Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2401/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.12.2018-ci il tarixli 00426937 saylı müqaviləyə əsasən, 42 manat ödənilməmiş hissə, 12 manat dəbbə və 03.10.2019-cu il tarixli 00955938 saylı müqaviləyə əsasən, 2047 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2630 manat pul vəsaitinin Cavabdeh alınaraq ABC X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ABC Telecom MMC ilə 20.12.2018-ci il və 03.10.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********98892 Samsung Galaxy markalı Tablet, Samsung Microsd yaddaş kartı, İMEİ Kodu **********41781 olan Samsung Galaxy S10 markalı telefon almış və nəticədə 2600 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 manat (12 ay x -1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********98892 Samsung Galaxy markalı Tablet, Samsung Microsd yaddaş kartı üçün ümumilikdə, 54 manat olmaqla ondan, 42 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 03.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2310 manat (18 ay x 128 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********41781 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 2546 manat olmaqla ondan, 2047 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 713 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -AZE seriyalı ******** saylı 15.10.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və Maps arayışından görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Cavabdeh prospekti 58 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. -ABC Telecom MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 20.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 492 manat (12 ay x -1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********98892 Samsung Galaxy markalı Tablet, Samsung Microsd yaddaş kartı üçün ümumilikdə, 54 manat olmaqla ondan, 42 manat ödənilməmiş hissə, 12 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2310 manat (18 ay x 128 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********41781 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 2546 manat olmaqla ondan, 2047 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu hesablanmışdır. -Maliyyə arayışından daha sonra görünür ki, cavabdehin ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 12 manat, (0.41 manat x 30 gün), 2-ci müqavilə üzrə 499 manat, (1.28 manat x 390 gün) dəbbə hesablanmışdır. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 20.12.2018-ci il tarixli 00426937 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən X7 E SM-T561 telefon, Samsung Microsdhc almış, 25.01.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək hər ay 41 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 03.10.2019-cu il tarixli 00955938 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Samsung Galaxy S10 Dual almış, 11.11.2019-cu il tarixdən 11.04.2021-ci il tarixədək hər ay 128 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -19.03.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ABC Telecom MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. - Kommersiya qurumlarının Dövlət Reyestri haqqında Çıxarışın surətindən görünür ki, ABC Telecom MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qanuni təmsilçisi X2 olmaqla 11.10.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirmədiyindən 20.12.2018-ci il tarixli 00426937 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********98892 Samsung Galaxy markalı Tablet, Samsung Microsd yaddaş kartı üçün üçün 42 manat ödənilməmiş hissə, 12 manat dəbbə, 03.10.2019-cu il tarixli 00955938 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********41781 olan Samsung Galaxy S10 markalı telefon üçün 2047 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu olmaqla cəmi 2600 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 20.12.2018-ci il tarixli 00426937 saylı müqaviləyə əsasən 42 manat ödənilməmiş hissə üzrə hesablanmış 12 manat dəbbə pulunun azaldılaraq 5 manat, 03.10.2019-cu il tarixli 00955938 saylı müqaviləyə əsasən 2047 manat ödənilməmiş hissə üzrə hesablanmış 499 manat dəbbə pulunun azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 10.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20.12.2018-ci il tarixli 00426937 saylı müqaviləyə əsasən 42 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 03.10.2019-cu il tarixli 00955938 saylı müqaviləyə əsasən 2047 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2104 manat borc Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.12.2018-ci il tarixli 00426937 saylı müqaviləyə əsasən 42 (qırx iki) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 03.10.2019-cu il tarixli 00955938 saylı müqaviləyə əsasən 2047 (iki min qırx yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2104 (iki min yüz dörd) manat borc Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2401/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2401/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver