Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2403/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, 09.05.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor üçün 1602 manat ödənilməmiş hissə, 323 manat dəbbə pulu, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu olmaqla, ümumi 3105 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 21.03.2019-cu il tarixli, 09.05.2019-cu il və 23.07.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon, Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor, İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon, və nəticədə 3105 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 21.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 780 manat olan İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 78 manat dəbbə olmaqla cəmi 348 manat borcu yaranmışdır. 09.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1992 manat olan Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor üçün 1602 manat ödənilməmiş hissə, 323 manat dəbbə pulu pulu olmaqla, cəmi 1925 manat borcu yaranmışdır. 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 manat olan İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu pulu olmaqla, cəmi 832 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 3105 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə hər 7 mal üçün cəmi 1028 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X1 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə prosesində iştirak edərək,iddianı qismən qəbul etdiyini bildirmişdir. İş materiallarında olan 21.03.2019-cu il tarixli, № 00574763 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.05.2019-cu il tarixli, №00653122 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizoru qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 23.07.2019-cu il tarixli, № 00800419 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 09.05.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor üçün 1602 manat ödənilməmiş hissə, 323 manat dəbbə pulu olmaqla, ümumilikdə 1925 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 23.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu olmaqla, ümumilikdə 832 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 21.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, ümumilikdə 348 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 21.03.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 78 manat dəbbənin məbləği azaldılmalı və 27 manat müəyyən edilməlidir. 09.05.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 323 manat dəbbənin məbləği azaldılmalı və 32 manat müəyyən edilməlidir. 23.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 192 manat dəbbənin məbləği azaldılmalı və 19 manat müəyyən edilməlidir.3 müqavilə üzrə ümumilikdə 78 manat dəbbə pulu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 21.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 09.05.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor üçün 1602 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu olmaqla, ümumilikdə 2590 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********87761 olan Samsung Galaxy markalı Tablet, İMEİ Kodu **********30207 olan X3 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 09.05.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Masa Verona, 2 ədəd VENETSİYA mebel, HOFFMANN LED televizor üçün 1602 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22517 olan Samsung Galaxy A50 markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu olmaqla, ümumilikdə 2590 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2403/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2403/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver