Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2456/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4150 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi təqdim edilərkən ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, fərdi sahibkar olaraq VÖEN əsasında rəsmi qaydada fəaliyyət göstərir. Bu fəaliyyəti ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda işləyən Cavabdeh onun biznes fəaliyyətindən 4150 manat pul mənimsəmişdir. Əvvəllər bu barədə o, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etsə də, həmin PŞ-nin təhqiqatçısı, polis mayoru X4 xx xxxxxxxx 2019-cu il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə onun müraciətində cinayət tərkibinin yaranmadığı, sözügedən məsələnin mülki mübahisə olduğu və onun aidiyyəti üzrə məhkəməyə müraciət etməyi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh etiraf etmişdir ki, Cavabdeh təxminən iki il yarımdır ki, onu tanıyır. Əvvəllər ünvan 2 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, daha sonra isə Nərimanov rayonu, N.Hacıyev 35 ünvanında yerləşən “Face Studio” gözəllik salonuna gəlmiş və orada da inzibatçı kimi çalışmışdır. Bu vaxtlarda guya Cavabdeh ondan anası xəstə olduğu üçün ümumilikdə 7500 manata yaxın pul almış, müəyyən qismini ödəmiş və 4150 manat borcu qalmışdır. Halbuki cavabdeh pulu borca almamış, əksinə kassadan oğurluq etmişdir. Lakin bu məsələlər təhqiqat, araşdırma zamanı sübuta yetirilə bilmədiyi üçün cinayət məsuliyyəti yaratmamışdır. Dəfələrlə o, Cavabdeh pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Odur ki, o, hazırki vaxtadək həmin pulu geri ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X3 iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Samir İslamovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni məhəllədə qeydiyyatda olmaqla yaşayır. Təxminən iki il yarımdır ki, İddiaçı tanıyır, belə ki, əvvəlcə İddiaçı Xətai rayonu, A.Cəlilov küçəsi, 16 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, əmək müqaviləsi olmuş, rəsmi olaraq 178 manat yazılmasma baxmayaraq o, 750 manat məvacib almışdır. Orada işlədiyi müddət ərzində anasında xəstəlik olduğundan müdir olan Rüfətdən xahiş etmişdir ki, ona pul yardımı etsin. 2019-cu ilin iyun ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi, 35 ünvanında yerləşən “Face studio”ya gəlmiş və orada da inzibatçı kimi işləmişdir. Əvvəl qeyd etdiyi kimi onun maddi vəziyyəti yaxşı olmadığından təklif etmişdir ki, nə vaxt lazım olsa köməklik göstərə bilər. O, İddiaçı müxtəlif vaxtlarda ümumi 7500 manata yaxın pul almışdır. Həmin puldan hər dəfə məvacibindən 300 manat pul tutulmaqla ödənişlər etmişdir. Bugünkü günə isə Rüfətə 4150 manat pul borcludur. O, İddiaçı dəfələrlə təklif etmişdir ki, pulunu hissə-hissə ödəyəcək. Lakin İddiaçı buna razı olmamış, pulun hamısını birdən tələb etmişdir. Üstəlik onu işdən də azad etmişdir. Məhkəmə İddiaçı, onun vəkili və nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Samir İslamovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, izahatı alınmış Cavabdeh həqiqətən də İddiaçı 4150 manat pul borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, Cavabdeh 4150manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4150 (dörd min yüz əlli) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2456/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2456/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver