03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver