Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2480/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsayev Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh İsayev Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2013-ci il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1396/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində 160 manat miqdarında alimentin artırılaraq hər ay sabit pul məbləğində 220 manat miqdarında müəyyən olunması və cavabdeh İsayev Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o və cavabdeh İsayev Cavabdeh arasında 07 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Belə ki, aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaqları qeyri mümkün olmuş və nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-5328/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərarı ilə rəsmi qaydada pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlu onun himayəsinə verilərək, hər ay sabit pul məbləğində 136,60 manat aliment cavabdeh İsayev Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin 2(012)- 1396/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq cavabdeh İsayev Cavabdeh hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qət edilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdhe uşağı ilə maraqlanmır. O, övladına baxmaqda çətinlik çəkir. Hətta cavabdehin 2700 manat miqdarında aliment borcu var və dəfələrlə bunun barəsində şikayət etsə də, bir ata kimi uşağa olan öhdəliklərini icra etmir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında əvvəlki aliment miqdarının artırılması zəruridir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İsayev Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, əvvəllər Türkiyədə işləmiş və həmin vaxt alimenti ödəmişdir. Lakin Azərbaycana gəldikdən sonra çobanlıq etmişdir. Onun 2700 manat aliment borcu vardır. Bundan əlavə o, yenidən ailə qurmuş və 1 övladı dünyaya gəlmişdir. Odur ki, maddi imkanı olmadığından o, alimentin artırılmasına razı deyildir və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan X3 Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 041633 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İsazadə Əli Cavabdeh oğlu 21 yanvar 2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası İsayev Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5328/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, İsayev Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlu İddiaçı himayəsinə verilməsi, 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,60 manat alimentin cavabdeh İsayev Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1396/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5328/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin cavabdeh İsayev Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1396/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi İsayev Cavabdeh tərəfindən icra olunmadığından və İsayev Cavabdeh aliment borcu olduğundan, İsayev Cavabdeh İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respubklikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2023-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İsayev Cavabdeh xx.xx.2022-ci il tarixdən X1 Filialında işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İsayev Məhəmmədəli Cavabdeh oğlu 02 avqust 2021-ci ildə Gürcüstan Respublikasında doğulmuşdur. Atası İsayev Cavabdeh, anası isə Musabəliyeva Söyilidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, cavabdehin işaxtaran kimi qeydiyyatdadır, cavabdehin yenidən nikaha daxil olmuş, həmin nikahdan bir yetkinlik yaşına çatmayan uşağı vardır və cavabdehin 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlu üçün təyin edilmiş alimentə görə 2700 manat ödənilməmiş aliment borcu vardır.Məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, alimentin artırılması cavabdehin hazırki durumu ilə heç cür uyğunlaşmır və bu səbəbdən alimentin artırılması mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İsayev Cavabdeh qarşı 21 yanvar 2013-ci il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron rayon Məhkəməsinin 2(012)- 1396/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində 160 manat miqdarında alimentin artırılaraq hər ay sabit pul məbləğində 220 manat miqdarında müəyyən olunması və cavabdeh İsayev Cavabdeh alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2480/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2480/2023
05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver