Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2352/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Nabtəli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nabtəli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Nabtəli oğlunun ondan aldığı 750 (yeddi yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alaınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında həmkəndlisi Cavabdeh ona məxsus olan torpaq sahəsinə sənəd düzəltmək adı ilə Abşeron rayonu Hökməli qəsəbəsində onların evində həyat yoldaşı X1 iştirakı ilə onlardan 750 (yeddi yüz əlli) manat pul alınaraq bu günə qədər qaytarmamışdır. Bu barədə Abşeron rayon polis idarəsinə müraciət etsə də, cinayət işi başlanılmamış və cavab verilmişdir ki, mülki qaydada məhkəməyə müraciət edilsin. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh Nabtəli oğlu məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin (bundan sonra Mülki Prоsеssuаl Məcəllə adlandırılacaq) 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Mülki Prosessual Məcəllənin; 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Cavabdeh onların həmkəndlisi, həm də qonşusudur. Cavabdeh bağ sənədləri düzəltməklə məşğuldur. Onun atasından qalan bağ yeri vardır. Həmin ərazini sənədləşdirmək üçün cavabdehi çağırmışdırlar. O bildirmişdir ki, 750 manat pul müqabilində bağa qanuni sənəd alıb verəcəkdir. İddiaçı onun yanında 750 manatı cavabdehə vermişdir. 15 gündən sonra həyat yoldaşı cavabdeh ilə əlaqə saxlasa da, cavabdeh hər dəfə bir bəhanə ilə onu yola vermişdir. Onlar dəfələrlə polis orqanlarına rəsmi qaydada şikayətlər etsələr də, oradan məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən 13.07.2012-ci il tarixdə verilmiş AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-cı ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı Məlikov X8 rayonu, Hökməli qəsəbəsi, H.Aslanov küçəsi, ev 5, cavabdeh Abduləzimov X6 rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Abşeron rayon Polis İdarəsi tərəfindən X2 ünvanlanmış 03.02.2020-ci il tarixli məktubdan görünür ki, ona tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. -Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 02.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh Nabtəli oğlu göstərmişdir ki, o, həmkəndliləri X5 və onun əri İddiaçı Nüsrət oğlunu tanıyır. 2019-cu ilin noyabr ayının ortalarında həmin şəxslər onun yanına gələrək sənəd alınması üçün onlara köməklik etmələrini istəmişlər. O, da 750 manat pul alaraq aparıb vermiş, sənədin 14.02.2020-ci il tarixdə hazır olacağını bildirmişlər. İddiaçı ona zəng edərək imtina etdiklərini bildirmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh Nabtəli oğluna torpaq sahəsinə sənəd düzəltmək üçün 750 manat pul vermiş, lakin cavabdeh sənədi düzəltməmişdir. Bundan sonra iddiaçı cavabdehdən ondan aldığı 750 manat məbləğində pul qaytarmasını tələb etmiş, lakin cavabdeh hazırkı vaxta qədər ondan aldığı pulu qaytarmamışdır. İddiaçı bununla bağlı Abşeron rayon Polis İdarəsinə şikayət etsə də, oradan ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının izahatından, şahid ifadəsindən, iş materiallarında olan sənədlərdən iddiaçının iddia tələbi öz təsdiqini tapır. İddiaçının Cavabdeh Nabtəli oğluna torpaq sahəsinə sənəd düzəltmək məqsədi ilə 750 (yedi yüz əlli) manat pul verməsi iş materiallarında olan 02.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Belə ki, cavabdeh öz izahatında iddiaçının sənəd alınması məqsədi ilə ona 750 (yedi yüz əlli) manat pul verməsini etiraf etmiş ki, məhkəmə həmin sənədi sübut kimi qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunun qeyd edilən normalarını nəzərə alaraq və işdə olan sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar həqiqətə uyğundur və həmçinin də bu fakt iş materialları ilə təsdiq olunur və iddia tələbi sübutlara əsaslandığı üçün iddia tələbi təmin edilməlidir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin : 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını qiymətləndirərək və qanunun göstərişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh Nabtəli oğlundan 750 (yedi yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti alanaraq İddiaçı oğluna verilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nabtəli oğlundan 750 (yedi yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2352/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2352/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver