Məhkəmə qərarları › İş №2(012)-2395/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2395/2024

07.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2395/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı X1 cavabdehlər X2 və 1 saylı notarius X4 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər X2 və 1 saylı notarius X4 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. İddiaçı iddia tələbində konstitusiyanın 41-ci maddəsinə əsasən mənəvi və maddi ziyanın məbləğinin təyin edilib ödənilməsi barədə qərar verilməsini, Cinayət işinin 320-ci maddəsinə əsasən X3 və 1 saylı notarius X5 məsuliyyəti üzrə cəzalandırılmasını, məhkəmə sorğusu ilə RPİ-nə sorğu göndərib, ərizələrinin mətni ilə tanış olub, zərərçəkmiş qismində olduğunu sübuta yetirəcək qərar qəbul edilməsini, illərdir ki, davam eyləyən qanunsuzluğa son qoyulmasını, məhkəmə sorğusu ilə Abşeron Rayon Polis İdarəsinə verdiyi ərizələrinə və 102 xidmətinə verdikləri məlumatları tələb edib maraqlanılmasını, nə kimi günlərə qaldıqlarını bilmələrini, üç bacı olduqlarını, üçünün də övladlarının və nəvələrinin olmasını, onlara köməyin gərək olmasını, onları bu bəladan qurtarmaqda kömək edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsinin başlanğıcında cavabdehin adı soyadı ata adı və ünvanını qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə kimi qeyd edilsin); 149.2.2. maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsini verərkən Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmiş və bununla da iddia ərizəsinin forma və məzmununa əməl etməmişdir. Eyni zamanda iddiaçının iddia tələbi aydın və hansı cavabdehlərə qarşı verilməsi göstərilməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, hesab edirəm ki, iddia ərizəsi qeyd olunan hissədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər X2 və 1 saylı notarius X4 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar