Məhkəmə qərarları › İş №2(012)-2460/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2460/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2460/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 1201,02 manat əsas borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 10.09.2021-ci il tarixli HO0000760-2021 nömrəli kredit müqaviləsinin 9.1-ci bəndi ilə həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıqla həll edilməsi, qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin məhkəmə qaydasında həll edilməsi müəyyən edilir. MPM-nin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar