Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2435/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngila şəhərciyi 9 saylı binanın 38 nömrəli mənzilinə dair 16 avqust 2013-cü il tarixli “9-38” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilsin və cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5 və Cavabdeh2 9-38 nömrəli mənzildən çıxarılsın və ”9-38” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı bildirirlər ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 16 avqust 2013-cü il tarixli “9-38” nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən, Cəbrayıl rayonundan məcburi köçkünlər Cavabdeh4, Cavabdeh1, X5 və Quliyeva X6 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhəciyində 9 saylı binada 38 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh2 38 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 38 nömrəli mənzilə dair abonentin sayğac göstəriciləri və aktlar əlavə ounur). "xxxx" ASC-nin, "xxxx" ASC və “Azərsu" ASC-nin abonent kartlarından görünür cavabdehlər mənzildən istifadə etməmiş və mənzildə yaşayış yoxdur. Sahə rəisi tərəfindən Cavabdeh4 və ailə üzvlərinə 38 nömrəli mənzildə yaşamadığları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona qarşı olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddianı qəbul etdiyini, iddiaya etirazının olmadığını və baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona qarşı olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddianı qəbul etdiyini, iddiaya etirazının olmadığını və baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona qarşı olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddianı qəbul etdiyini, iddiaya etirazının olmadığını və baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona qarşı olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddianı qəbul etdiyini, iddiaya etirazının olmadığını və baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 9- 38 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 9 saylı evin 3 otaqlı 38 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyrimümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. -ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin bina 9, mənzil 38, 3 otaqdan ibarət mənzildə uzun müddət yaşamadığı üçün sözügedən mənzilin digər qaçqın və məcburi köçkün ailəsinə təhvil verilməsi üçün 10 gün müddətinə boşaldılmasının təmin edilməsi xahiş olunmuşdur. -Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi Etibar Nəcəfov, Zəngilan R.P.Ş-nin sahə rəisi Əhmədov Nicat, mühəndis Abdullayev Əhməd, sahə nəzarətçisi Bəxtiyar Müşviq, sahə nəzarətçisi Rüstəmov Rüstəm tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Kirayəyəverən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müvəqqəti yaşamaq üçün verdiyi bina 9 mənzil 38 ünvanında qeydiyyatda olan Cavabdeh4 və onun ailə üzvləri yaşayış olub olmaması ilə bağlı növbəti baxış keçirilən zaman bildiriş asılmasına rağmən həmin mənzildə yaşayış olmaması müəyyən olunmuşdur. -Abunə kodu **********13329 saylı Cavabdeh4 adına olan abunə haqqında saldodan görünür ki, abunə barəsində yekun olaraq elektrik enerjisindən istifadəyə görə 9.27 manat borc hesablanmışdır. -"xxxx" ASC-nin ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh4 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh4 istilik borcu 75.22 manat, isti su borcu isə 241.78 manatdır. -Abonent kartından görünür ki, abonent kodu **********380 olan, ünvan 2 ünvanına xx.xx.2014-cü il tarixli, 28496743 saylı müqavilə əsasında xx.xx.2014-cü il tarixdə SSS-15 markalı, ******* nömrəli, 110562 plomb nömrəli sayğac quraşdırılmış və 54 manat borc hesablanmışdır. -Abonent kodu **********00380 saylı Cavabdeh4 adına olan GASREP-dən görünür ki, abonentin 2014-cü ildən 2016-cı ilə kimi cəmi 461 manat ödəniş etmişdir. -Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş AZ-İ № 032362 saylı Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci ildə Cəbrayıl rayonunda doğulmuş X1 adı “Göyçək”dən “Mehira”ya dəyişdirilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin vətəndaş barədə məlumatından görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh4, X5, Cavabdeh2 və Quliyev X7 rayonu, Masazır qəsəbəsi, bina 9, mənzil 38-də qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh4 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı xx.xx.2013-cü il tarixli 9-38 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu Masazır qəsəbəsi 9 saylı evin 3 otaqlı 38 saylı mənzilini cavabdehə ailə üzvləri ilə birlikdə, yəni digər cavabdehlər – qızı Quliyeva Göyçək (indiki adı Mehira) Ənvər qızına, qızı Cavabdeh2 və oğlu Cavabdeh1 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş cavabdehlərin göstərilən ünvanda daimi olaraq müəyyən olunmuş 3 aydan artıq müddətdə yaşamadığı səbəbindən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehlərin Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 9 saylı evin 38 saylı mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlər Cəbrayıl rayonundan məcburi köçkün statusuna malikdirlər və Cavabdeh4 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı xx.xx.2013-cü il tarixli 9-38 saylı saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 9 saylı evin 3 otaqlı 38 saylı mənzili dövlət mənzil fonduna aid edilməklə, cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli № 65 saylı Qərarının: 1.2. bəndinə əsasən, bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.4. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. 3.1. bəndinə əsasən, məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.7. bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 9 saylı evin 38 saylı mənzili cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, cavabdehlər isə mənzildən təyinatına görə istifadə etmək, həmçinin, mənzili müqavilə ilə müəyyən edilmiş müddətdən artıq tərk etməmək öhdəliyini öz üzərilərinə götürmüşlər. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbində cavabdehlərdən biri olaraq X5 qeyd edilsə də, X1 xx.xx.2022-ci il tarixində Göyçək adını Mehiraya dəyişdirərək Cavabdeh3 olmuşdur. Buna görə də iddia ərizəsində cavabdehlərdən biri olan X1 Cavabdeh3 kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3. kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunun tələblərindən göründüyü kimi, xüsusi təyinatlı kirayə müqaviləsinin kirayəyə verən tərəfindən məhkəmə qaydasında ləğv edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də müqavilədən də göründüyü kimi, cavabdehlərin 3 aydan artıq müddətdə müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzildə daimi olaraq yaşamamasıdır. İddia tələbindən də görünür ki, iddiaçı qeyd olunan normanı əsas götürərək, yəni cavabdehlərin daimi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 9 saylı evin 38 saylı mənzilində daimi olaraq yaşamaması səbəbindən cavabdehlə bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Cavabdehlər isə məhkəməyə ərizə təqdim etməklə iddianı etiraf edərək qəbul etdiklərini bildirmşlər. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlar, və cavabdehlərin etirafı əsasında iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Quliyeva Göyçək (indiki adı Mehira) Ənvər qızının və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi 9 saylı binanın 38 nömrəli mənzilinə dair 16 avqust 2013-cü il tarixli “9-38” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilməli və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9-38 nömrəli mənzildən çıxarılmalı və ”9-38” nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Quliyeva Göyçək (indiki adı Mehira) Ənvər qızının və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 9 saylı binanın 38 nömrəli mənzilinə dair 16 avqust 2013-cü il tarixli “9-38” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilsin və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Quliyeva Göyçək (indiki adı Mehira) Ənvər qızı və Cavabdeh2 9-38 nömrəli mənzildən çıxarılsın və ”9-38” nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2435/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2435/2024
12.06.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver