Məhkəmə qərarları › İş №2(105)-3528/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3528/2021

22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3528/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-2344/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-2344/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 2 saylı notariat kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia qimsən təmin edilib, X1ndan miras qalmış Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə (Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M.Hüseynzadə küçəsi 2 saylı evin 11 saylı mənzilinə) dair cavabdeh X8 Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən 08.01.2021-ci il tarixdə verilmiş 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 249 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydə alınmış ********** qeydiyyat nömrəli 29.01.2021-ci il tarixli çıxarış ləğv edilmiş, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə İddiaçı ¼ hissədə vərəsəlik payı müəyyən edilməsi, X1nun adına "xxxx" ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat pul vəsaitinə İddiaçı ¼ hissədə, yəni 114.51 manat vərəsəlik payı müəyyən edilmiş, X1nun adına "xxxx" ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə İddiaçı ¼ hissədə, yəni 309.23 manat vərəsəlik payı müəyyən edilmiş, X1nun adına "xxxx" ASC-nin Abşeron filialında rəsmiləşdirilmiş ******************** saylı və ******************** saylı kart hesablarına əsasən İddiaçı payının müəyyən edildiyi 114.51 manat və 309.23 manat olmaqla, cəmi 423.74 manat pul vəsaitinin cavabdeh X4 tutularaq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-2344/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili üzrə tam pay müəyyən edilmiş, Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-1 nömrəsi ilə qeydiyyata alınmış, 08.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş mülkiyyətdən çıxarışın ləğv edilməsi, İddiaçı miras əmlakı olan Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili üzrə ½ hissədə vərəsəlik hüququnun tanınması, ½ hissədə qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi, Cavabdeh1 Kapital Bank ASC-nin Abşeron filialında X1nun adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə tam pay müəyyən edilmiş, Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-82 nömrəsi ilə qeydiyyata alınmış, 15.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı X1nun adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə ½ hissəsinə vərəsəlik hüququnun tanınması və ½ hissədə qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi, Cavabdeh1 nağd şəkildə tərəfindən X1nun adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitini hesabdan nağd şəkildə götürdüyü cəmi 1695.01 manat pul vəsaitinin İddiaçı müəyyən edilmiş vərəsəlik payına mütənasib şəkildə nağd formada 847.50 manat pulun tutularaq İddiaçı ödədilməsi, İddiaçı miras əmlakı üzrə (Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzili və Kapital Bank ASC-nin Abşeron filialında X1nun adına rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə) müəyyən edilmiş payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1nun X12 ilə rəsmi nikahından dünyaya gəlmiş övladıdır. 02.08.2001- ci il tarixdə mərhum X13 ilə X1nun rəsmi nikahı ləğv edilmiş və övladı İddiaçı azyaşlı olduğu üçün anası X9 himayəsində saxlanılmışdır. Bütün bu illər ərzində X1 İddiaçı ilə xoş münasibətdə olmuş, mütəmadi onun qayğısına qalmışdır. X1 03.12.2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı atası X1nun ölümündən xəbərsiz olmuş və mərhumun ikinci həyat yoldaşı bu məsələni onun övladı İddiaçı gizlədərək mərhumun gizli şəkildə əmlakına və Kapital Bank ASC-də olan bank hesabındakı vəsaitinə sahib çıxmışdır. İddiaçı uzun müddət atası X1nun mobil nömrəsinə zənglərin daxil olmamasından və məhdudlaşmasından şübhələnərək, 2021-ci ilin yanvar ayında mərhum atası X3 ünvanına getmiş, lakin Cavabdeh1 tərəfindən mənzilin qapısı açılmayaraq atasının onunla daha ünsiyyət qurmaq istəmədiyinə dair yalan fikirlə onu mənzildən uzaqlaşdırmış və iddiaçının atasının ölümünə dair məlumatın ondan gizlədilməsinə nail olmuşdur. Daha sonra iddiaçı bu məsələdən şübhələnərək qonşuları və mərhum atası ilə ünsiyyətdə olan qohumlarına zəng edərək atası barədə məlumat almaq istədiyində ona atası X1nun 08.06.2020-ci il tarixdə xəstəlikdən vəfat etməsi məlumatı verilmişdir. Daha sonra İddiaçı atasının ölüm xəbərini ondan gizlədən Cavabdeh1 məqsədinin gizlin şəkildə qanunsuz olaraq atasından miras əmlakı olaraq qalmış Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 11 saylı mənzilinə və Kapital Bank ASC-nin Abşeron filialında mərhumun adından rəsmiləşdirilmiş ******************** saylı kart hesabında olan 458.06 manat və ******************** saylı kart hesabında olan 1236.95 manat pul vəsaitinə tək yiyələnmək olmasını öyrənmiş və bununla bağlı məhkəmədə mübahisələndirməsi üçün ona müraciət etmişdir. Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-1 nömrəsi ilə qeydə alınmış və vərəsə Cavabdeh1 xeyrinə qəbul edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Abşeron rayon 2 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-82 nömrəsi ilə qeydə alınmış və vərəsə Cavabdeh1 xeyrinə qəbul edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İ dərəcəli vərəsə sayılan mərhumun övladı İddiaçı miras əmlakı və bank hesabında olan pul vəsaitinə dair vərəsəlik payının müəyyən edilməsi mütləq və zəruridir. Eyni zamanda, cavabdeh etirazında mərhumun ölümü ilə bağlı iddiaçıya məlumat verildiyini qeyd etsə də, iddiaçının bundan məlumatı olmamışdır. Belə ki, iddiaçı atasının evinə dəfələrlə getmiş, lakin qapı açılmamış, nəticədə iddiaçının atası ilə görüşü baş tutmamışdır. Sonradan iddiaçı atasının vəfatını bildikdə bundan çox sarsıntı keçirmiş, bu səbəbdən də vərəsəlik işinin açılmasından gec məlumatlı olmuşdur. İddiaçı atasının vəfatından sonra onun evinə getmiş, lakin cavabdeh tərəfindən narazılıqla qarşılandığı üçün bu gedişləri azalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı 20 dekabr 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdeh X11 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə bildirmək istəyir ki, o, atasının ağır xəstə yatdığını, ölümcül vəziyyətdə olduğunu və sonradan vəfat etməsini öyrənməyi, miras əmlakına dair notariusa müraciət etməkdən və qəbul etməkdən sözdə imtina etmiş və iddia qaldırmaqla bağlı iddia müddətini ötürmüşdür. Hal-hazırda müəyyən səbəblərdən, yəni ədalətli olmaq və mərhum atasının indi verdiyi qərara da müsbət reaksiya verəcəyindən əmin olduğu, cavabdeh X7 tək, tənha (bugünədək övladının olmamasını) olmasını və onu bir ana kimi başa düşməyini nəzərə alaraq, cavabdehlər X10 və Abşeron rayon 2 saylı notariat kontoruna qarşı vərəsəlik iş üzrə mülki iddiasından imtina edir. Ərizənin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan təsdiq edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.5 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-2344/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı notariat kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar