Məhkəmə qərarları › İş №2(012)-2462/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2462/2022

11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2462/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş ziyan kimi 9000 manat pulun Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onu aldadaraq, etibarından istifadə etmək yolu ilə onun 15000 manat pulunu ələ keçirmişdir. Nəhayət cavabdehin onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı Polisə şikayət etmişdir.Bu şikayətdən sonra cavabdeh barəsində cinayət işi qaldırılmış, işə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində baxılmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə cavabdeh 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, məhkəmədə mülki iddia qaldırmadığı üçün cavabdeh ona pulu qaytarmamışdır. Bu səbəbdən ondan aldığı pulun 9000 manatını məhkəmə qaydası ilə cavabdehdən tələb etmək məcburiyyətindədir. Odur ki, məhkəmə qaydası ilə cavabdehdən cinayət nəticəsində ona vurduğu ziyan kimi 9000 manat pul məhkəmə qayda alınıb ona verilməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 5 saylı cəzaçəkmə müəssisəsində olduğundan məhkəmə tərəfindən sənədlər rəsmi qaydada cəzaçəkmə müəssisəsinə göndərilərək, iddia ilə bağlı etiraz və ya mülahizəsinin Abşeron Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya münasibət bildirilərək ərizə ünvanlamış və ərizədə bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılmış iş xeyli vaxt çəkmiş və məhkəmə zalındakı ifadələrinə əsasən o, İddiaçı bir dəfə oğlu İlqarla, həyat yoldaşı Vahidlə birgə görmüşdür. O, İlqarın DİN Polis Akademiyasına müəllim təyin olunmasına görə çoxlu vəzifəli şəxslərə xahiş və müraciətlər etmişdir. Bu prosessdə Vahid və İlqar onunla bərabər olmuşdur. O, Valyanı şikayətçi kmi (nahaqdan) tanıyır. X2 Polis Akademiyasına keçirdiyi imtahan müsabiqəsinə belə bir çox aidiyyatı sahələrdə xahişlər etmişdir. Nəticədə 53,2 bal toplayan Rzayev İlqar onunla Polis Akademiyasının kadrlar idarəsində olmuş və İlqarın yaxın günlərdə işlə təmin olunacağı bildirilmişdir. O, İlqarla Koroğlu metrosuna qədər gəlmiş və təklif etmişdir ki, Akademiyadakı işi qəbul etsin. 20 gün (təqribən) ərzində o, İlqarla, Vahidlə Gəncədə görüşmüşdür. Oğlunun niyə işə getmədiyini bildirmiş və narahat olmuşdur. Nəhayətdə o həbs olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin zalında yaxın dostlarının köməyi ilə, Valyanın həyat yoldaşı Vahidlə hesalaşmışdır. Onun Vahidə 2 (iki) min manat borcu qalmışdır. O, azadlığa çıxandan sonra sözsüz ki, Vahidi, oğlu İlqarı tapacaqdır və qalan borcunu bağlayacaqdır. Əlavə olaraq qeyd edir ki, Valya bir qrup şəxslə onun kimi dövlət işçilərini çox aldatmışdır, əlavə pullar etmişdir. O, Valyanın növbəti qurbanı olmuşdur. İş materiallarında olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Valya və Valaynın əri Vahidi təxminən 1 ildən artıqdır ki, tanıyır və onlarla tanışı X1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Xaləddin ona Vahidgilin qohumları olduğunu, Vahidin oğlu İlqarın 25 yaşında, ali təhsilli olduğunu və polis orqanlarında işə düzəlmək istədiyini bildirmişdir. O, İlqarın polis orqanlarında işə düzəlməsinə köməklik edə biləcəyini bildirmiş, bu barədə məsləhət almaq üçün DİN-nin Polis Akademiyasında müəllim işləyən əmisi oğlu Rəsula müraciət etmişdir. Rəsul ona bu işin DİN-in Kadrlar İdarəsinin işi olduğunu bildirmişdir. O, Xaləddinə Vahidgili tanışlıq üçün Bakı şəhərinə çağırmağını bildirmiş, Vahid və arvadı Valya 2019cu ilin yanvar ayının ortalarında Bakı şəhərinə gəlmişlər. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN xidmət” mərkəzinin yaxınlığında Xaləddin və Polis Akademiyasında müəllim işləyən Rəsulla birlikdə onlarla görüşmüşlər. Rəsul müəllim İlqarın diplomuna baxaraq onun müvafiq imtahandan keçəcəyi təqdirdə mülki işçi kimi Polis Akademiyasına müəllim kimi qəbul oluna biləcəyini, həmçinin bir sıra digər məsləhətlər verib getmişdir. Onlar yaxınlıqdakı kafedə Vahid və Valya ilə oturub söhbət etmişlər. Vahid və arvadı Valya İlqarın polis orqanlarına işə düzəlməsi üçün ona 15000 manat pul verəcəklərini bildirmişlər. İlkin olaraq həmin pulun çox olduğunu bildirsə də, sonradan Valya və əri Vahidin təklifini qəbul etmişdir. 2019-cu ilin yanvar ayının sonlarında Valya və əri Vahid Xaləddinin yaşadığı ünvan 2 ünvanına gəlmiş və onlar orada görüşmüşlər. Orada Valya əl çantasından 15000 manat pul çıxararaq ona vermiş və saymasını bildirmişdir. O, həmin pulları saymış, 5000 manatını götürərək əynində olan sarımtıl rəngli qış gödəkcəsinin içəri sol döş cibinə qoymuş, qalan 10000 manatı isə Xaləddinə verərək saxlamasını və lazım olduqca Xaləddindən alacağını bildirmişdir. Sonradan Xaləddində qalan puldan 5000 manatı da götürmüşdür. Bir müddət sonra Valya işin gedişatı ilə maraqlanmış, o isə, Valyaya səbrli olmasını və gözləməsini bildirmiş, lakin, Valyagil ondan verdikləri pulu geri qaytarmasını tələb etmişlər. Buna görə də, o, Xaləddinə ondan qalan 5000 manatı Vahidgilə qaytarmasını bildirmişdir. Sonradan İlqarın işi düzəlməmiş, o isə onların verdiyi 10000 manat puiu öz müalicəsinə xərclədiyindən, həmçinin həmin ərəfədə maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 15000 manat məbləğində pulu alması faktı, iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh ifadəsində də öz təsdiqini tapmışdır. Hazırda İddiaçı Cavabdeh tərəfindən ona vurumuş 9000 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyəyn edimiş faktiki hala və aşağıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 9000 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9000 manat maddi ziyan alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar