Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2459/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı qızının Cavabdeh oğluna qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinə İddiaçı Cavabdeh oğluna qarşı borc məbləğinin qaytarılması tələbi barədə iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 30.03.2021-ci il tarixli Kredit müqaviləsinin 7-ci bəndinə görə borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Göründüyü kimi, müqavilədə tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıqla həlli edilməsi nəzərdə tutulsa da, iddiaçı tərəf müsbahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı iddia ərizəsinə hər hansı bir sənəd əlavə etməmişdir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsi pretenziya qaydaların əməl edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, iddiaçıya göstərilən nöqsan aradan qaldırılması üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalı, icra qeydi verilməsi üçün müvafiq notariusa müraciət etməsi ona izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh oğluna qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, icra qeydi verilməsi üçün müvafiq notariusa müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2459/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2459/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver