Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-254/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Bakı Mühəndislik Universitetinin nümayəndəsi X1, Cavabdeh vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bakı Mühəndislik Universitetinin Cavabdeh qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi “dövlət əmlakına müdaxilənin qarşısının alınması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 dekabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Mühəndislik Universiteti Cavabdeh qarşı “dövlət əmlakına müdaxilənin qarşısının alınması və sair” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Mühəndislik Universitetinin balansına verilmiş dövlət əmlakına müdaxiləsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, cavabdehin hesabına qanunsuz olaraq həyata keçirilmiş tikilinin sökülməsi, müəssisəyə məxsus hasarın əvvəlki yerinə və vəziyyətinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış publik hüquqi şəxsi statusuna malik ali təhsil müəssisəsidir. Universitet Xırdalan şəhəri, Həsən Əliyev küçəsi - 120 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi sahibliyində olan dövlət mülkiyyətinə aid 20 hektarlıq ərazidə fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixində Bakı Mühəndislik Universitetinin ərazisinin Xırdalan şəhəri tərəfdən qonşuluğunda yerləşən torpaq sahələrindən birinin sahibi Cavabdeh tərəfindən universitetə məxsus hasarın 2 (iki) istiqamətdə özbaşına dağıdılması və universitetin ərazisinə daxil olmaqla tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə məlumat verilmiş, həmçinin xx.xx.2020-ci il tarixli, 03/3176 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə, 03/3177 nömrəli məktubla isə Abşeron Rayon Polis İdarəsinə məlumat verilərək müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 5/X/1890 nömrəli cavab məktubunda İcra hakimiyyəti nümayəndələri tərəfindən sözügedən əraziyə baxış keçirildiyi və həmin baxış zamanı vətəndaş Cavabdeh mülkiyyətində olan torpaq sahəsində qanunsuz fərdi yaşayış evlərinin tikintisinin həyata keçirildiyi, üstəlik tikinti həyata keçirilən ərazidə universitetə məxsus hasara müdaxilə edilərək hasarın bir hissəsinin söküldüyü təsbit edilmişdir. İcra hakimiyyətinin də müəyyən etdiyi kimi, özbaşına dağıdılan universitetə məxsus hasarın yerində tikintinin arxa divarı yer almışdır. Hal-hazırda sökülən hasarın yerinə tikinti boyu tikilinin arxa divarı yerləşir. Bu isə, öz növbəsində tikintidə təhlükəsizliklə bağlı normativlərin tələbinin kobud şəkildə pozulması faktıdır. Tikili ilə müəssisənin hasarı arasında normativ aktların tələbinə uyğun olaraq saxlanılmalı olan məsafə saxlanılmamış, əksinə hasarın da yerinə müdaxilə edilməklə birbaşa tikilinin arxa divarı hörülmüşdür. Bu isə kobud şəkildə Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmuşdur. Ancaq yuxarıda da qeyd edildiyi kimi cavabdeh nəinki hasarla ara məsafəsini gözləmiş, hətta hasarı ləğv edərək qismən də qonşu əraziyə müdaxilə etməklə tikinti həyata keçirmişdir. Sözügedən məktubda həmin ərazidə özünü Cavabdeh nümayəndəsi olaraq təqdim edən şəxslərə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edildiyi bildirilir. Ancaq həmin ərazidə heç vaxt tikinti işləri dayandırılmamış, mütəmadi olaraq tikinti işləri davam etdirilmişdir. Həmçinin, məktubda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edildiyi göstərilmişdir. Lakin, təəssüflə qeyd edir ki, bu günə kimi heç bir lazımi tədbirlər görülməmiş, əraziyə heç bir baxış keçirilməmişdir. Tikinti-Quraşdırma işlərini həyata keçirmək məqsədi ilə müvafiq sənədləri olmadan (qanunsuz tikinti işləri) dövlətə məxsus mülkiyyətə özbaşına müdaxilə edilməklə Cavabdeh tərəfində yol verilən pozuntunun aradan qaldırılması istiqamətində bu günə qədər heç bir tədbir görülmür. Həmçinin, dövlətə məxsus olan torpaq sahəsinə qarşı mülkiyyət hüququnu pozan belə bir qanunsuz müdaxilənin həyata keçirilməsi Dövlət əmlakının qorunub saxlanılması və səmərəliliyinin artırılması ilə bağlı normativ hüquqi aktların tələblərini də kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, plan sxemdə qeyd olunan torpaq sahəsi Bakı Mühəndislik Universitetinin deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülkiyyətində olduğu görünür. Bir neçə dəfə mütəxəssis gəlib baxmışdır. Hər dəfə fərqli rəy tərtib olunmuşdur. Bir neçə santimetr məsələsinə görə cavabdehə məxsus fərdi yaşayış evinin sökülməsi düzgün olmazdı. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində mübahisə irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X3 bildirdi ki, mütəxəsiss rəyində müdaxilə olunan torpaq sahəsi dedikdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsinı müdaxilə nəzərə tutulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin Publik Hüquqi şəxs tərəfindən Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində universitetin ərazisinin Xırdalan şəhəri tərəfdən qonşuluğunda yerləşən torpaq sahələrindən birinin sahibi tərəfindən universitetə məxsus hasarın 2 (iki) istiqamətdə özbaşına dağıdılması və universitetin ərazisinə də daxil olmaqla tikinti işlərinin aparılması aşkar olunmuşdur. Məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə məlumat verilmiş, təxminən 16:00 radələrində özünü əməliyyat müvəkkili kimi təqdim edən bir nəfərlə polis əməkdaşı hadisə yerinə baxış keçirmiş, lakin heç bir tədbir görülməmiş, tərəflərdən heç bir yazılı izahat alınmamış, qarşı tərəf şifahi qaydada şikayətimizin haqlı olduğunu ifadə etməsinə baxmayaraq heç bir akt tərtib edilməmişdir. Şifahi qaydada işin dayandırıldığını bildirsələr də, bu gün səhər saatlarından yenə həmin ərazidə tikinti işləri eyni qaydada davam etdirilir. Əraziyə baxış keçirilən zaman özünü tikintinin icraçısı kimi təqdim edən şəxs, tikinti üçün icra hakimiyyətindən və digər aidiyyatı strukturlardan lazımi icazələrinin olmasını bildirmiş, müvafiq sənədlər tələb edildikdə yanında olmadığını qeyd edərək tikintinin aparılmasına dair hər hansı bir sənəd təqdim etməkdən imtina etmişdir. Qeyd etmək istəyirik ki, tikinti aparmaq üçün müvafiq sənədləri olsa belə heç kim başqasının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması hesabına belə hərəkətlərə yol verə bilməməlidir. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin kobud şəkildə və özbaşına pozmaqla müşayiət olunan pozuntu halının aradan qaldırılması, ərazidə aparılan tikinti işlərinin dayandırılması və müvafiq araşdırmaların aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə göstəriş verməyi xahiş etmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Bakı Mühəndislik Universitetinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, rayon icra Hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, **********18 reyestr nömrəli çıxarışla vətəndaş Cavabdeh mülkiyyətində olan Xırdalan şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsində qanunsuz fərdi yaşayış evlərinin tikintisi həyata keçirilir və tikinti həyata keçirilən ərazidə universitetə məxsus hasara müdaxilə olunaraq hasarın bir hissəsi sökülmüşdür. Həmin ərazidə özünü vətəndaş Cavabdeh nümayəndəsi kimi təqdim edən şəxslərə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinin tələblərinə və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə _ minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il, 695 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müvafiq tədbirlər görülməsi RİH tərəfindən müraciət olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin ərazisinin yerləşdiyi torpaq sahəsində başqa şəxs tərəfindən 11 kv.m. müdaxilə edilərək fərdi yaşayış evi inşa edlmişdir. Bundan başqa, Abşeron rayonu Xırdalan şəhəri ərazisində Cavabdeh mülkiyyətində olan 19.05. 2021-ci il tarixli, **********26 reyestr nömrəli qeydiyyata alınmış torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 308 01012505-12101 reyestr nömrəsi ilə qeydə alınmış əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmə halı aşkarlanmamışdır. Cavabdeh ümumitikintialtı sahəsinin 11 kv.m.-i 308 01012505-12101 reyestr nömrəsi ilə qeydə alınmış əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsi üzərində ümumi sahəsi 12714.7 kv.m olan Əmlak kompleksi kimi müəssisə istifadə hüququ əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0206 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********26 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli,F-477 saylı əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksi, ona aid daşınar əlmakla birlikdə Bakı Mühəndislik Universitetinin balansına verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 10/4838 saylı ekspert rəyindən müəyyən edilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsinin 0.0011 ha hissəsinin şimal-şərq və şimal qərb tərəflərinin başqa şəxs tərəfindən istifadə olunduğu və istifadə olunan sahəsinin bir hissəsində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olundu. Beləliklə işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsi üzərində ümumi sahəsi 12714.7 kv.m olan Əmlak kompleksi kimi müəssisə istifadə hüququ əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə, həmçinin RX seriyalı ******* nömrəli çıxarışla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsi bitişik torpaq sahələri olmaqla həmin torpaq sahələrindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli,F-477 saylı əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksi, ona aid daşınar əlmakla birlikdə Bakı Mühəndislik Universitetinin balansına verilmişdir.Hansı ki,üzərində əmlak kompleksi olan həmin torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Digər torpaq sahəsi isə faktiki olaraq iddiaçının istifadəsindədir. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0206 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********26 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 10/4838 saylı ekspert rəyindən müəyyən edilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsinin 0.0011 ha hissəsinin şimal-şərq və şimal qərb tərəflərinin başqa şəxs tərəfindən istifadə olunduğu və istifadə olunan sahəsinin bir hissəsində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olundu. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X3 bildirdi ki, mütəxəsiss rəyində müdaxilə olunan torpaq sahəsi dedikdə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsinə müdaxilə başa düşülməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsi üzərində ümumi sahəsi 12714.7 kv.m olan Əmlak kompleksi kimi müəssisə istifadə hüququ əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə qeydə alınan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli,F-477 saylı əmrinə Bakı Mühəndislik Universitetinin balansına verilmiş həmin torpaq sahəsinin 0.0011 ha hissəsi şimal-şərq və şimal qərb tərəfləri Cavabdeh tərəfindən qanunsuz istifadə olunaraq onun tərəfindən tikinti aparılmışdır . Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə, işin müəyyən edilən hallarına qeyd edilən normaların tələbləri baxımından hüquqi qiymət verərərk hesab edir ki, iddia təmin edilməli,Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə qeydə alınan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli,F-477 saylı əmrinə Bakı Mühəndislik Universitetinin balansına verilmiş həmin torpaq sahəsinin şimal-şərq və şimal qərb tərəflərində Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 0.0011 ha hissəsində həyata keçirilmiş tikili sökülməli, Bakı Mühəndislik Universitetinə məxsus hasar əvvəlki yerinə və vəziyyətinə bərpa edilməli öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçı Bakı Mühəndislik Universitetinin qeyd edilən əsasla iddia ərizəsi verərkən dövlət rüsumunu ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 95 manat mütəxəssisə iddiaçı tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci vardır ki, iddia təmin edildiyindən 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, mütəxəssis xərci 95 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********05-12101 reyestr nömrəsi ilə qeydə alınan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli,F-477 saylı əmrinə Bakı Mühəndislik Universitetinin balansına verilmiş həmin torpaq sahəsinin şimal-şərq və şimal qərb tərəflərində Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 0.0011 ha hissəsində həyata keçirilmiş tikili sökülsün, Bakı Mühəndislik Universitetinə məxsus hasar əvvəlki yerinə və vəziyyətinə bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddiaçı Bakı Mühəndislik Universitetinin iddia ərizəsi verərkən ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumuna görə pul Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Mütəxəssis rəyinə görə 95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Bakı Mühəndislik Universitetinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-254/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-254/2022
05.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver