Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2410/2024 13.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2000 manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh1 atası ilə tanışdır. Bir gün Cavabdeh1 ondan maşını təmir etdirmək məqsədilə Cavabdeh2 üçün borca pul istəmiş, o da 2000 manat məbləğində pulu nağd olaraq Cavabdeh1 yanında digər Cavabdeh2 vermişdir. O, Cavabdeh2 və Cavabdeh1 səmimiliyinə inanaraq, onlara xx.xx.2023-cü il tarixində 2000 manat məbləğində borc vermiş, daha sonra o, müəyyən məbləğdə pulu Cavabdeh1 kart hesabına köçürmüşdür. Cavabdehlər almış olduqları pulu xx.xx.2023-cü il tarixində qaytaracaqlarına söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər borcu qaytarmamış, müxtəlif bəhanələrlə ona olan borcun ödənilməsindən imtina etmişdirlər. Məhz bu səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Bildiyi qədəri ilə cavabdehlər maşın biznesi ilə məşğuldurlar. Cavabdehlər qeyd edilən məbləğdə borcun 1000 manat məbləğində hissəsini ödəmişdirlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edərək izahatında bildirdi ki, müalicə üçün pul lazım olduğundan o, 04 iyun 2023-cü il tarixdə İddiaçı 1000 manat məbləğində borca pul götürmüş, lakin onunla iddiaçı arasında olan şifahi razılaşmaya əsasən iddiaçıdan borc alması barədə qeyddə 2000 manat borc aldığını yazmışdır. Cavabdeh1 borc müqaviləsi üzrə onun zamini olmuşdur. Qeyd edir ki, o, iddiaçıdan aldığı borc məbləğini faizi ilə birlikdə Cavabdeh1 qaytarmışdır. Belə ki, onunla iddiaçı arasında olan şifahi razılaşmaya görə o, faiz hesablanmaqla cəmi 1100 manat məbləğində pulu 1 ay sonra Cavabdeh1 qaytarmalı idi. Bildirdi ki, o, borcun qaytarması ilə bağlı əlavə çeklər təqdim edəcəkdir. Lakin növbəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edərək izahatında bildirdi ki, o, Cavabdeh2 ona borc üzrə ödədiyi 1100 manat məbləğində pulu tam olaraq İddiaçı məxsus bank kartına köçürmüşdür. Hazırda borcun 1000 manat məbləğində hissəsinin iddiaçının kartına köçürülməsini təsdiq edən qəbz vardır, lakin qalan 100 manat məbləğində pulun iddiaçıya ödənilməsi ilə bağlı çeki gətirməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borc pul müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 2000 manat götürmüş və borc məbləğini xx.xx.2023-cü il tarixdə İddiaçı qaytaracağına dair söz vermişdir. Bundan əlavə Cavabdeh2 borcu qaytaracağı halda yazdığı qəbzi geri alacağını qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi,İddiaçı ilə Cavabdeh2 arasında faktiki olaraq borc münasibətləri yaranmış, Cavabdeh2 İddiaçı aldığı 2000 manat pulu qaytarmaq öhdəliyi daşımış və qeyd olunan bu hal tərəflər arasında yazılmış qəbzlə tam təstiq olunur və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Cavabdehlər həmin pulun qaytarılmasını bildirsələr də,lakin məhkəmədə sübutların tədqiqatı zamanı bununla bağlı mötəbər sübutlar m üəyəyn edilməmiş,həmçinn cavabdehlərin göstərdikləri xüsusat işin faktiki halları ilə uyğunluq təşkil etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 2000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsində qeyd edir ki, bununla bağlı məhkəmə iclasında iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manat dövlət rüsumu Cavabdeh2 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2000 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2410/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2410/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver