Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2419/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 (Suleimanov Ragif) qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 11 iyul 2012-ci il təvəllüdlü X1 və 17 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(012)-5989/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin və eləcə də mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, X6 ilə 14 yanvar 2007-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 11 iyul 2012-ci il təvəllüdlü X5 və 17 mart 2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022ci il tarixli, 2(012)-5989/2022 saylı qətnaməsi ilə 14 yanvar 2007-ci ildə qeydə alınmış rəsmi nikaha xitam verilmiş, birgə nikahdan anadan olmuş 11 iyul 2012-ci il təvəllüdlü X1 və 17 mart 2014-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra ananın yanında saxlanması, həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödənilməsi qət edilmişdir. 11 iyul 2012-ci il təvəllüdlü X5 orta məktəbin 6-cı sinif şagirdi, 17 mart 2014-cü il təvəllüdlü X8 isə orta məktəbin 3-cü sinif şagirdidirlər. Özü işləmir və Bakı Musiqi Akademiyasında təhsil alır, 2-ci kurs tələbəsidir. O, bir ana kimi övladlarının ali təhsilli və sağlam böyüməsini arzu edir. Lakin maddi imkanı buna yol vermir, çünki onların tələbatları günü-gündən artır. Övladlarının yeyib-içmək, təhsil və digər xərclərini uşaqların istəklərinə uyğun ödəyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən azyaşlı övladları ilə birlikdə valideyninin himayəsində yaşamağa məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, alimentin artırılması onun maddi vəziyyətinə uyğun deyildir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5989/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Raqif Süleymanov arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayı-Bakı Nikah Evində bağlanmış 154 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, cavabdeh Raqif Süleymanovdan İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan AZ-İİİ 332583 və AZ-İİİ 420562 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Zeynəb və Əli adlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5989/2022 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay cəmi 386 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment X2 tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Bu nəticəyə gələrkən məhkəmə onu qeyd edir ki, heç bir yerdə işləməmək və maddi çətinliyin olması atanı öz uşaqlarını minimum səviyyədə saxlamaq öhdəliyindən azad etmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5989/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X2 (Suleimanov Ragifdən) İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh X2 (Suleimanov Ragifdən) tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul cavabdeh X2 (Suleimanov Ragifdən) İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2419/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2419/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver