Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-237/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına keçirtdiyi və cavabdeh tərəfindən satılmış ünvan 4ində yerləşən, 0.10 ha torpaq sahəsində onun tərəfindən tikilmiş, mülkiyyətində olan 1 ədəd 7000 manatlıq avtomat darvaza, 2 ədəd 2000 manatlıq jalüz, 2 ədəd 1000 manatlıq darvaza, 400 kv.m-lik 6000 manatlıq üzlük aqlay daş (çatdırılma ilə birgə), kubu 300 manat olmaqla 20 kub taxta-6000 manat, biri 350 manat olmaqla 8 ədəd pəncərə-2800 manat, 1 ədəd su motoru və 1 ədəd hidrofor su pompası-300 manat, 6356 metr 16-lıq Rusiya istehsalı olan armatur-10 500 manat, 368 metr 20-lik Rusiya istehsalı armatur-700 manat, 70 kub 400 marka beton üçün 7 000 manat, 25 kamaz, hər maşında 1100 ədəd olmaqla 12500 manat dəyərində Bakı kubiki, 150 kamaz torpaq-7500 manat, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) 3200 manatlıq bişmiş kərpic olmaqla, qeyd olunan avadanlıq və tikinti materiallarının, tikintinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması) yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - yəni 69500 manatın, əlavə olaraq da tikintinin inşası üçün ustaya verilmiş 10000 manatın, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün ödədiyi 3000 manatın - cəmi 82500 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 23.10.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikahları 2011-ci ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində pozulmuş və bu barədə 19.04.2011-ci il tarixli, AZ-1124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh ilə rəsmi boşandıqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ünvan 4ində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin cavabdehə verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0,5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzilin ½ hissəsinə onun, həmin mənzilin digər ½ hissəsinin isə cavabdehin mülkiyyətinə verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin onun, digər ½ hissəsinin isə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması və tərəflərin hər birinə ½ hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, həmin işə apellyasiya instansiyasında baxılarkən o və cavabdeh yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədənkənar razılığa gəlmiş və bundan sonra cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən onlar 6-7 il birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Hətta cavabdehlə barışıb qeyri-rəsmi də olsa birgə yaşadıqları üçün onu 28 iyun 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə pasport qeydiyyatına saldırmışdır. Barışdıqdan sonra yenidən bir müddət birlikdə ailə kimi yaşayıb, təsərrüfatı birgə idarə edib, birgə yaşadıqdan sonra Cavabdeh təkrarən uşaqları da götürüb atasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzilə köçmüşdür. Bundan sonra da cavabdehlə yenidən ailəni bərpa etmək, barışıb birgə yaşamaqları mümkün olmamışdır. Ona görə o, min bir zəhmətlə əldə etdiyi əmlaklarını qaytarmaq üçün birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, sözügedən ünvan 4ində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsini cavabdeh onun razılığı olmadan X1. Halbuki, həmin torpaq sahəsi üzərində onun tərəfindən 2012-2014-cü illər ərzində, rəsmi boşandıqdan sonrakı dövrdə qeyri-yaşayış sahəsi tikilmişdir. Həmin alqı-satqı zamanı isə yalnız torpaq sahəsi satılmış, üzərindəki tikili isə satılmamışdır. Həmin torpaq sahəsi üzərindəki tikili ona məxsusdur, onun tərəfindən tikilmiş, onun mülkiyyətindədir, lakin torpaq sahəsi satılan zaman tikilinin aqibəti müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın üzərində tikilinin olmasına əhəmiyyət verilməmişdir. Həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi hələ də davam etməkdədir. Cavabdehlə onun arasında gedən məhkəmə mübahisələri zamanı cavabdeh də etiraf etmişdir ki, onlar boşandıqdan sonra qeyri-rəsmi olaraq 6-7 il birlikdə yaşamışlar. Halbuki, onlar boşanmamışdan əvvəl birgə nikah dövründə, 2008-ci ildə onun öz adına aldığı ünvan 2 ünvanında yerləşən 4 otaqlı evini rəsmi boşandıqdan sonra (boşanma 2011-ci ilin yanvar ayında olmuş, lakin 2011-ci ilin aprel ayında barışmışlar), lakin barışıb birlikdə yaşadıqları vaxt, yəni, 03 aprel 2012-ci il tarixdə satmış və həmin alqı-satqı zamanı cavabdehin razılığı olmuşdur. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışlar və mənzil də onun adına idi, yenə də birgə nikah dövründə əldə olunduğuna görə və cavabdehin mülkiyyət hüququ olduğu üçün cavabdehin mənzilin satılmasına razılığı alınmışdır. Lakin sözügedən ünvan 4ində yerləşən torpaq sahəsini cavabdeh onun razılığı olmadan satmış və onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan bir neçəsi, o cümlədən bələdiyyə qərarı ilə onun öz adına aldığı, ünvan 4ində yerləşən, 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavabdehin adına çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsini bələdiyyə qərarı ilə öz adına almışdır. Uzun müddətdən sonra çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ona torpaq sahəsi bələdiyyə qərarı ilə onun adınadırsa, çıxarışın ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də o, məcbur qalıb torpaq sahəsinə dair həmin vaxt keçmiş arvadıcavabdehin adına çıxarış almışdır. Onların nikahı 2011-ci ildə rəsmi qaydada pozulduqdan sonra həmin torpaq sahəsində 2012-2014-cü illər ərzində tikinti işləri aparmışdır. Belə ki, qeyd olunan torpaq sahəsindəki tikinti işlərini Əliyar Əliyev küçəsində yerləşən 4 otaqlı mənzilinin 2012-ci ildə satılmasından əldə olunmuş vəsaitin hesabına həyata keçirərək, torpaq sahəsini hasara aldırmış, 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Bu hal onunla da sübut olunur ki, 4 otaqlı mənzili satdığı dövrdə adına heç bir əmlak almamış, yalnız Fatmayı kəndində qeyri-yaşayış sahəsini tikmiş və həmin pulun hamısını qeyd olunan torpaq sahəsindəki tikiliyə xərcləmişdir. Həmin tikinti işlərinin aparılması üçün icazənin verilməsinə dair Abşeron Rayon İcra Hakimiyyətindən sərəncam almış, tikintinin layihəsini çəkdirib, icra hakimiyyətində təsdiqlətmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə almış, bütün bu sənədləşmələr üçün dövlət rüsumları ödəmiş, lakin həmin icazə sənədləri cavabdehdə qalmışdır. Qeyd olunan icazələrin alınması uzun zaman çəkdiyindən tikinti işləri 2012-2014-cü illəri əhatə etmişdir. Bundan başqa, kommunal xətlərin çəkilməsi üçün elektrik dirəkləri basdırmış, kanalizasiya və su xətləri quraşdırmış, qaz xətti çəkdirmiş, sayğac qoydurmuş, bütün bunlara ümumilikdə 3000 manat xərc çəkmişdir. Həmin torpaq sahəsi çökək olduğuna görə orada tikinti işlərinin aparılması üçün 150 kamaz torpaq tökdürmüş, texnika ilə (traktor) həmin torpağı yaydırmış, həmin sahəni düzləşdirəndən sonra 0,10 ha torpaq sahəsinin (20x50 metr) 3 bir tərəfi boyunca Bakı kubiki ilə 4 metr hündürlüyündə, arxa tərəfindən isə 8 metr hündürlüyündə hasar tikdirmişdir. Sahənin içərisində 3 mərtəbəli, 20x13-ə, yəni 780 kv.mdən ibarət qeyri-yaşayış sahəsi tikdirmiş, lakin ailədaxili münaqişələr yenidən başladığı üçün 3-cü mərtəbəni tikdirib başa çatdıra bilməmiş, yarım şəkildə, yəni, tamamlanmamış şəkildə saxlamışdır. Həmin qeyri-yaşayış sahəsinin 260 kv.m-dən ibarət olan bünövrəsinin qurulması üçün 1 metr dərinliyində, 60 sm enində, 20-lik armaturla 368 metr uzunluğunda ikiqat karkaz qurulmuş və 400 marka sementlə 16 kub beton tökülmüşdür. Həmin tikilinin 2-ci mərtəbəsinin tikilməsi üçün sütunlara (kolonlara) və pəncərə üstü palasalara 224 metr 16-lıq armatur qoyulmuş, 6 kub beton tökülmüşdür. 2-ci mərtəbənin tavanı 5200 metr 16lıq armaturla toxunmuş, ikiqat karkaz qurulmuş və 30 kub beton tökülmüşdür. 2-ci mərtəbədə 11 sütun üçün 132 metr 16-lıq armaturla karkaz qurulmuş və 6 kub beton tökülmüşdür. Tikilinin pilləkənlərinin salınması üçün 400 metr 16-lıq armaturla karkaz qurulmuş və 2 kub beton tökülmüşdür. Həmin torpaq sahəsində 24 tonluq, üstü bağlı hovuz inşa etdirmişdir. Həmin hovuzun tikintisi üçün torpaq sahəsi 2,60 metr hündürlüyündə qazılmış, 6x2,60 metr ölçüdə hovuzun inşası üçün 400 metr 16-lıq armaturla karkaz qurulmuş, 10 kub beton tökülmüşdür. Həmin hovuza su motoru qoyulmuş və hidrofor su pompası əlavə edilmişdir. Bundan başqa, torpaq sahəsində, hasara 7000 manatlıq pultla idarə edilən avtomat darvaza qoyulmuşdur. Tikilinin qarşı tərəfində hərəsi 500 manat olmaqla, 2 ədəd 1000 manatlıq darvaza, arxa tərəfində isə hərəsi 1000 manat olmaqla 2 ədəd 2000 manatlıq jalüz qoyulmuşdur. Həyətdə tikilinin fasadını üzləmək üçün 400 kv.m-lik üzlük aqlay daş tökdürmüşdür. Tikiliyə ümumilikdə 20 kub taxta istifadə olunmuş, 8 ədəd pəncərə qoyulmuşdur. Bütün tikilinin inşa edilməsi üçün hər kamazda 1100 ədəd kubik olmaqla, ümumilikdə 25 kamaz Bakı kubiki, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) bişmiş kərpic istifadə olunmuşdur. Bütün tikinti materialları həmin sahədə qalmaqdadır. O, yalnız torpaq sahəsini cavabdehin adına keçirtmişdir, üzərindəki tikilini isə boşandıqdan bir neçə il sonra tikmişdir. Cavabdeh də yalnız torpaq sahəsini onun məlumatı və razılığı olmadan satmış, həmin torpaq sahəsi üzərində yerləşən tikili və onun tərəfindən yığılmış tikinti materialları isə onun mülkiyyətindədir. Qeyd olunan tikinti materiallarının onun tərəfindən alınması və onun mülkiyyətində olmasını təsdiq edən sübutları vardır. Belə ki, həmin tikililəri inşa edən ustalar və həmin tikinti materiallarını aldığı satıcılar, onları həmin sahəyə gətirən kamaz sürücüsü şahiddir. Qeyd olunan avadanlıq və tikinti materialları onun mülkiyyətindədir və o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 10/4429 saylı rəyi ilə tanış olmuş və razıdır. Belə ki, o, həmin tikilinin inşa edilməsində çox əziyyətlər çəkmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ilə 23.10.1997-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan tərəflərin iki övladları anadan olmuşdur. Tərəflərin xarakterləri uyğun gəlmədiyindən cavabdeh 2010-cu ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsi ilə tərəflərin nikahı 2011-ci ildə pozulmuşdur. Cavabdeh ailə nikah münasibətləri pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaka hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin sonradan tərəflər ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşamağa başlamış, barışığa gəlmiş, nəticədə, Bakı Apellyasiya Məhkəməsinin 21.04.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. Cavabdeh birgə nikah dövründə əldə olunmuş ünvan 6ində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Lakin hazırda, iddiaçı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, onlar olmadığı təqdirdə isə dəyəri olaraq pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 27.08.2020-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş üçüncü şəxs X13 ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh adına keçirtdiyi və daha sonra onun tərəfindən satılmış ünvan 4ində 0,10 ha torpaq sahəsində yerləşən, onun tərəfindən tikilmiş mülkiyyətində olan tikinti materiallarının geri qaytarılması, yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin-cəmi 82500 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və eyni zamanda vəsatət ilə Cavabdeh mülkiyyətində olan əmlaklarının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsi iddiaçının vəsatətini təmin edərək 2(012)-2264/2020 saylı, 04.06.2020-ci il tarixli qərardadı ilə ünvan 4ində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların üzərinə həbs qoyulmuş və onun mülkiyyətində olan ünvan 4ində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər 3-cü şəxslərə qadağan edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli 03 oktyabr 2008-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4i, 0,10 ha sahəsi olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı 2010-cu ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə əmlak tələbinə dair müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-3383/2010 saylı, 01 dekabr 2010-cu il tarixli qərardad qəbul edilərək İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi qeyd olunan şərtlərlə məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 9 saylı evin, 2 saylı mənzilinin (sahəsi 42 kv.m), ünvan 4ində olan 0,10 ha torpaq sahəsinin, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 19/3 saylı binanın 9 saylı mənzilində 3 otaqlı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15 saylı evin, 13 saylı mənzilinin üzərində 2/3 hissə pay hüququ ilə Cavabdeh, 1/3 hissə pay hüququ ilə İddiaçı payının tanınmasına razı olmuşdur. İddiaçı bildirmişdir ki, bu müqavilənin 1-ci bəndində göstərilmiş birgə nikah dövründə əldə etdikləri əmlaka dair heç bir iddia tələbi olmayacaqdır. 21 aprel 2011-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2(103)-1522/2011 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 9 nömrəli evin 2 nömrəli mənzilinin və ünvan 4ində yerləşən 0,10 ha torpaq sahəsinin tam olaraq Cavabdeh mülkiyyətinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19/3 nömrəli evin, 9 nömrəli mənzilinin tam olaraq İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı razılaşmışlar. Abşeron Rayon Məhkəməsi 2019-cu ildə əmlak tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş şəxsin mülki işinin davamını görə-görə icraata yenidən qəbul etmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 08.01.2020-ci il tarixli, 2(103)-12955/2019 saylı qətnaməsini eyni əsaslarla məhkəməyə yenidən iddia tələbi irəli sürülmüş yolverilməzliyini nəzərə almamışdır. Faktiki qanuni qüvvəyə minmiş qətnamənin məzmununa görə keçmiş əmlakdan pay hüququna dair yenidən qiymət verilmiş və əmlakın yenidən bölünməsi hissəsindən iddiaçıya imtina cavabı verilərək, tələbi təmin edilməmişdir. İddia tələbini qəbul etməyərək bildirir ki, cavabdeh X14 ilə onun arasında müvafiq əmlakla bağlı mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh şəxsiyyət vəsiqəsinin surətindən və vətəndaşlıq vəziyyəti aktlarının müvafiq çıxarışından məlum olmuşdur ki, subay olmuş və ona satılmış əmlak rəsmi olaraq cavabdehin mülkiyyətində olmuş, ona görə də İddiaçı razılığı tələb olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 16 aprel 2019-cu il tarixli məktubunun surətindən görünür ki, ünvan 4i ərazisində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30 oktyabr 2008-ci il tarixdə **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmlakın alqı-satqı müqaviləsi imzalanan zaman digər bir şəxsin razılığının alınmasına zərurət olmamışdır. Bununla da qeyd etmək istəyir ki, o, vicdanlı alıcı qismində alqı-satqı yolu ilə əmlakı əldə etmişdir. Abşeron rayonu 1 nömrəli notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq olunmuş 22 dekabr 2018-ci il tarixli 4Ə-4138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən AN-İ seriyalı ******* nömrəli 22 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,1 ha torpaq sahəsini Cavabdeh ona 79000 manat qiymətə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 13 fevral 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4i, 0,10 ha sahəsi olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır; O, hər hansı bir hüquq pozuntusu törətməmiş, vicdanlı alıcı olaraq alqı-satqı müqaviləsi ilə 79000 manat pul vəsaitini verərək ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsini Cavabdeh almışdır. Eyni zamanda, mövcud tikili illərdir ki, onun mülkiyyətindədir. Bu baxımdan vicdanlı alıcı olmağını nəzərə alaraq iddia tələbinin ona aid olan hissəsində tam əsassız olduğundan rədd edilməsi ilə bağlı müvafiq qətnamənin çıxarılmasını və əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbləri əsaslı olduğu təqdirdə belə onun tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımdan iddia müddəti ötürülmüşdür. Ona görə də iddiaçının iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.07.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 23.10.1997-ci il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2011-ci il tarixli qətnaməsi ilə onun iddiaçı ilə bağladığı nikahı pozulmuşdur. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini onlar 2008-ci ildə birgə nikah dövründə əldə etsələr də torpaq sahəsinin üzərində yerləşən evi 2012-ci ildə o, atasının yardımı ilə özü inşa etdirmişdir. Boşanmadan sonra o, iddiaçıya qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28.12.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinə əsasən ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsinin ½ hissəsinin iddiaçının, ½ hissəsinin isə onun mülkiyyətində saxlanılaraq onlara verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsində barışıq sazişi bağlanıldığından mülki işin icraatına xitam verilmişdir. Barışıq əldə olunsa da iddiaçı ilə birgə təsərrüfat aparmamış, sadəcə olaraq 2011-ci ildən 2014-cü ilədək bir evdə yaşamışlar. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 22.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş Loğman Əliyev ifadəsində göstərmişdir ki, o, usta kimi İddiaçı məxsus ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsində üç mərtəbədən və bir mansartdan ibarət olan fərdi yaşayış evinin tikintisində iştirak etmişdir. Ondan öncə isə o, iddiaçıya məxsus Bakı şəhəri Nəsimi metrosu yaxınlığında yerləşən avtoyuma yerini də inşa etmiş, elə həmin vaxtdan iddiaçı ilə tanışlıq münasibətləri yaranmışdır. ünvan 6ində yerləşən torpaq sahəsindəki tikilini o, başqa ustalarla birlikdə inşa etmiş, daha doğrusu həmin ustalara o, rəhbərlik etmişdir. Həmçinin, tikilinin ikinci mərtəbəsi inşa edilmiş, lakin sonradan tikili yarımçıq qalmışdır. Ümumilikdə, inşa edilmiş tikilinin birinci mərtəbəsi torpaqdan iki metr dərinlikdə olmaqla bünövrəsi qoyulmuş, həmin tikiliyə çəkilən xərclər isə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının həyat yoldaşını isə tanımır. Təxmini tikintinin məbləği 70000-80000 manat civarında olardı, onlara isə 10000 manat əmək haqqının verilməsi nəzərdə tutulmuşdur. Tikinti işləri onlar tərəfindən 2012-ci il tarixindən başlanmış 2014-cü ilin iyun və ya iyul aylarında dayanmışdır. 22.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı məxsus ünvan 6ində yerləşən torpaq sahəsində üç mərtəbəli yaşayış sahəsinin inşa edilməsində iştirak etmişdir. O, usta Loğman Əliyev ilə birlikdə işləmiş, işləri Loğman Əliyev görmüş, o isə işçi kimi işləmişdir. Həmin tikinti onlar tərəfindən 2012-2014-cü il tarixlərində görülmüşdür. O, İddiaçı yaşayış evinin sahibi kimi tanımışdır. Tikinti işlərinin aparıldığı sahədə böyük su hövzəsi və böyük obyekt tikintisinə başlanılmışdır. O, evin ikinci mərtəbəsinə kimi həyata keçirilmiş tikinti işlərinin görülməsində fəhlə kimi iştirak etmişdir. Tikintilər beton konstruksiyalar ilə görülmüşdür. Görülən işlərin müqabilində əmək haqqını o, Loğman Əliyevdən almışdır. Loğman Əliyevə isə pulu tikintinin sahibi Rizvan vermişdir. 22.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, kamaz sürüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı ünvan 6ində inşa etdirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi çökək olduğundan o, həmin sahəyə 150 kamaz torpaq və mişar daşı daşımışdır. Ev üçüncü mərtəbəyə kimi tikilmiş, lakin sonradan tikinti işləri dayandırılmışdır. Həmin tikintinin sahibi kimi İddiaçı tanımışdır və ona əmək haqqını Rizvan vermişdir. O tikintidə 2012-2013-cü illərdə işləmişdir. Tikintidə İddiaçı başqa heç kimi görməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -23.10.1997-ci il tarixli Vİ-ЖГ № 316635 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 23.10.1997-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.04.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində istifadədə olan 0.05358 ha torpaq sahəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzili İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 65487 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19-05101-093009 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.10.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 69 saylı reyestr kitabının 135 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli 2(005)- 3383/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 4ində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınaraq ½ hissəsinin İddiaçı verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin Cavabdeh verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0.5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınaraq ½ hissəsinin İddiaçı verilməsi, həmin mənzilin digər ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin Cavabdeh verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin İddiaçı, digər ½ hissəsinin isə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və Cavabdeh və İddiaçı həmin ½ hissədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 21.04.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh iddiadan imtina barədə ərizəsi qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərarddadan daha sonra görünür ki, iddiaçı Cavabdeh ilə məhkəmədən kənar razılığa gələrək barışıq sazişi bağladıqları üçün iddiadan imtina etdiyini bildirmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinin ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. -ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsi 134 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2012-ci il tarixli 278 saylı arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadır. -Cavabdeh notarial qaydada təsdiq olunmuş 03.04.2012-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 9 saylı mənzilinin satılmasına etiraz etməmişdir. -Satıcı İddiaçı ilə alıcı X8 əvəzinə X10 arasında bağlanmış 03.04.2012-ci il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini alıcıya 58800 manata satmışdır. -03.04.2012-ci il tarixli ödəniş qəbzindən görünür ki, alıcı X10 mənzilin dəyərindən 58800 manat pul vəsaitini notarius X4 Bank Respublika ASC-də açılmış bank hesabına köçürmüşdür. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.11.2018-ci il tarixli AZ-İ № 301668 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı 19.04.2011-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 94 nömrəsi ilə qeyd edilmişdir. -Cavabdeh notarial qaydada təsdiq edilmiş 22.12.2018-ci il tarixli ərizəsindən görünür ki, o, heç bir vətəndaşla rəsmi nikahda olmadığını bildirərək gələcəkdə bununla bağlı iddia olacağı təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. -Satıcı Cavabdeh ilə alıcı X13 arasında bağlanmış 22.12.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 6ində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcıya 79000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı ilkin olaraq 51000 manat pul vəsaitini satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 28000 manat hissəsini isə 29.12.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. -X5 notarial qaydada təsdiq edilmiş 05.01.2019-cu il tarixli ərizəsindən görünür ki, o, 22.12.2018-ci il tarixdə Cavabdeh ilə bağladığı 4Ə-4138 reyestrdə qeyd edilmiş nisyə alqısatqı müqaviləsi üzrə 79000 manatı tam şəkildə ödəmiş və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. -Ödəniş qəbzlərindən görünür ki, alıcı X13 mənzilin dəyərindən 15.12.2018-ci il tarixdə 51000 manat, 29.12.2018-ci il tarixdə 12000 manat, 05.01.2019-cu il tarixdə 16000 manat pul vəsaitini notarius X6 MuğanBank ASC-də açılmış bank hesabına köçürmüşdür. -Mülki iş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildən görünür ki, həmin fotoşəkildə ünvan 6ində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yarımtikili şəklində birmərtəbəli yaşayış sahəsi inşa edilmişdir. Foto 25.07.2014-cü il tarixə aiddir. -İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, 19.05.2012-ci il tarixli qaiməyə əsasən Rizvan adlı alıcıya “armatur”, “kutinka”, “nəqliyyat”a görə cəmi 22925 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, 14.05.2013-cü il tarixli qaiməyə əsasən satıcı Savalan Rizvan adlı alıcıya “sement”, “əlcək”, “araba”, “məftil”, “mala”, “lapatka”, “ustaya tərəzi”, “təkərli araba”, “çəkic”, “mişar”, “Peç odun”, “peç turbası”, “lampa”, “vedrə”yə görə cəmi 756 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, 20.12.2013-cü il tarixli qaiməyə əsasən satıcı X30 adlı alıcıya “Dəmir varata”ya görə 3 x 350 ölçüyə görə 5300 manat, “mator qolu”na görə 2200 manat, “reşotka” 5 x 45 ölçüyə görə 225 manat, “dəmir qol” 3 x3.30 ölçüyə görə 3600 manat olmaqla cəmi 5525 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, 12.02.2014-cü il tarixli qaiməyə əsasən satıcı X29 adlı alıcıya “pəncərələr”ə görə cəmi 631 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, 03.09.2014-cü il tarixli qaiməyə əsasən satıcı Qismət Rizvan adlı alıcıya “saya kubiklər”ə görə cəmi 6500 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 10/4429 saylı rəyindən görünür ki, ünvan 4ində quraşdırma işləri aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4ində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manat müəyyən edilmişdir. Yerinə yetirilmiş tikinti işlərinin həcmi və nədən ibarət olması rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Rəydən daha sonra görünür ki, tədqiqat ünvan 4ində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş yarımçıq bina üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin binaya baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan bina faktiki olaraq iki mərtəbədən ibarətdir. 2-ci mərtəbədə tikinti-quraşdırma işləri tam başa çatmamış, yarımçıq vəziyyətdə saxlanılmışdır. Binanın yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hasara alınmışdır. Hasarın sağ və arxa tərəfində yerləşən hissəsi 40 sm, sol tərəfdəki hissəsi isə 20 sm qalınlığında hörülmüşdür. Sol tərəfdəki hasarın özül hissəsi (20x40sm) ölçüdə qazılaraq əhəng daşları ilə hörülmüş, sağ və arxa tərəflərdə (40x50sm) qazılaraq monolit dəmir betondan inşa edilmişdir. Ayrı-ayrı hissələrdə dəmir beton sütunlar və kəmər quraşdırılmışdır. Mübahisəli binanın uzunluğu 20,0 metr, eni 12,0 metr, mərtəbə hündürlüyü 3,0 metr təşkil edir. 1-ci mərtəbə 3 tikilidən və giriş hissədən, 2-ci mərtəbə 2 tikilidən ibarətdir. Binanın xarici divarları 1-ci mərtəbədə 40 sm, arakəsmə divar 20 sm qalınlığında mişarlanmış əhəng daşları ilə hörülmüşdür. Xarici divarlar boyunca, eləcə də tikililərin daxilində 13 ədəd dəmir beton sütunlar inşa edilmişdir. Divarlar daxili hissədən sement məhlulu ilə suvanmışdır. Küçə tərəfə açılan iki ədəd (1,8x2,5) metr ölçüdə qapı blokları və bir ədəd (3,1x3,7) metr ölçüdə darvaza metal konstruksiyalardan düzəldilmişdir. İki ədəd tikilinin həyətə tərəf baxan hissəsində (3,0x3,3) metr ölçüdə hərəkətli jalüz qapılar quraşdırılmışdır. Tikililərin döşəməsi beton məhlulu tökülərək hamarlanmışdır. Pəncərə blokları (1,5x0,8) metr ölçüdə plastik konstruksiyalardan (PVC) düzəldilmişdir. Mərtəbəarası örtük, həmçinin giriş hissənin örtük tavası monolit dəmir-betondan inşa edilmişdir. Binanın daxili hissəsində ölçüləri (3,4x3,4) metr olan tikilidə döşəməyə dikt vurulmuşdur. 2-ci mərtəbədə divarların qarşı hissəsi mişarlanmış əhəng daşları ilə, arxa, orta və yan divarlar isə kərpiclə hörülmüş, divarlar boyunca 13 ədəd monolit dəmir-beton sütunlar və kəmər inşa edilmişdir. Giriş hissədə qarşı divar boyunca mişarlanmış əhəng daşları ilə (16 metr) pilləkən marşı hörülmüş, üst hissəsi beton məhlulu ilə hamarlanmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 4ində yerləşən 0,10 ha torpaq sahəsində tikintiquraşdırma işləri aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, 2012-2014-cü illərdə mövcud olmuş tikinti materiallarının dəyəri barədə məlumat bazası olmadığından, tədqiq olunan binanın tikintisində istifadə edilmiş tikinti materiallarının dəyəri hal-hazırda mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Tədqiq olunan tikilinin inşa olunması üzrə yerinə yetirilmiş tikinti işlərinin dəyərini müəyyən etmək üçün, orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. -Asan1 tərəfindən verilmiş 29.04.2017-ci il tarixli AZE № 17152446 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 1A saylı evin 68 saylı mənzilində qeydiyyatdadır. -Nərimanov RPİ tərəfindən verilmiş 16.03.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmuş və həmin müddətdə cavabdeh rəsmi nikahda olmuşdur. -Asan5 tərəfindən verilmiş 03.10.2017-ci il tarixli AZE № 17173905 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzilində qeydiyyatda olmuş və həmin müddətdə cavabdeh rəsmi nikahda olmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 23.10.1997-ci il tarixdə nikaha daxil olmuş və birgə nikah dövründə tərəflər ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsini, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsində yerləşən 2 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzili əldə etmişlər. Tərəflər arasında münasibətlər pisləşdiyindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və bu barədə tərəflərə nikahın 19.04.2011-ci il tarixdə ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 24.11.2018-ci il tarixli AZ-İ № 301668 saylı şəhadətnamə verilmişdir. Tərəflər birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar barəsində sərəncam vermə hüquqlarını həyata keçirərək həmin əmlaklara dair alqı-satqı müqavilələri bağlamış, belə ki, 03.04.2012-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini alıcı X11 58800 manata satmış, 22.12.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə satıcı Cavabdeh ünvan 6ində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcı X7 79000 manata satmışdır. Hazırda, İddiaçı ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, tərəflərin birgə nikah dövründə əldə edilmiş, hazırda, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın hüquqi rejiminə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, ilkin olaraq müəyyən edilir ki, tərəflər 23.10.1997-ci il tarixdə nikaha daxil olmuş, 19.04.2011-ci il tarixdə onların nikah münasibətlərinə xitam verilmişdir. Tərəflər birgə nikah dövründə mübahisəli ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsini almış, həmin torpaq sahəsinə dair Cavabdeh adına tam mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.10.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 69 saylı reyestr kitabının 135 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Tərəflərin nikah münasibətləri pozulduğundan cavabdeh əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28.12.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu K.Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsi, həmçinin, ünvan 6i ərizisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Lakin tərəflər ailə nikah münasibətlərini bərpa etmək niyyəti ilə barışığa gəlmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.04.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadına əsasən Cavabdeh iddiadan imtinası qəbul edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsi ləğv edilmişdir. Tərəflərin nikah münasibətləri pozulduqdan sonra iddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini satmış və həmin mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışdır. Satıcı Cavabdeh ilə alıcı X13 arasında bağlanmış 22.12.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, satıcı mülkiyyətində saxlanılmış ünvan 6ində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini alıcıya 79000 manata satmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlandırılacaq) 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni zamanda “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hüquqi rejiminə qiymət verərək belə qənaətə gəlmişdir ki, sözügedən torpaq sahəsi tərəflərin nikah münasibətlərinin qüvvədə olduğu zaman kəsiyində alındığından tərəflərin birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməli, lakin həmin torpaq sahəsi üzərindəki tikili isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra inşa edildiyindən həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü tarixinə təsadüf etmir. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materialları, həmin materiallar olmadığı təqdirdə isə həmin materialların alınmasına, ustalara, həmçinin, rəsmi icazələrin alınması üçün ödənilmiş pul vəsaitinin yarı şəkildə deyil, məhz cavabdehdən tam şəkildə tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin: 87.1. maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, şahid ifadələrini paralel şəkildə nəzərdən keçirib, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirib belə qənaətə gəlir ki, ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilməmiş, həmin tikilinin inşasına sərf olunmuş tikinti materialları iddiaçının vəsaiti hesabına alınmış, tikilinin inşasını həyata keçirən ustaların əmək haqları iddiaçının vəsaiti hesabına ödənilmişdir ki, bütün bunlar da mülki iş materiallarına əlavə olunmuş qaimə-fakturalar və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının geri qaytarılması, onlar olmadığı təqdirdə isə həmin materialların alınmasına sərf olunmuş pul vəsaitinin dəyərinin müəyyən edilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı işin həqiqi hallarının müəyyən edilməsi məqsədilə tədqiq olunmuş şahid ifadələri, həmçinin, fotoşəkillər əsasında sözügedən fərdi yaşayış evinin tikintisi üçün gərəkli tikinti materiallarının iddiaçının maddi vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində həmin tikinti materiallarının tikilinin onun vəsaiti hesabına sökülərək qaytarılmasına dair iddia tələbinə məhkəmə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Lakin məhkəmə qeyd edir ki, müəyyən məbləğ qarşılığında inşa edilmiş tikilinin iddiaçının vəsaiti hesabına sökülməsi daha böyük miqdarda vəsait tələb edəcəyindən, nəticə etibarı ilə iddiaçı maddi itkiyə məruz qalacağından, həmçinin tikilinin inşasına sərf olunmuş tikinti materiallarının söküntü nəticəsində zərərə məruz qalacağı hallar nəzərə alınmaqla onların ilkin vəziyyətdə iddiaçıya təqdim edilməsinin mümkünsüzlüyü istina edilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində tikinti materiallarının alınmasına sərf olunmuş 69500 manat, ustalara əmək haqqı olaraq 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün isə 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, şahid ifadələri əsasında həmin tikilinin inşa edilmə tarixinin 2012-2014-cü illəri əhatə etdiyi öz təsdiqini tapmışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 10/4429 saylı rəyinə əsasən, ünvan 4ində quraşdırma işlərinin aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmiş, həmin fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manat müəyyən edilmişdir. Lakin ekspert rəyinə əsasən, 2012-2014-cü illərdə mövcud olmuş tikinti materiallarının dəyəri barədə məlumat bazası olmadığından, tədqiq olunan binanın tikintisində istifadə edilmiş tikinti materiallarının dəyəri hal-hazırda mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış, iddiaçı isə iddia tələbində sərf olunmuş tikinti materiallarının hazırki dövr üçün deyil, məhz həmin dövr üçün dəyərini hesablamaqla tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə ekspert rəyini paralel şəkildə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə irəli sürülmüş iddia tələbi həcmində qətnamə çıxardığından, irəli sürülmüş tələblər əsasında tikinti materiallarının dəyərinə görə 69500 manat, ustaya çəkilmiş xərclərə görə 10000 manat olmaqla cəmi 79500 manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib təmin edir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçının iddia tələbinin kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə xərclənmiş 3000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibət bildirib qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Məhkəmə üçüncü şəxs X5 İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair ərizəsinə münasibət bildirərək aşağdakıları qeyd edir: Belə ki, Mülki Məcəllənin: 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə daşınmaz əmlakla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, torpaq sahəsi isə satıcı Cavabdeh ilə alıcı X13 arasında bağlanmış 22.12.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə sonuncuya satılmışdır. Məhkəmə iddiaçının hüququnun pozulduğu tarixi torpaq sahəsinin satıldığı tarix olaraq, yəni 22.12.2018-ci il tarixi kimi nəzərdən keçirib ümumi iddia müddətini tətbiq etdikdə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Bu səbəbdən də üçüncü şəxs X5 iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir və ünvan 6i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 200 manat pul vəsaiti isə bərabər hissələrdə tərəflərin hər birinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. ünvan 6ində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov