Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2461/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə qaytarılması, layihədə nəzərdə tutulmayan əlavələrin ləğv edilməsi və zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə qaytarılması, layihədə nəzərdə tutulmayan əlavələrin ləğv edilməsi və zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə qaytarılması, 1.7x2.2 m və 1.8x2.1 m ölçülərdə 2 ədəd dəmir materialdan olan qapının və 0.5x1 m ölçüdə 2 ədəd plastik materialdan olan nəfəsliyin layihədə nəzərdə tutulmadığı üçün ləğv edilməsi və zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 22 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı və cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 gəlmişlər. Məhkəmə baxış iclasında cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(012)-2461/2021 saylı mülki iş üzrə iddiaçı pretenziya qaydalarına əməl etmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə baxış iclasında İddiaçı cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X1 ərizəsinə əsasən mülki işin baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə qaytarılması, layihədə nəzərdə tutulmayan əlavələrin ləğv edilməsi və zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə qaytarılması, layihədə nəzərdə tutulmayan əlavələrin ləğv edilməsi və zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2461/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2461/2021
22.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver