Məhkəmə qərarları › İş №2(012)-2422/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2422/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2422/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq tərəflərin birgə nikahından olan 27 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nadirli X3 Zaur Mürşüd oğlu ilə 11 yanvar 2014-cü tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 27 noyabr 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1131/2018 saylı qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan olan 27 noyabr 2014-cü il təvəllüdlü X2 İddiaçı yanında qalması və Cavabdeh 27 noyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay 155 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Sonradan alimentin artırılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)- 624/2020 saylı qətnaməsi ilə həmin Məhkəmənin 22 fevral 2018-ci il tarixli, 2(012)- 1131/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 27 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün uşağa ayda 170 manat aliment kifayət etmir. Buna görə də həmin məbləğ məhkəmə qaydasında artırılmalıdır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)-624/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, həmin Məhkəmənin 22 fevral 2018-ci il tarixli, 2(012)-1131/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 27 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan AZ-İİİ 445538 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 27 noyabr 2014-cü il təvəllüdlü X4 adlı uşaq doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş İslam adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə İslam adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)-624/2020 saylı qətnaməsinə əsasən 27 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)-624/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 27 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar