Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2477/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə 23 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1600 (min altı yüz) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Arazov X2 qəsəbəsində yerləşən "Araz" marketdə kassa müdiri vəzifəsində işləyirdi. O, “Araz” marketdə işləyən bacısı X1 iş yoldaşı olmuşdur. Cavabdeh2 isə Cavabdeh1 vasitəsilə tanımışdır. Cavabdeh2 13 oktyabr 2021-ci il tarixdə ona anasının əməliyyat olacağını, onun səhhətinin ağır olduğunu demişdir. Bir övlad kimi əlacsız qaldığını onun təcili pula ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh1 isə pulu qaytaracağına zamin durduğunu bildirmişdir. İddiaçı bacısının iş yoldaşı olduğuna görə, eyni zamanda bir insan kimi əlacsız olduğuna görə cavabdehə yazığı gəlmiş, ona inanaraq 1600 manat məbləğində borc pul vermişdir. Cavabdeh1 mənə 1 ay müddətində həmin məbləği geri qaytaracağına söz versə də öz sözünü tutmamışdır. Dəfələrlə onunla əlaqə saxlayaraq pulunu qaytarmasını tələb etsə də cavabdeh hər dəfə iddiaçını müxtəlif bəhanələrlə yubatmışdır. Cavabdeh hər dəfə borcu ödəməkdən yayındığı üçün iddiaçı 14 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona göndərilən cavab məktubunda bildirilmişdir ki, bu məsələ Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmədə baxılmalıdır. Cavabdeh2 həqiqətən də iddiaçıdan 13 oktyabr 2021-ci il tarixdə borc alması ilə bağlı dilindən kağız yazmış və onu öz imzası ilə təsdiqləmişdir. Bundan başqa cavabdeh ilə whatsapp yazışmalarından, səs yazılarından aydın görünür ki, Cavabdeh2 ona 1600 manat məbləğində borcu var. Bundan əlavə olaraq qeyd İlkinə pulu Nicatı tanıdığı, pulun qaytarılmasına zamin durduğu üçün vermişdir. Belə ki. aralarında olan razılaşmaya əsasən İlkin pulu qaytarmasa Nicat pulu qaytarmasına zamin durmuşdur. Cavabdehlərdən verdiyi borcu heç bir yolla ala bilmədiyi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki. iddiaçı cəmi bir dəfə görmüşdür. İddiaçının bacısı ilə birlikdə işləyir. İddiaçı ona pul lazım olduğundan şəxsiyyət vəsiqəsini vermişdir. Hazırda onun şəxsiyyət vəsiqəsi iddiaçıdadır. İddiaçı tərəfindən ona pul verilməmişdir. Pul məbləğinin Cavabdeh2 verilməsi ilə bağlı iddiaçı ilə arasında zaminlik müqaviləsi bağlanmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Cavabdeh2 tərəfindən yazılmış qəbzdən görünür ki, o, 13 oktyabr 2021-ci ildə X3 1600AZN məbləğində pul almışdır. Bir ay müddətində qaytarmalı idi. Müəyyən səbəblərə görə pulu qaytara bilməmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, tələbi məhkəmə baxışının predmeti olduğundan o Azərbaycan Respublikası MPM-nin maddələri ilə müəyyən edilmiş qaydada ərizə ilə əlaqədar iddia ərizəsi ilə şikayəl etdiyi şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ olması bildirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı X6 tərəfindən Cavabdeh2 1600 manat borc verilmiş, cavabdeh tərəfindən həmin borca dair qəbz də yazılmışdır. Lakin borc cavabdeh tərəfindən qaytarılmadığından iddiaçı Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının digər Cavabdeh1 pul verilərkən zamin durmasını qeyd etsə də, bununla bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1600 (min altı yüz) manat məbləğində pul alınaraq iddiaçı X5 verilməli, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumuna görə pul vəsaitinin 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1600 (min altı yüz) manat məbləğində borc pul və 30 manat dövlət rüsumuna görə pul tutulub iddiaçı X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2477/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2477/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver