Məhkəmə qərarları › İş №2(012)-2402/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2402/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2402/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı kredit müqaviləsi üzrə 1280.42 manat əsas və 209.42 manat faiz olmaqla, ümumilikdə 1489,84 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutulması; Borcun cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi (Qolbaq- 1 ədəd, çəkisi-7,9 qr, əyarı- 750, Üzük- 1 ədəd, çəkisi- 3,4 qr, əyarı- 750, Klon- 1 ədəd, çəkisi-3,8 qr, əyarı-750, Sep- 1 ədəd, çəkisi- 1,1 qr, əyarı- 583, Qolbağ- 1 ədəd, çəkisi- 4,9 qr, əyarı- 583, Üzük (1 qaşı düşüb)- 4 ədəd, çəkisi- 18,5 qr, əyarı- 583, Cəmi: 39,6 qr); Bu əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi; Əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 1790 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərində düşən öhdəliyin icra edilməsindən qərəzli şəkildə yayınmışdır. Onun hazırki borcu həmin müqavilə üzrə 1280.42 manat əsas və 209.42 manat faiz olmaqla, ümumilikdə 1489,84 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus qızıl-zinyət əşyaları 03.02.2020-ci il tarixli, YSLMB-6046 müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinyət əşyaları (Qolbaq- 1 ədəd, çəkisi-7,9 qr, əyarı- 750, Üzük- 1 ədəd, çəkisi- 3,4 qr, əyarı- 750, Klon- 1 ədəd, çəkisi-3,8 qr, əyarı- 750, Sep- 1 ədəd, çəkisi- 1,1 qr, əyarı- 583, Qolbağ- 1 ədəd, çəkisi- 4,9 qr, əyarı- 583, Üzük (1 qaşı düşüb)- 4 ədəd, çəkisi- 18,5 qr, əyarı- 583, Cəmi: 39,6 qr) saxlanc girovunun qiymətləndirilməsinə əsasən banka saxlanca verilmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, maddi vəziyyətinə görə borcunu ödəyə ilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 1790 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən “girov qoyan” Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi hallarda “girov saxlayan” İddiaçı ASC girov qoyulmuş əşyaların dəyərindən təminat almaq hüququna malikdir. Mülki işin materiallarında olan “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” 03.02.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh girov qoyduğu qızıl-zinyət əşyalarının (Qolbaq- 1 ədəd, çəkisi-7,9 qr, əyarı- 750, Üzük- 1 ədəd, çəkisi- 3,4 qr, əyarı- 750, Klon- 1 ədəd, çəkisi-3,8 qr, əyarı-750, Sep- 1 ədəd, çəkisi- 1,1 qr, əyarı- 583, Qolbağ- 1 ədəd, çəkisi- 4,9 qr, əyarı- 583, Üzük (1 qaşı düşüb)- 4 ədəd, çəkisi- 18,5 qr, əyarı- 583, Cəmi: 39,6 qr) ümumi bazar dəyəri 2957,68 manat təşkil edir. Mülki işin materiallarında olan 03.02.2020-ci il tarixli razılıq ərizəsindən müəyyən edilir ki, Cavabdeh 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı kredit müqaviləsi üzrə ödənişlərində gecikmələr olarsa və ya kredit müqaviləsinin müddəti bitərsə banka gəlmədiyi halda saxlanc girovuna qoyduğu qızıl-zinyət əşyalarının bank tərəfindən satılmasına etirazı yoxdur. Mülki işin materiallarında olan 15.02.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 03.02.2020-ci il tarixli, YSLMB-6046 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15 fevral 2021-ci il tarixinə olan borcu 1280.42 manat əsas və 209.42 manat faiz olmaqla, ümumilikdə 1489,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1280.42 manat əsas və 209.42 manat faiz olmaqla, ümumilikdə 1489,84 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, borc cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməli (Qolbaq- 1 ədəd, çəkisi-7,9 qr, əyarı- 750, Üzük- 1 ədəd, çəkisi- 3,4 qr, əyarı- 750, Klon- 1 ədəd, çəkisi-3,8 qr, əyarı-750, Sep- 1 ədəd, çəkisi- 1,1 qr, əyarı- 583, Qolbağ- 1 ədəd, çəkisi- 4,9 qr, əyarı- 583, Üzük (1 qaşı düşüb)- 4 ədəd, çəkisi- 18,5 qr, əyarı- 583, Cəmi: 39,6 qr), bu əmlaklar açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “borc tələbinin digər əmlaka yönəldilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissə qətnamə icra olunan vaxt icra məmurunun səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1280.42 manat əsas və 209.42 manat faiz olmaqla, ümumilikdə 1489,84 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin (Qolbaq- 1 ədəd, çəkisi-7,9 qr, əyarı- 750, Üzük- 1 ədəd, çəkisi- 3,4 qr, əyarı- 750, Klon- 1 ədəd, çəkisi-3,8 qr, əyarı-750, Sep- 1 ədəd, çəkisi- 1,1 qr, əyarı- 583, Qolbağ- 1 ədəd, çəkisi- 4,9 qr, əyarı- 583, Üzük (1 qaşı düşüb)- 4 ədəd, çəkisi- 18,5 qr, əyarı- 583, Cəmi: 39,6 qr), bu əmlaklar açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar