Məhkəmə qərarları › İş №2(012)-2512/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2512/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2512/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cəmi 13059,24 (on üç min əlli doqquz manat, 24 qəpik) manat - bundan 4881,50 (dörd min səkkiz yüz səksən bir manat 50 qəpik) manat əsas, 3808,80 (üç min səkkiz yüz səkkiz manat, 80 qəpik) faiz, 3641,34 (üç min altı yüz qırx bir manat, 34 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 727,60 (yeddi yüz iyirmi yeddi manat, 60 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Ədalət Səxavət oğlundan müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış ******* saylı 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 25,5 (iyirmi beş tam onda beş) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Quliyeva Amil Famil oğluna kredit verilərkən Zamin ilə Bank arasında 22 dekabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********115 saylı 23.11,2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 13059,24 (on üç min əlli doqquz manat, 24 qəpik) manat təşkil edir. Bundan 4881,50 (dörd min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat əsas, 3808,80 (üç min səkkiz yüz səkkiz manat, 80 qəpik) manat faiz, 3641,34 (üç min altı yüz qırx bir manat, 34 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 727,60 (yeddi yüz iyirmi yeddi manat, 60 qəpik) manat faiz borcu təşkil edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Səadət Əliyeva ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğuna görə məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını nəzərə alaraq məhkəmə iclasını iştriakları olmadan keçirib müvafiq qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qeyd edilən iddia tələbi ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, Kredit və zaminlik müqavilələri 22.12.215-ci il tarixdə bağlanmışdır. 22.12.2015-ci il tarixli 591 saylı kredit müqaviləsi 24 ay müddətinə yəni 22.12.2017-ci il tarixədək bağlanmışdır. 22.12.2015-ci il tarixli ZM-1- 591 saylı zaminlik müqaviləsi 24 ay müddətinə yəni 22.12.2017-ci tarixədək bağlanmışdır. İddiaçı isə 14.01.2021-ci il tarixdə, yəni 23 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 14.01.2021-ci tarixli ZM-1-591 saylı zaminlik müqaviləsinin 5.1.1-ci maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1(bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Beləliklə Zamin qarşı iddia müddəti 22.12.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı cəmi 13059.24 manat pul tələbinə dair iddia tələbi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Ləğv prosesində olan X2 Cəmiyyətinin 04.12.2020-ci il tarixli **********811 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 19.11.2020-ci il tarixə banka olan 4881,50 (dörd min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat əsas, 3808,80 (üç min səkkiz yüz səkkiz manat, 80 qəpik) manat faiz, 3641,34 (üç min altı yüz qırx bir manat, 34 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 727,60 (yeddi yüz iyirmi yeddi manat, 60 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 13 059,24 (on üç min əlli doqquz manat, 24 qəpik) manat təşkil edir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 22.12.2015-ci il tarixli 591 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin surətindən görünür ki, Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 25,5 (iyirmi beş tam onda beş) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. -Qəbzdən görünür ki, Cavabdeh 22.12.2015-ci il tarixdə Bankomatlardan istifadə üçün şəxsi məxfi kod ona bağlı zərfdə verilmişdir. -Cavabdeh ünvanlanmış 20.11.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Dəmirbank ASC tərəfindən borcluya müraciət edilərək 3 gün müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -22.12.2015-ci il tarixli, ZM-1-591 №-li «Zaminlik müqaviləsi»nin surətindən görünür ki, əsas borclu Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası, Zaminliyi ilə təmin edilmişdir. 28.03.2016-ci il-29.10.2019-cu il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 26.10.2017-ci il tarixdə 211 manat ödəniş etmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas prseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -12.01.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğv prosesindədir. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 26.11.2020-ci il tarixdə verilmiş arayışdan Masazır kəndi, Niyazi küçəsi, ev 29 ünvanında qeydiyyatdadır. -ASAN-Sumqayıt tərəfindən 07.02.2015-ci il tarixdə AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin ünvan 2 ünvanında qeydiyyatdadır. -Cavabdehlər Cavabdeh və Zamin tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cavabdehlər iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı cəmi 13059,24 manat pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tədbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 22.12.2015-ci il tarixli 591 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 25.5 % ilə, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh krediti götürməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhtəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə üzrə 4881,50 (dörd min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat əsas, 3808,80 (üç min səkkiz yüz səkkiz manat, 80 qəpik) manat faiz, 3641,34 (üç min altı yüz qırx bir manat, 34 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 727,60 (yeddi yüz iyirmi yeddi manat, 60 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 13059,24 (on üç min əlli doqquz manat, 24 qəpik) manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə iddia müddətinin tədbiqinə dair ərizə verərək iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. mаddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlаrını həyаtа kеçirərkən və vəzifələrini icrа еdərkən şərtləşdirilmiş vахtdа və yеrdə lаzımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvаfiq surətdə hərəkət еtməlidir. 427.3. mаddəsinə əsаsən öhdəlik оnun icrаsı gününü və yа icrа еdilməli оlduğu vахt dövrünü nəzərdə tutursа və yа müəyyənləşdirməyə imkаn vеrirsə, öhdəlik həmin gün və yа bu cür dövr ərzində istənilən аn icrа еdilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 472.1.mаddəsindən də görünür ki, bоrclu zаminliklə təmin еdilmiş öhdəliyi icrа еtmədikdə və yа lаzımıncа icrа еtmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu krеditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə əsasən cavabdeh Zamin iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. 20.11.2020-ci il tаriхli **********175 saylı bildirişin surətlərindən və pоçt qəbzindən görünür ki, cаvаbdеh Cavabdeh 3 gün müddət vеrilməklə, оndаn yаrаnmış bоrcun ödənilməsi tələb еdilmiş, əks hаldа məhkəməyə mürаciət оlunаcаğı bildirilmişdir. Mülki Məcəlləsinin 741 və 742.1-ci mаddələrinin mənаsındаn görünür ki, əgər tərəflər аrаsındаkı müqаvilədə bоrcun qаytаrılmаsınа dаir müddət nəzərdə tutulmuşdursа, bоrclu аldığı krеdit məbləğini fаizləri ilə birlikdə həmin müddət bitənədək qаytаrmаlıdır. İşin müəyyən еdilən hаllаrınа əsаsən krеdit müqаviləsinin 24 аylıq müddətinin bitməsinə bахmаyаrаq, bоrc аlаn Cavabdeh həmin müqаvilə üzrə öhdəliklərini lаzımıncа yеrinə yеtirməmişdir. Nəticədə isə iddiаçı müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn хеyli dərəcədə məhrum оlmuşdur. Beləliklə idiaçının izahatınından və izahatda göstərilənlərin məhkəmədə tədqiq edilmiş sənədlərdə öz təsdiqini tapması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır tələb müqavilə şərtlərinə uyğundur. Eyni zamanda cavabdehin iddia müddətinin tədbiqi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh ilə Dəmirbank ASC arasında 24 ay müddətinə 22.12.2015-ci il tarixli 591 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin qüvvədə olma müddəti 22.12.2017-ci il tarixdə bitmişdir. Kredit müqaviləsinin bitməsi tarixindən sonra cavabdehin kredit borcu üzrə sonuncu ödənişi hesabdan çıxarışa əsasən 26.10.2017-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəlləsinin; 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, 14.10.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən axırıncı ödəniş 16.10.2017-ci il tarixdə olduğundan, həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 16.10.2017-cı il tarixdən başlanmış, iddiaçının iddia ərizəsi isə 11.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə axırıncı ödəniş müddətindən 3 ildən artıq vaxt keçmiş, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə həmçinin bildirir ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlarlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar