Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2396/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2247,17 manat əsas və 511,87 manat faiz borcu olmaqla, cəmi 2759,04 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 may 2019-cu il tarixli, 103804-694442\1 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28 % ödəmək şərti ilə 2600 manat məbləğində kredit limiti verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə 03 fevral 2021-ci il tarixinə İddiaçı ASC-yə 2247,17 manat əsas və 511,87 manat faiz borcu olmaqla, cəmi 2759,04 manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə bağlanmış 01 may 2019-cu il tarixli, 103804-694442\1 №-li kredit razılaşmasına əsasən ona illik faiz dərəcəsi 28 % olmaqla 48 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən o, müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Lakin həmin krediti aldıqdan bir müddət sonra maddi vəziyyəti pisləşdiyi üçün kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş və müqavilədə nəzərdə tutulan qaydada ödənişlər apara bilməmişdir. Buna görə də İddiaçı ASC tərəfindən ona qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia tələbi üzrə 01 may 2019-cu il tarixli, 103804-694442\1 №-li kredit müqaviləsinə əsasən yaranmış 2247,17 manat əsas və 511,87 manat faiz borcu olmaqla, cəmi 2759,04 manat məbləğində borcun ondan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 01 may 2019-cu il tarixli, 103804-694442\1 №-li kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə illik 28 % ödəmək şərtilə 2600 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli maliyyə arayışdan müəyyən edilir ki, Cavabdeh 01 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2247,17 manat əsas və 511,87 manat faiz borcu olmaqla, cəmi 2759,04 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2247,17 manat əsas və 511,87 manat faiz borcu olmaqla, cəmi 2759,04 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli, 103804- 694442\1 №-li kredit müqaviləsinə əsasən 2247,17 (iki min iki yüz qırx yeddi manat 17 qəpik) manat əsas və 511,87 (beş yüz on bir manat 87 qəpik) manat faiz borcu olmaqla, cəmi 2759,04 (iki min yeddi yüz əlli doqquz manat 04 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2396/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2396/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver